Qız qalası əfsanələri...

Hazırda oxunan: Qız qalası əfsanələri...

87553
Azərbaycanın ayrı-ayrı bölgələrində yer-yurd adları ilə bağlı əfsanələr geniş yayılmışdır. Belə əfsanələrdən bir neçəsi Yardımlıdakı Qız qalası haqqındadır. Tarixçi-arxeoloq Mirnağı Nəzərli bu Qız qalasını orta yüzilliklərin əzəmətli abidəsi sayır: “Yardımlı rayonu ərazisində erkən orta əsrlərdə, mühüm müdafiə istehkam rolunu oynayan abidələrdən biri Qız qalasıdır. Viləşçayın hövzəsində ən çox maraq doğuran və möhtəşəmliyi ilə fərqlənən Qız qalası Alar kəndinin sərhəd ərazisində uca dağ silsilələrinin birində yerləşir”x9d (2, 43). Qala hər tərəfdən sıldırım yoxuşlar və qayalıqlarla əhatələnib. Qayalıqlarda çoxlu mağaralar vardır. Qalada 10-15 gözətçi məntəqəsi mövcud olmuşdur. Burada həmçinin antik və ilk orta yüzilliklərə aid qəbiristanlıq yerləşir. Mirnağı Nəzərli aparılan arxeoloji kəşfiyyat işlərinin nəticələrinə əsaslanaraq, Yardımlıdakı Qız qalasının erkən orta yüzilliklərdə inşa olunduğunu bildirir (2, 46). Onun gəldiyi elmi qənaət belədi ki, III-V yüzilliklərdə yaxud V-X yüzilliklərdə Qız qalasında intensiv insan yaşayışı olmuşdur. Burada ictimai əmək bölgüsünə əsaslanan təsərrüfat sahələrinə malik insanlar həyat sürmüşlər (2, 49). Qalanı ziyarət etmiş Sabir Rüstəmxanlı yazır ki, burada qayanın ortada qazılmış bir çuxur var, içindən vən toğası qalxır. Deyilənə görə, bura təndirdir, içindəki şiş də göyərib ağac olub. Qocalar iddia edirlər ki, təndirdən qalanın içinə yol açılırmış. Qalanın yerləşdiyi meydançada hər tərəfə saxsı qırıntıları səpələnib. Alar çayından buraya ssaxsı borularla su çəkilibmiş. S. Rüstəmxanlı yazır: “Aşağı baxıram, gözüm qaralır. Alar çayı nazik bir sap kimi görünür. Lakin elmi işçilər xalq arasındakı söhbəti təsdiqləyiblər: Su doğrudan da yoxuşa qaldırılıb, çaydan qalaya, doğrudan da su kəməri gəlib. Bu kəmərin yeri qalanın sinəsində də qalır, belinə qurşanıb qapıdan içəri girir”x9d (3, 326).  Qala haqqında yerli əhalinin şifahi məlumatı, həmçinin bu ərazidən tapılmış döyüş və məişət alətləri buradakı yaşayışın islamaqədərki dövrlərlə bağlı olduğunu deməyə əsas verir. Müxtəlif variantları əldə olunmuş əfsanələrin əsas məzmunu ondan ibarətdir ki, Oğlan qalasının sahibi zorla Qız qalasında yaşayan Qızı almaq istəyir. Lakin Qız ona ərə getmək istəmir və gecəykən atını tərsə nallatdırıb Ərdəbilə yola düşür. İz Oğlanı azdırır. Bir müddət sonra Qız, Oğlana sifariş göndərir ki, məni axtarma, məni ərdə bil. Guya buradan da Ərdəbil adı yaranır. Qız qalasında baş verənlərin Ərdəbillə bağlanması bu bölgələrin bir-biri ilə mədəni, iqtisadi və ticarət əlaqələrinin qədim tarixə malik olmasından irəli gəlir. 
Birinci əfsanə: Sabir Rüstəmxanlı variantı. Qız qalalarının hərəsinin öz əfsanəsi var. Ümumi olan cəhət nədir? Yadelli düşmənə və ya sevmədiyin adama əyilməmək, öz sevgisini, toxunulmazzlığını, müqəddəsliyini və ismətini qorumaq; ələ düşməmək üçün ölmək, əlac hər yerdən üzüləndə qurban getmək! Yardımlı Qız qalasında əfsanə həm də Ərdəbillə bağlıdır. 
Yadelli hökmdarın bütün təkliflərini, arzularını cavabsız qoyan, öz sevgisinə sadiq qalan qız müdafiənin uzun çəkəcəyini bilir. Qabaqcadan öz sevgilisinə, öz “Fərhadına”x9d qalaya gizli su çəkdirir. Sonra düşmən bunu duyub suyu kəsəndə əlacı qalmır. Atları tərsə nallatdırıb gecəylə qaladan qaçır. İz düşməni çaşdırır. Qızı itirirlər. bir müddət sonra düşməni ondan məktub alır: “Sənin istəyin baş tutan deyil! Məni axtarma! Məni ərdə bil!”x9d
Guya qaladan qaçan qız bir mənzil yol gedib Savalanın ətəyində dayanmış, məktubu da ordan göndəribmiş. Onun köç saldığı yer də o gündən Ərdəbil adlanıb. 
Hansı tarixi həqiqətin sorağıdır bu əfsanə, kim bilir?
Qız qalası ilə üzbəüzdə - ayrı bir zirvədə, ayrı bir əfsanə dumanına bürünmüş Oğlan qalası ucalır (3, 326-327).
 İkinci əfsanə: Mirnağı Nəzərli variantı. Bu ellərin başçısının gözəl qızı Qız qalasında yaşayırmış, həmin qız hədsiz məhəbbətlə Oğlan qalada yaşayan bir oğlanla sevirşirmiş. İki gənc öz sevgilərinə ömürlərinin sonunadək sadiq qalacaqlarına and içmişdilər. Hətta sevgilisi gizli yolla Qız qalasına su kəməri də çəkdirmişdi. Lakin düşmən eldən bu qıza vurulan var imiş. Həmin düşmən qlqyq çəkilən suyu da kəsir. Qızın ümidi kəsiləndə öz sevgilisinə qovuşmaq üçün birlikdə gecəykən atları tərsə nallatdırıb qaladan qaçaraq Savalan ətəklərinə qədər gedirlər. düşmən tayfa qızı axtarır, lakin tapa bilmir. Bir ay yetişməmiş qızdan həmin düşmənlərə namə gəlir və orada qız oğlana yazır: “Məni bundan sonra axtarma. Məni ərdə bil”x9d. Dyilənə görə, Ərdəbil şəhərinin adı belə yaranıb və qızın gəlib köç saldığı yer də Ərdəbil kimi tanınmağa başlayıb”x9d (2, 112). 
Üçüncü əfsanə: Şamil Əsgər variantı. Alar kəndinin əsasını bu kənddə yaşayan əhalinin onuncu babası Alıxan adlı cəsur bir kəndli qoymuşdur. İran şahı ilə üz-üzə gələn Alıxan ailəsi ilə birlikdə qaçıb bu dağlara sığınmış, zülmün qarşısında baş əyməmişdi. Onun Nigar adlı bir qızı dünyaya gəlmiş, gözəlliyində, qoçaqlığında qqüsur olmamış, qeyrətinə görə eldə, obada ad qazanmışdı. Şahın qoşun başçısına ərə getməyi rədd edən bu qız sıldırım qayanın başında qala tikdirib Şah qoşununa qarşı meydan oxumuşdu. Buna görə də lar kəndindəki Qız qalasına “Nigar qalası”x9d da deyirlər. qız istəyən qoşun başçısını və ona havadarlıq edən öz əmisi uşaqlarını öldürdükdən sonra Zəngələ kəndində ərə gedir. Hazırda Zəngələ camaatı Nigarlı adlanır. Ş. Əsgər qalanın adını “Qız qalası ”“ Nigar qalası”x9d kimi yazmışdır. Bunun səbəbi əfsanənin mətnində aydın şəkildə izah olunmuşdur. Ş.Əsgər Alar kəndindəki abidələr haqqında ətraflı məlumat verir: “Yardımlı abidələrinin ən çoxu Alar kəndi ərazisində və və onun səmtlərindədir. Bu ərazidə dəvə karvanını, qəbiristanlığı, qadın fiqurunu və s. xatırladan təbii daşlar toplusu vardır. ətəyində Alar kəndi yerləşən hündür dağın döşündə, sıldırım bir qayanın üstündə “Qız qalası”x9dnın xarabalığı qalmışdır... Alar kəndi səmtindəki “Qoreş”x9d və “Gavur”x9d qəbiristanlıqları da tədqiqat əhəmiyyəti olan abidələrdir”x9d (1, 16).
Dördüncü əfsanə: İlham Əsgərov variantı. Bu əfsanəni bizdən böyüklər nağıl eləyiblər. Oğlan qalasında yaşayan bir igid Qız qalasında yaşayan bir qıza elçi düşür. Amma oğlan bu qızın xoşuna gəlmirdi. “Yox, deyəsən, bu oğlan məndən əl çəkməyəcək. Bu təkəbbürlüyü, özündən razılığı ona yedizdirməli, həddini başa salmalıyam”x9d ”“deyə qız qalanın yaxınlığındakı min başa qədər qoyun tutan mağaranın qənşərində dayanıb yaraşıqlı, qız birçəkli atına heyran-heyran baxdı. Atı yançidar edib otlağa buraxdırmışdı. Gözünü yaxın dost qədər əziz olan atına diksə də, fikri başqa yerdə, özündənrazı oğlanın yanında idi. Söz yox ki, oğlanın dilinə görə dilçəyi də vardı. Onun qalasının həndəvərinə həlhəbəs cauıl yaxınlaşa bilməzdi. İgidliyinə, qoçaqlığına bərabər cavan tapılmazdı. Amma xasiyyətindəki təkəbbür, lovğalıq qızı özündən çıxarır, daha coşqun, inadkar edirdi. Qız bilirdi ki, nə vaxtsa oğlanın qurbanına çevrilə bilər, əli heç yerə çatmaz. Çox düşünüb-daşınandan sonra oğlana xəbər göndərib görüş təyin etdi. Oğlan bildi ki, burada nəsə iş var, qız belə asanlıqla təslim olan deyil, amma çoxdan intizarında olduğu görüşəuça-uça gəldi. Qızın təklifini eşidəndə qanı cuşa gəldi, biləklərinddə kainatın gücünü duydu. Özlüyündə qovuşduğu həsrətin ləzzətini yaşamağa başladı. Amma qız da az aşın düzü deyildi. Bir şey bilməsəydi, bu mərci gəlməzdi: Bir-birimizin qalasına kəmənd atacağıq. Əgər sən mənim qalamı kəməndinlə dağıda bilsən, mən razı, sənə ərə gedəcəyəm. Əgər mən sənin qalanı uçursam, məni həmişəlik unudacaqsan. Öz gücünə inanan oğlan burada heç bir çətinlik görmürdü. Elə həmin inamla da kəməndini fırladıb qızın qalasının lap dibindən doladı. Güc verib qalanı yerlə yeksan etmək istədi. Amma nə fayda? Qalanı silkələsə də, başından bir neçə daş qopara bildi. Qalanın bütün çevrəsində zəncirin izləri qaldı, amma qala dağılmadı. Zəncirin izzləri də, qalanın başından qopan daşların yeri də bu gün aydınca görünür. 
Növbə qıza çatdı. Əslində qız oğlanın dəliqanlılığını nəzərə almışdı. Bilirdi ki, o, belə bir yol seçəcək, qalanı uçura bilməyəcək. Qız işinə daha ağıl və çəm-çümlə girişdi. Kəməndini oğlanın qalasının dibindən yox, başından atdı, tədricən çəkib qalanı dağıtdı. Dağılmış Oğlan qalanın izləri bu gün də qalmaqdadır. Beləliklə, oğlan məğlub oldu, kor-peşman çıxıb getdi. Ancaq dəli sevda onu rahat buraxmadı. Bu məğlubiyyət oğlanın inadını daha da artırdı. O, hər vəchlə qızı ələ keçirməyə, öz məqsədinə qovuşmağa can atdı. Oğlanın vədəxilaflığı qızı daha da qəzəbləndirdi, bu yerlərdən birdəfəlik çıxıb getmək qərarına gəldi. Bilirdi ki, oğlan onun dalınca gələcək, ona görə də atını tərsə nallatdırıb yola düşdü. Oğlan atın izi ilə səfərə çıxdı. Altı ay səfər axtarışından sonra ağlına gələn fikirdən az qaldı ağlını itirə bəlkə qız məni aldadıb, atını tərsə nallatdırıb, tamam başqa səmtə üz tutub?! Üç günlük yolu bir günə qət edib qalanın yanına çatdı. Yubanmadan əks istiqamətə yola düşdü. Xeyli müddət yol getdi. Bir gün qarşıdan gələn tacir karvanı ilə rastlaşdı. Karvanbaşı oğlanın kim olduğunu bilincə, uzun müddət qoynunda gizlətdiyi məktubu ona verdi. Məktub qızdan idi. Qız yazırdı: “Bir daha məni axtarma, artıq məni ərdə bil”x9d. Deyirlər, qızın yaşadığı Ərdəbil şəhərinin adı elə bu sözlərdən yarandı (4, 56-58). Hacı İlham Əsgərov əfsanəni atası Əsgərov Şükür Paşa oğlunun söyləməsindən yazıya almışdır. Şükür Əsgərov 1925-ci ildə Yardımlı rayonunun Alar kəndində anadan olmuş, 1996-cı ildə vəfat etmişdir. Qəbri Alar qəbiristanlığındadır. 
Beşinci əfsanə: Rəhmanov Sənhan Nurulla oğlunun vüriantı. Oğlan öz elinin xanı idi, qız öz elinin. Hərəsinin öz qalası vardı. Oğlanın qıza düşdü, dedi, hökmən mənə gəlməlisən. Qızın öz istədiyi vardı. Oğlana getmək istəmədi. Oğlan dəstəsi gəlib qızın qızın qalasına kəmənd atdı, qalanın başını uçurdu. Qız da öz dəstəsini başına alıb oğlanın qalasına kəmənd atdı, qalanı uçurub dağıtdı. Oğlanla qızın arasında ədavət gücləndi, qız gördü ki, öz qalasında dinc yaşaya bilməyəcək, istədiyi oğlana qoşulub bu yerlərdən getdi. Oğlan gəlib onu tapmasın deyə, atları tərsə nallatdılar. Oğlan atın getdiyi istiqaməti tapa bilmədi. Qız canını oğlanın əlindən qurtardı. Sonra qız oğlana məktub göndərdi ki, məni ərdə bil. Oğlan başa düşdü ki, qız onu aldadıb. O vaxtdan qızın yaşadığı yer Ərdəbil adlanır (4, 58). Bu variant 1929-cu ildə anadan olmuş, Alar kənd sakini, təhsilsiz Rəhmanov Sənhan Nurulla oğlundan lentə alınmışdır. Sənhan kişi gəncliyində ağac döyüşçüsü olub, xüsusi təlimlə hazırlanan ağac döyüşçüləri eli-obanı təhlükələrdən qoruyurdular. Sənhan kişi hər iki gözünü itirib, ancaq evdə hər şeyin yerini bilir və övladları onun bəllədiyi əşyaların yerini dəyişmirlər. Sənhan kişi Əmiqonanın nəslindəndir, Əmiqona Şıxhüseynin atası olub. Şıxhüseyndən Xanhüseyn, Xanhüseyndən Rəhman, Rəhmandan Nurulla olub. Nurulla Sənhan kişinin atasıdır. Cənub bölgəsinin istedadlı qələm sahibi Şakir Xanhüseynli bu nəsildəndir. 
Yardımlının Qız qalası haqqında əfsanələr tarixi hadisələrlə tam üst-üstə düşməsə də, folklor nümunələri kimi dəyərlidir. Qalanın ətrafındakı Dərəkeçməz və Şahnişin adlı yerlər də müdafiə əhəmiyyətli sayılır. Sarıbulaq, Dəvəboynu, Çarpayılı mağara, Əmbüs, Gəlin (Arvad) daşları, Alar çayı haqqında olan əfsanə və rəvayətlər bölgənin sirli-soraqlı keçmişindən soraq verir. Bütün bu yerlər Qız qalasının ətrafında cəmləşib və onun tarixi ilə bilavasitə bağlıdır.
İşin elmi yeniliyi: Yardımlının Qız qalası haqqında əfsanələr ilk dəfə elmi şəkildə araşdırılır. 
İşin nəticəsi: Qız qalası əfsanələri müqayisəli şəkildə nəzərdən keçirilmiş və elmi nəticələr əldə olunmuşdur
 
