“”Hansı peşəni seçmək istəyirsiniz” sualına cavab olaraq bir uşaq belə prokuror olmaq istəməyib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Kərimli “Azərbaycanda Uşaqların Ailə və Cəmiyyət Münasibətlərində Yeri və Rolu” İctimai rəy sorğusunun nəticələrinə həsr edilmiş konfransda çıxışı zamanı səsləndirib.
“Sovet dönəmində isə vəziyyət tamamilə fərqli idi. Əksəriyyət məhz prokuror olmaq istəyirdi. Yaxud da uşaqların dilənçiliyinə səbəb nədir, maddi problemlər, yoxsa valideyn məcburiyyətidir? Düşünürəm ki, ölkəmizdə uşaqların dilənçiliklə məşğul olması üçün ictimai mühit yoxdur”, - deyə deputat əlavə edib.
T.Kərimli təhsillə bağlı problemlərə də diqqət çəkib:
“Son statistikaya görə, 2000 nəfərdən yuxarı müəllimin kvadratın perimetrini hesablaya bilməməsi ilə bağlı məlumatı eşitdikdə dəhşətə gəldim. 4 milyard manatdan çox dövlət büdcəsindən təhsilə pul ayrılır. Lakin məktəblərə getdikdə görürük ki, uşaqlar yoxdur. Hər kəs repetitor yanına gedir. Belə olan halda təhsilimizin gələcəyi necə olacaq?”
Millət vəkili uşaqlar arasında narkotikdən istifadə hallarının artması məsələsinə də toxunub. Deputat həmçinin uşaqlar üçün “qaynar xətt”in yaradılmasını da tənqid edib:
“Biz uşaqlara qaynar xəttə zəng etmək imkanı yaratmaqla, övladların valideynlərdən şikayət etməsinə şərait yaradırıq. Biz, şərqliyik və bu tip məsələlər mentalitetimizə uyğun deyil. Yaxud da biz, İstanbul Konvensiyasının 4-cü bəndinə qoşula bilmərik”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 19.10.2022
“Təhsilimizin gələcəyi hara gedir?” – Tahir Kərimlidən SƏRT TƏNQİD
Hazırda oxunan: “Təhsilimizin gələcəyi hara gedir?” – Tahir Kərimlidən SƏRT TƏNQİD
Hazırda oxunan: “Təhsilimizin gələcəyi hara gedir?” – Tahir Kərimlidən SƏRT TƏNQİD
100081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.