Göygöldə qanunsuz kömür istehsal edən ocaqxanalar aşkarlandı - FOTO 

Hazırda oxunan: Göygöldə qanunsuz kömür istehsal edən ocaqxanalar aşkarlandı - FOTO 

100171

Göygöl rayonu Toğanalı kəndi ərazisində vətəndaşların torpaq sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən 3 ocaqxana və kömür quyusu aşkar edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. 

Bildirilib ki, quyu qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Göygöl Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı aşkarlanıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayon sakinləri Rəşid Məhərrəmov, Elmir Həsənov və Aybəniz Abbasova olduğu müəyyən edilib:
"Faktlarla bağlı protokol tərtib olunub və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”. 

B.Məhəmmədovun sözlərinə görə, kömür quyularının ləğv olunması və zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət edilib. 

Xidmət rəsmisi onu da qeyd edib ki, 2022-ci ilin ötən dövrü ərzində keçirilən nəzarət tədbirləri zamanı qanunsuz kömür hazırlanması ilə bağlı Xidmətin əməkdaşları tərəfindən 99 şəxs barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin