Prokuror Ramin Hacılıya 9 il cəza istədi

Hazırda oxunan: Prokuror Ramin Hacılıya 9 il cəza istədi

100213

Dələduzluqda təqsirləndirilən ictimai fəal Ramin Hacılının məhkəməsi davam edir. 

Bizim.Media xəbər verir ki, oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edib. O, R.Hacılının 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Növbəti prosesi oktyabrın 26-na təyin olunub. 

Qeyd edək ki, R. Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilmiş, 2019-cu ildə azadlığa buraxılmışdı. O, 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək yenidən həbs edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin