“2020-ci ilin oktyabrında Gəncədə törədilən ilk terrordan sonra komanda olaraq ora yollandıq və təsadüf nəticəsində 2-ci terrora şahid olduq. Bu hadisə zamanı orada qısa bir sənədli film çəkdik. Lakin baş verənləri ancaq 1 il keçəndən sonra montaj edə bildik. Hətta indi də o görüntüləri yenidən görmək, hiss etmək bizim üçün çox çətin idi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Bitməmiş hekayələr – Gəncə 2020” sənədli filminin çəkiliş qrupu Youtube-da yayımlanan “Var yox” kanalında yazıb.
Mənbə xatırladır ki, 2020-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket zərbələri endirməsi zamanı Sevil Əliyeva hər iki valideynini itirib.
Sevil deyir ki, yaşadıqlarını düşmənə də arzulamır: “Atamın necə can verdiyini öz gözlərimlə gördüm”.
Bizim.Media