“Uşaq hüquqları ilə bağlı ciddi problemlər qalmaqdadır” – Bahar Muradova  

Hazırda oxunan: “Uşaq hüquqları ilə bağlı ciddi problemlər qalmaqdadır” – Bahar Muradova  

100055

“Pandemiyadan əvvəlki dönəmin statistik məlumatlar və təhlilləri bizə onu deməyə əsas verir ki, uşaq hüquqlarının təminatı və qorunması istiqamətində ciddi problemlər mövcuddur”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycanda Uşaqların Ailə və Cəmiyyət Münasibətlərində Yeri və Rolu” İctimai rəy sorğusunun nəticələrinə həsr edilmiş konfransda çıxışı zamanı səsləndirib.  
“Bu problemlər hələ də həllini gözləyir”, - deyə Komitə sədri əlavə edib.  

B.Muradova qeyd edib ki, aparılan araşdırmaların nəticələri bu sahədəki problemləri aradan qaldırmaq üçün müvafiq təkliflərlə çıxış etməyə imkan yaradıb:  

“Prezidentin sərəncamı ilə “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə: 2020-2025-ci illər üçün” fəaliyyət proqramı işlənib. Həmin proqramda qeyd olunan məqamlar məhz müvafiq tövsiyyələrə uyğun hazırlanıb”.  

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin