Keçmiş hakimlər kütləvi şəkildə vəkilliyə üz tutur – EKSKLÜZİV

Hazırda oxunan: Keçmiş hakimlər kütləvi şəkildə vəkilliyə üz tutur – EKSKLÜZİV

10010

“Son bir neçə ildə ölkəmizdə vəkillərin sayı artaraq 1800-ü ötüb. Keçmiş hakimlərin də kütləvi şəkildə vəkilliyə üz tutduğunun şahidi oluruq”.

Bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Keçmiş hakimlər Vəkillər Kollegiyasının üzvü oldu


“Qanunun tələblərinə uyğun olaraq keçmiş hakimlər hüquqlarından istifadə edərək şifahi müsabiqə mərhələsindən keçərək vəkil adını qazana bilərlər.

Bu gün Vəkillər Kollegiyasında keçmiş hakimlər arasında hətta məhkəmə sədri, Apelyasiya, Ali məhkəmələrinin hakimləri olan dəyərli şəxslər də var. 

Misal üçün, Sumqayıt Apelyasiya Məhkəməsinin keçmiş sədri, əməkdar hüquqşünas İkram Kərimovu göstərə bilərəm. Dünən də Ali Məhkəmənin keçmiş hakimi Qəhrəman Allahverdiyevi vəkilliyə qəbul etdik. 

Yəni obyektiv qaydada onlar da imtahan verir, şifahi müsabiqədən keçəndən sonra vəkilliyə qəbul olunurlar”.

Vəkillər Kollegiyasının sədrinin sözlərinə görə, bütün bunlar ölkədə vəkilliyin nüfuzunun artmasına dəlalət edir. 

“Aydın məsələdir ki, onların vəkilliyə gəlməyi bu peşənin güclənməsi və imicinin artmasına xidmət edir. Bunu çox böyük uğur kimi qiymətləndirirəm”,- deyə Vəkillər Kollegiyasının sədri fikrini tamamlayıb.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin