“Ailədaxili qətllərin səbəbi fərqli və çoxşaxəlidir”x9d

Hazırda oxunan: “Ailədaxili qətllərin səbəbi fərqli və çoxşaxəlidir”x9d

93909

Ölkəmizdə son vaxtlar ana və övlad qatillərinin sayının əhəmiyyətli dərəcədə artması müşahidə edilir ki, bu da istər hüquqi, istərsə də milli-mənəvi dəyərlər baxımından ölkəmiz üçün yenilik hesab edilə bilər. Təəssüflər olsun ki, əvvəllər xarici ölkələrdə baş verən və ölkəmizdə dərin heyrətlə qarşılanan bu cür olaylar artıq Azərbaycan üçün də adiləşməkdə, onun gündəlik yaşam tərzinin bir hissəsinə çevrilməkdədir.

Maraqlıdır, cəmiyyətdə ana və övlad qatillərinin sayının artması nə ilə bağlıdır? Bu tendensiyanın arxasında hansı psixoloji amillər dayanır? Bir ananın övladını və ya bir övladın anasını qətlə yetirməsi üçün onun psixoloji baxımdan hansı sədd və bariyerləri keçməsi gərəkir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən psixoloq Mələk Zamanova övladı valideynin qatilinə çevirəcək kifayət qədər çox amilin mövcudluğuna diqqət çəkdi. M.Zamanovanın fikrincə, əslində hər bir ailənin psixoloqa, onun xidmətinə ehtiyacı var:

“Bu, olduqca aktual bir məsələdir. Əsəb, ruh duşgünlüyü, ailədaxili münaqişə, baxdıqları kinofilmlər, gözəl yaşamaq eşqi, narkomaniya, valideynlərin çoxunun uşaqlarla sərt davranışı nəticə etibari ilə bu kimi faciələrin baş verməsinə səbəb olur. Bəzi valideynlər səmimi və uşağın anlayacağı dillə danışmır, onunla səmimi ünsiyyət qurmur, ən xırda problemi belə təzyiq yolu ilə həll etməyə çalışırlar ki, bu da yanlışdır.

Hər bir ailənin psixoloqa ehtiyacı var. Lakin çox təəssüf ki, psixoloqa müraciət edən azlıq təşkil edir”x9d.

 

Seymur Əliyev

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin