15 iyul 2022-ci il tarixdə Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Ələkbər Abbasovun bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Salyan rayon prokurorluğu yayıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qardaşı 1977-ci il təvəllüdlü Mehman Abbasov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birlikdə yaşadıqları evin həyətində Ələkbər Abbasova bıçaqla xəsarətlər yetirib, sonuncu aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.
Toplanmış sübutlar əsasında Mehman Abbasova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:53 / 19.10.2022
Salyanda qardaşını öldürən şəxsdən yeni XƏBƏR VAR
Hazırda oxunan: Salyanda qardaşını öldürən şəxsdən yeni XƏBƏR VAR
Hazırda oxunan: Salyanda qardaşını öldürən şəxsdən yeni XƏBƏR VAR
100079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.