                                    Qaynaqlar 

1. Əsgərov Ş. Dağların hikməti. Bakı, İşıq, 1987, 78 s.
2. Nəzərli M. Yardımlı rayonunun qədim və orta əsrlər tarixi, I cild. Bakı: Nafta-Press, 2012, 112 s.
3. Rüstəmxanlı S. Ömür kitabı. Bakı, Gənclik, 1989, 368 s.
4. Yardımlı folklor örnəkləri. 1-ci kitab. Toplayıcılar İsrafil Abbaslı, Bəhlul Abdulla, Elxan Məmmədli və Bilal Alarlı. Tərtib edənlər f.ü.f.d. Elxan Məmmədli və f.ü.f.d. Bilal Alarlı (Hüseynov). Ön sözün müəllifi Bilal Alarlı (Hüseynov). Bakı: Elm və təhsil, 2014, 334 s.

                                           Bilal Alarlı Hüseynov

                                     QIZ QALASI ƏFSANƏLƏRİ

                                                   Xülasə

Yardımlının Qız qalası haqqında əfsanələr tarixi hadisələrlə tam üst-üstə düşməsə də, folklor nümunələri kimi dəyərlidir. Məqalədə beş müxtəlif əfsanə nəzərdən keçirilir.
Açar sözlər: Yardımlının Qız qalası, Qız qalası haqqında əfsanələr

                                  Bilal Alarly Hüseynov

                                     LEGENDS OF MAIDEN TOWER

                                                   Summary 

If the legends of Maiden Tower of Yardimly don”™t have completely correspondence between historical events they are valuable as folk-lore example. Five different legends are looked through in the article.
Key words: The Maiden Tower of  Yardimly, the legends of Maiden Tower.


 Ð‘илал Ðx90ларлы ГуÑx81ейнов

                                ЛЕГЕÐx9dДЫ «ДЕВИЧЬЯ БÐx90ШÐx9dЯ»

                                          Ðxa0езюме 

ЯрдымлынÑx81кие легенды о «Девичьее башни» не Ñx81мотрÑx8f на то, что не очень Ñx81очетаютÑx81Ñx8f Ñx81 иÑx81торичеÑx81кими Ñx81обытиÑx8fми, как фольклорные образцы, очень ценны. Ð’ Ñx81татье раÑx81Ñx81мотриваютÑx81Ñx8f пÑx8fть разных легенд.
Ключевые Ñx81лова: «ДевичьÑx8f башнÑx8f» ЯрдымлынÑx81кого района, легенды о «ДевичьÑx8f башнÑx8f».

Bilal ALARLI HÜSEYNOV,
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutu  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin