"3342 vətəndaş mina partlayışlarının qurbanı olub" - ANAMA sədri

Hazırda oxunan: "3342 vətəndaş mina partlayışlarının qurbanı olub" - ANAMA sədri

100144

“Ermənilər qəbiristanlıqları, su kanallarının, bulaqların ətrafını, bağları, əkin sahələrini minalayıb”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında panel müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, bundan başqa, dəmir yolları, elektrik xəttlərinin altından gedən yollar minalanıb: 

“Bu, məhz mülki insanların məhv olmasına hesablanmış minalardır. Birinci Qarabağ müharibəsindən indiyə qədər 3342 insan mina partlayışlarının qurbanı olub. Həmin insanlardan 357-si uşaq, 38-i qadın olub. 131 hadisədə beynəlxalq konvensiyada qadağan olunmuş klaster silahlarının partlaması baş verib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin