Iran neftinin dünya bazarına çıxışı Azərbaycana nə vəd edir?

Hazırda oxunan: Iran neftinin dünya bazarına çıxışı Azərbaycana nə vəd edir?

86199

İranla “altılıq ölkələri arasında əldə edilən razılaşma İran iqtisadiyyatının güclənməsinə, qonşu ölkənin dünya bazarında daha çox neft və neft məhsulları ixracına səbəb olacaq. Maraqlıdır, İran neftinin dünya bazarına geniş miqyasda çıxışı Azərbaycan neftinə necə təsir edəcək? Bu, dünya bazarında Azərbaycan neftinə olan tələbatı azalda bilərmi?

Bununla bağlı “Hürriyyət”x9d qəzeti və Moderator.az saytına açıqlama verən iqtisadçı-ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İran neftinin Azərbaycan neftinə olan tələbatı azaltmayacağını bildirdi:

“Iran nefti ilə Azərbaycan neftinin bazarları müxtəlifdir. Azərbaycan nefti 60%-ə qədər Avropa bazarına, 10% İsrail bazarına, 5% Amerika bazarına yönəlir. 25%-i isə Asiya bazarında satılır. İran nefti sadəcə qiymət seqmentində rol oynaya bilər ki, bu da ümumi tendensiyadır, bundan heç kəs sığortalanmayıb, yəni qiymət azalması olacaqsa, bütün neft ixracatçıları itirəcəklər. Bu, tək Azərbaycanla bağlı məsələ deyil”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin