Deyirlər ki, kişilərdə keçəlləşmə daha çox ürək xəstəliyi riskinin artmasından xəbər verir. Deməli ürək və qan damar sistemi yaxşı işləmir. Tüklərin kökünə qan çatmaması onları zəiflədir.
Bunu Bizim.Media-ya trixoloq (sac xəstəlikləri mütəxəssisi) Aytəkin Quliyeva söyləyib.
Onun sözlərinə görə, kişilərdə saç tökülməsi daha çox ondrogen tipli saç tökülmələridir. Bu irsi keçən bir əlamətdir. Bunun birbaşa ürək-qan damar sistemi ilə əlaqəsi yoxdur:
“Saç telləri qanla qidalandığına görə burada qan yüksək sürətlə dövriyə etməlidir. Ürək problemi olan adamda qan təchizatı zəyif olduğuna görə, müxtəlif mənfi yanaşmalar olur. Bu da saç tökülməsinə səbəb olur. Kişilərdə keçəlləşmələri dərinləşdirən digər amillər də var.
Birincisi stress nəticəsində kapilyar damarlarda spazma yaranır. Qan və qidalandırıcı maddələr saç tellərinin kökünə yaxşı axın edə bilmir. İkinci bir amil isə spirtli içkilər, siqaret çəkmək kimi zərərli vərdişlərdə buna səbəbdir. Yanaşı xəstəlikləri şəkər, təziq, ürək problemi olanlarda saç tökülməsi baş verir. Əgər bu əlamət onlarda irsi deyilsə saç tökülə bilər”.
Araşdırmalar göstərir ki, saç tökülməsinin diaqnozu üçün həkim, "optik halqa" adlanan cihazın köməyi ilə saçın vəziyyətini təhlil edir. Saçların analizi zamanı həkim xəstənin hekayəsini dinləyir və saç tökülməsinin dərəcəsi və intensivliyi barədə ətraflı məlumat alır.
Yeni başlayan tökülmələrdə diaqnoz daha çətin olsa da, saç tökülməsinin irəliləməsi zamanı saç tökülməsinin səbəbi və növü daha tez aşkarlanar.
Bəzi hallarda saç tökülməsinə hormonal problemlərin səbəb ola biləcəyi də məlumdur. Həkim zəruri hesab etdikdə xəstədən qan nümunəsi götürülür və saç tökülməsinin hormonlardan qaynaqlandığı və ya saçqıran kimi fərqli xəstəliklərin olub olmadığı aydın olur.
Hər bir insan həyatında heç olmasa bir dəfə də olsa saç tökülməsi ilə üzləşə bilər, lakin kişilərin saç tökülməsinin kişi növü saç tökülməsi - androgenetik alopesiya" 80% -i qalıcı bir genetik tökülmədir. Kişi növü saç tökülməsi saç tökülməsinin ən çox yayılmış növüdür və 20 yaşdan sonra hər yaşda özünü göstərə bilər.
Araşdırdığımız mənbələrə əsasən deyə bilərik ki, kişilərdə saç tökülməsinin ən çox rastlanan səbəbi “androgenetik alopesiya” adlanan tökülmə növüdür. "Kişi növü tökülmə" olaraq da bilinən bu növ əsasən keçəlliklə nəticələnir.
Bunun səbəbi isə Dihirotestosteron (DHT) hormonu ilə əlaqədardır. DHT effekti ilə qidalanan Testosteron hormonu, baş dərisindəki həssas saç kökləri saç tökülməsinə səbəb olur. Androgenetik alopesiya genetik meyldən qaynaqlansa da, əsas amil DHT hormonudur.
Kişi növü saç tökülməsi saçın ön hissəsinin tökülməsi ilə başlayır. Alın açılması və təpə bölgəsində seyrəlmə ilə davam edir. Kişi növü saç tökülməsinin səviyyəsi Norwood ölçüsü ilə müəyyən edilə bilər.
“Norwood” ölçüsü ilə müəyyən olunan bu model, gözlə aydın görünən 2 tərəfli saç tökülmə növüdür. Norwood ölçüsü kişilərdə saç tökülməsinin diaqnozu üçün də istifadə edilə bilər.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:15 / 28.01.2021
Kişilərdə keçəlləşmənin əsil səbəbi - TRİXOLOQ İZAH EDİR
Hazırda oxunan: Kişilərdə keçəlləşmənin əsil səbəbi - TRİXOLOQ İZAH EDİR
Hazırda oxunan: Kişilərdə keçəlləşmənin əsil səbəbi - TRİXOLOQ İZAH EDİR
10025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.