“Dəyərlər sürətlə dəyişir. Bir zamanlar uşaqların məktəbdə döyülməsi adi bir şey idisə, indi buna insan hüququnun pozuntusu kimi baxırlar. Şərq ölkələrində arvadın əri tərəfindən döyülməsi adi bir məsələ idisə indi bu məişət zorakılığı kimi qiymətləndirilir. Ona görə də bir zamanların el adəti sayılan “qız qaçırtma”ya da bu gün başqa cür baxırlar”.
Bu fikirləri “qız qaçırılma”sının hansı hüquqi məsuliyyət yaratdığını izah edərkən hüquqşünas hüquqşünas Əsabəli Mustafayev səsləndirib. O, Bizim.Media ilə söhbətində bildirib ki, əgər qaçırılma qızın razılığı ilə olmayıbsa bu qanunvericiliklə adam oğruluğu hesab edilir:
“Lakin, qarşılıqlı razılaşma varsa, yəni qız öz razılığı ilə gedibsə onda burda heç bir qanun pozuntusu yoxdur. Belə hallar hüquqi məsuliyyət yaratmır. “Qız qaçırılma”sı o zaman cinayət hadisəsi sayılır ki, qız qaçırılarkən zor tətbiq olunub. Qızın bu işə razılığı yoxdur. Başqa bir məqam da var. Əgər qaçırılan qız yetkinlik yaşına çatmayıbsa bu bütün hallarda cinayət sayılır. Lap qaçırılma qızın razılığı ilə olsa belə”.
Hüquqşünas onu da əlavə edib ki, “qız qaçırılma”ya görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açıla bilər.
Məsələn, zor tətbiq etməyə, hansısa orqana xəsarət yetirilməyə və yaxud yetkinlik yaşına çatmamağa görə. Əgər qaçırılma qrup halında olubsa onda bu vəziyyəti daha da ağırlaşdırır. Ümumilikdə isə, qız qaçıran şəxsi vəziyyətdən asılı olaraq 8-12 il arasında həbs cəzası gözləyir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 20.10.2022
Qız qaçırılması el adətidir, yoxsa insan oğurluğu? – Hüquqşünasdan İZAH
Hazırda oxunan: Qız qaçırılması el adətidir, yoxsa insan oğurluğu? – Hüquqşünasdan İZAH
Hazırda oxunan: Qız qaçırılması el adətidir, yoxsa insan oğurluğu? – Hüquqşünasdan İZAH
100102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.