Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yollarının inşası gələn ilin sonunadək yekunlaşacaq.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu gün başlayan “Rebuild Karabakh” - 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində xüsusi stendlə təmsil olunur.
Bizim.Media xəbər verir ki, dəmir yollarına aid özəl güşədə işğaldan azad edilmiş ərazilərdə tikintisi davam edən dəmir yolu layihələri barədə ətraflı məlumatlar təqdim olunur, eləcə də foto-video nümayiş etdirilir.
Bərdə-Ağdam dəmir yolu xəttində layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 24.11.2020-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Ox üzrə uzunluğu 47,1 km olan bu dəmir yolu tək xətlidir və tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir.
Layihə çərçivəsində ümumilikdə 133 süni mühəndis qurğusunun, 4 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd və Ağdam) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılır. Hazırda tikinti üzrə tərəqqi 58% təşkil edir.
Təməli Prezident İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində qoyulmuş, ox üzrə uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Dəmir yolu xəttinin trassası 9 stansiyadan (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) ibarət olacaq. Layihə çərçivəsində ümumilikdə 453 süni mühəndis qurğusunun, o cümlədən və 70 yoldəyişən qurğunun tikintisi planlaşdırılır. Hazırda 62-71 km aralığında torpaq işləri və süni qurğuların tikintisi işləri davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:08 / 19.10.2022
Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolunun inşası bu tarixədək yekunlaşacaq
Hazırda oxunan: Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolunun inşası bu tarixədək yekunlaşacaq
Hazırda oxunan: Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolunun inşası bu tarixədək yekunlaşacaq
100122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.