Yol hərəkətinin təşkili üzrə Komissiyasının tərkibi DƏYİŞİB - SİYAHI 

Hazırda oxunan: Yol hərəkətinin təşkili üzrə Komissiyasının tərkibi DƏYİŞİB - SİYAHI 

100193

Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyasının tərkibi dəyişib. 

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. 

Qərara əsasən, Komissiyanın üzvləri siyahısına səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, elm və təhsil nazirlərinin müavinləri əlavə edilib. 

Bundan əvvəl Komissiyanın tərkibi aşağıdakı kimi olub: 

Komissiyanın sədri 

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini 

Komissiyanın üzvləri: 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini 

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini 

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini 

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi 
Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin