Laçın Məmişov Rəhim bəy Vəkilovun izi ilə...

Hazırda oxunan: Laçın Məmişov Rəhim bəy Vəkilovun izi ilə...

79897

Azərbaycan Demoktarik Respublikasının ən gənc deputatı və parlamentin ilk katibi olmuş Rəhim bəy Vəkilovun faciəvi taleyinin qaranlıq qalmış bir çox məqamlarına işıq salacaq bir novella Azərbaycan dilinə tərcümə olunur. Dahi gürcü yazıçısı Konstantin Qamsaxurdiyanın “Düşmənlərin dostluğu”x9d adlı bir novellası var. Həmin novella Konstantin Qamsaxurdiyanın Solovki laqerində cəza çəkdiyi müddətdə dostluq etdiyi Rəhim bəy Vəkilov haqqında olan xatirələrindən bəhs edir. Novella,  rejissor, müstəqil jurnalist Laçın Məmişov tərəfindən gürcü dilindən rus və Azərbaycan dilinə tərcümə olunur. Bu haqda məlumatı Laçın Məmişov öz facebook səhifəsində paylaşmışdı. Moderator.az-a açıqlamasında isə novella ilə bağlı sualımızı ötən ay cavablandırmamasının səbəbinə aydınlıq gətirib:

“Həmişə sənədli filmlər üçün maraqlı mövzular, şəxsiyyətlər axtarışındayam. Yeni səhifələr açmaq, yeni cığırlar açmaq üçün daima axtarışadayam. Son zamanlar Azərbaycanla yanaşı Qafqazın böyük və maraqlı şəxslərinin bioqrafiyalarını oxuyuram. Konstantin Qamsaxurdiyanın bioqrafiyasını oxumağıma səbəb isə Avropanın tanınmış rejissorlarının birindən, onun oğlu SSRİ zamanında dissdent olmuş,  Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiya haqqında sənədli film çəkilməsi üçün aldığım təklif oldu. Zviad Qamsaxurdiyanın bioqrafiyasını oxuduqca,  araşdırdıqca istər istəməz atası Konstantin Qamsaxurdiyanın da zəngin həyat yoluna nəzər salmalı oldum. Bundan əlavə Zviad Qamsaxurdiyanın oğlu, öz babasının adını daşıyan, Konstantin Qamsaxurdiya ilə olduqca yaxın dostuq. Həmişə Konstantin onun babası Konstantin Qamsaxurdiyanın novellalarının birində bir azərbaycanlı haqqında söhbət açıldığını deyirdi. Bir gün növbəti görüşlərimizin birində öz çantasında bir kitab çıxartdı. Həmin kitabın ən sonuncu novellasını açıb mənə verdi. Başlığını oxudum “მტáƒxa0ების მეგáƒx9dბáƒxa0áƒx9dბáƒx90”x9d bu gürcü dilindən tərcümədə “Düşmənlərin dostluğu”x9d deməkdir. İstər istəməz maraqlı gəldi və soruşdum ki, “burda kim düşmən, kim dostdur?”x9d

  Konstantin öz babasının novellasının ilk bölümünü oxuyub tərcümə etməyə başladı. Rəhim bəy Vəkilovun adı gələndə, inanılmaz hisslər keçirdim. Axı cumhuriyyətimizin bütün qurucuları haqqında yetərincə məlumat olduğu halda, Rəhim bəy Vəkilov haqqında demək olar ki, ətraflı bir məlumat yox idi. Həmin andan Konstantinin yaxasından əl çəkmədim. Bütün novellanı oxuyub mənə tərcümə edirdi. Əlavə olaraq özü də şərh edirdi. Pantürkist, müsavatçı və pantürkizmi Gürcüstana əsrlər böyü Osmanlı hücumlarına görə sevməyən gürcü millətçisinin hansı şəraitdə dost olması olduqca maraqlı və ibrətamiz bir dostluqdur. Sonunucu dəfə görüşümüz baş tutanda isə qərara gəldik ki, Azərbaycanın və Gürcüstanın bu tarixi qəhrəmanlarının qaranlıqda qalmış şərəfli tarixini mütləq Azərbaycan oxucusuna çatdırmalıyıq. Konstantin Qamsaxurdiya Solovki laqerində həbsdə olan zaman Rəhim bəy Vəkilovla tanış olurlar. Sonra onların bu tanışlıqları möhkəm dostluğa çevrilir. Konstantin Qamsaxurdiya həbsdən azad olunandan sonra Tiflisə qayıdır. Bir neçə il sonra Rəhim bəy Vəkilov azad olunan zaman ona şərt qoyulur. İstənilən ölkənin paytaxtını seçə bilərsən, tək Bakıdan başqa. Rəhim bəy Vəkilov Tiflis şəhərini seçir. Tiflisə gələrək dostunu tapır. K.Qamsaxurdiya ona ev və iş tapır. Lakin Rəhim bəy Vəkilov həmişə İstanbula köçüb orda yaşamaq arzusunu Qamsaxurdiyaya deyir. Hətta bir dəfə O, K.Qamsaxurdiyaya birıikdə qaçmağı və İstanbula kommunistlərə qarşı qəzet yaratmağı məsləhət görür. Lakin Qamsaxurdiya pantürkizmin əleyhdarı kimi bu təkliflə razılaşmır. Rəhim bəy Vəkilov isə Türkiyəyə tək qaça bilməzdi. Çünki ona zamin duran dostu K.Qamsaxurdiyanı buna görə güllələyə bilərdilər. Bütün tarixi mənbələrdə Rəhim bəy Vəkilovun ölüm tarixi 29 fevral 1934-cü ildə Tiflisdə özünü Metex körpüsünün üstündə güllə ilə vuraraq çaya düşməsi kimi qeyd olunur. Lakin bu yalan və yanlı bir tarixdir. Əvvəla 1934-cü ildə fevral ayı 28-dən olub. Sonrası isə Rəhim bəy Vəkilov özünü güllə ilə vurmayıb. Bu “intihar”x9d hadisəsi isə Metex körpüsündə deyil, indi mövcüd olmayan “Madat adası”x9d deyilən yerdə baş verib. Əgər baş veribsə də bu da olduqca müəmmalıdır. Meyit yoxdursa, demək nə cinayət nə də intihar yoxdur.  Bir sözlə, sənədli film üçün Zviad Qamsaxurdiyanın izinə düşüb, Konstantin Qamsaxurdiyanın izinə çıxdıq. Konstantın Qamsaxurdiya isə məni həmişə düşündürən, faciəvi bir həyatı olmuş, Azərbaycan tarixnin şanlı qəhrəmanlarından biri olan qazaxlı Rəhim bəy Vəkilovun izinə çıxartdı. Novellanı oxuduqca, tərcümə etdikcə yeni suallar meydana çıxırdı. Olduqca maraqlı bir əsərdir. Orda elə hadisələr cərəyan edir ki, bəzən qəhərlənirdim, gözlərim dolurdu. Beləliklə novellanın tərcüməsi ilə yanaşı araşdırmaya başladım. Zaqafqaziya və Moskva arxivlərinə verdiyim sorğuların cavablarını gözləyirəm. Ümid edirəm ki, Rəhim bəy Vəkilovun həyatının əslində necə olmasını, əsl həqiqəti tapacağıq. Amma hələlik isə öz həmvətənlərimə 28 may Respublika günü münasibəti ilə təbrik olaraq, bu xoş sürprizin xəbərini vermək istəyirəm. Cavabı bu baryam gününə bütün ictimayyət üçün saxlamışdım.  Novella rus dilinə tərcümə olunub. Hal-hazırda redaktə işləri yekunlaşır. Tezliklə Azərbaycan dilində tərcüməsini də tamamladıqdan sonra, böyük ehtimal ki, dərc olunması üçün maliyyə məsələsini həll edib, tariximizin yeni bir səhifəsini açacağıq. Və ən nəhayəti onu da qeyd etmək istəyirəm ki, novellaya və araşdırmalarımız zamanı əldə etdiyimiz yeni faktlara əsasən sənədli film çəkmək haqqında qərar vermişəm. Allahdan bu yolda mənə və yardımçı olan hər kəsə kömək olmağı üçün çoxlu dualar edirəm. Qoy bu da mənim Rəhim bəy Vəkilovun nakam  ruhunu sevindirmək üçün tövhəm olsun. Şərqdə ilk demokratik respublikanı quran qəhrəmanların ruhu  çox güman ki, ölkəmizdə bu gün avtoritar rejim hökm sürməsi, Müsavatın və ümumilikdə cümhuriyyətin adı ilə spekulyasiları görürlər, duyurlar və Azərbaycan üçün çox narahatdılar. Mən axirət dünyasına da ruhlara da inanıram. Və istəyirəm ki, nə vaxtsa yolumuz oralara düşəndə Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov,  Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Rəhim bəy Vəkilovun qabağında başı ağağı, üzüqara qalmayım.”x9d

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin