“Mart ayında tam ənənəvi təhsilə keçmək olar” - EKSPERT

Hazırda oxunan: “Mart ayında tam ənənəvi təhsilə keçmək olar” - EKSPERT

10009

Ənənəvi təhsillə ən yaxşı halda aprel ayının 1-dən başlamaq yaxşı olardı.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov səsləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:

“Ötən sentyabrın yanlış təcrübəsini təkrarlaya bilərik” - Təhsil Nazirliyinə İRAD


Onun sözlərinə görə, “Operativ Qərargah”ın qərarı olmadan Təhsil Nazirliyi heç bir qərar verə bilməz:

“Biz doğru qərar qəbul edildiyini yaxın 2 həftədən sonra biləcəyik. Yoluxma sayı məktəblərdə artarsa, bu, artıq tez qərar verildiyi deməkdir”.

Ekspert 2020-ci ildə pandemiya dövründə ənənəvi tədrisə keçidi də xatırlatdı:

“Onda da arxayınlaşdıq ki, virus bitdi, ancaq vəziyyət tamamilə dəyişdi, koronavirus infeksiyası sürətlə yayıldı. İndiki vəziyyətdə ənənəvi təhsillə keçid qaçılmaz idi, çünki virusa yoluxanların sayının azalması buna zərurət yaratdı.

Bilirsiniz ki, bizdə fevral ayı soyuq, dumanlı, yağışlı keçir. Virusun yayılması üçün münbit şərait yaranır.

İndi ancaq ümid aparılan təhlillərə qalır. Vəziyyət yaxşı olarsa, mart ayından tam orta təhsil bərpa oluna bilər. Sosial məsafə, qruplara bölünməklə biz ənənəvi tədrisi davam etdirə bilərik”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin