İki gün əvvəl Bakının Binə qəsəbəsində Milli Onkologiya Mərkəzinin həkimi, 33 yaşlı Rüstəm Maqsudovun intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Bizim.Media xəbər verir ki, R.Maqsudovun ölümü ilə bağlı sosial şəbəkələrdə bəzi məlumatlar yayılıb.
Yayılan məlumatlarda bildirilib ki, həyət evində qol və qarın nahiyəsinə kəsici alətlə xəsarətlər yetirən həkim hadisə vaxtı əlavə olaraq çoxsaylı dərman həblərini qarışdıraraq içibmiş.
Onun bu yolla ölümünü tezləşdirmək istədiyi ehtimal edilir.
O da məlum olub ki, R.Maqsudov ötən il ailə qurub. Lakin onun izdivacı uğursuz olub və 3 ay sonra boşanıb. Paytaxtın Xətai rayonunda evi olan R.Maqsudovun vaxtaşırı Binədəki evə gedərək orada istirahət etdiyi bildirilir. Hadisədən sonra evdən onun vəsiyyəti tapılıb.
33 yaşlı həkim məktubunda ölümünüdə heç kimin günahkar olmadığını qeyd edib. O, şəxsi avtomobilini qardaşına bağışladığını da qeyd edib.
Xatırladaq ki, R.Maqsudov Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra 5 il (2015-2020-ci illər) Milli Onkologiya Mərkəzində rezident kimi fəaliyyət göstərib, ixtisaslaşmış xəstəxanada həkim kimi işini davam etdirib. O, intihar etməzdən 1 gün əvvəl işdə olub və günü normal keçirib.
Faktla bağlı araşdırmalar aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:29 / 19.10.2022
Bakıda 33 yaşlı həkimin qəfil ölümü ilə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Bakıda 33 yaşlı həkimin qəfil ölümü ilə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Bakıda 33 yaşlı həkimin qəfil ölümü ilə bağlı YENİ XƏBƏR
100028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.