15 nəfəri öldürən şirkətin əsl sahibi kimdir? - Sensasion FAKTLAR

Hazırda oxunan: 15 nəfəri öldürən şirkətin əsl sahibi kimdir? - Sensasion FAKTLAR

78972
Bakıda mayın 19-da 15 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı dəhşətli faciə ilə əlaqədar həbslər davam edir. Baş Prokurorluğun rəsmi məlumatına əsasən Binəqədi olayına görə hələki 6 nəfər tutulub. Onlardan 3-ü - “Qlobal Stone”x9d MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction”x9d MMC-nin rəhbəri Miryusif Mahmudov və müavini Ələkbər Əsgərovdur.

Bundan öncə də qeyd etdiyimiz kimi “Qlobal Stone”x9d MMC “Global Construction”x9dnun tərkibində yaradılmış törəmə şirkətdir. Adlarını çəkdiyimiz şirkətlər və rəhbər şəxsləri yanan binanı, eləcə də paytaxtda bir çox obyektləri keyfiyyətsiz üzlüklə üzlədiyinə görə cəzalandırılaraq həbsə atılıblar. 

Moderator.Az xəbər verir ki,  azvision.az-a daxil olan sensassion məlumata görə, “Global Construction”x9d MMC-nin gerçək sahibi Miryusif Mahmudov deyil. 2008-ci ilin martın 7-də qeydiyyata alınan şirkətin rəsmi olaraq rəhbəri Əliyev Nizami Səttar oğludur. Şirkət Bakı şəhəri, Səabil rayonu Zərifə Əliyeva küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. 








Vergilər Nazirliyində adıçəkilən şirkətin rəhbəri kimi Miryusif Mahmudovun yox, Nizami Əliyevin adı qeyd edilib. 

Göründüyü kimi, M.Mahmudov “Global Construction”x9dMMC-ni öz adına deyil, N.Əliyev adlı vətəndaşın adına dövlət qeydiyyatından keçirərək qanunsuz şəkildə fəaliyyət göstərib.















Bakıya ölüm gətirən şirkərin gizli rəhbəri Nizami Əliyevin əsl kimliyi sirr olaraq qalsa da o, bir neçə dəfə kredit borcuna görə məhkəməyə verilib. Adıçəkilən şəxs barəsində Nəsimi rayon Məhkəməsində 2010-cü ilin avqust ayında “Azərbaycan Sənaye Bankı”x9d ASC tərəfin iddia qaldırılıb. 
Bank tərəfindən Nəsimi Məhkəməsinə ünvanlanan şikayətdə N.Əliyevin “Azərbaycan Sənaye Bankı”x9dndan götürdütü krediti geri qaytarmadığı bildirilib. Krediyin məbləgi müraciətdə göstərilməyib.

Əldə etdiyimiz digər məlumata görə, Azərbaycanda “Global Construction”x9d adlı iki şirkət fəaliyyət göstərib. İkinci şirkətin rəsmi adı sənədlərdə “Qlobal-Konstrakşn”x9d MMC olaraq qeydə alınıb.














2006-cı ilin dekabrında yaradılan həmin şirkətin Vergilər Nazirliyindən keçirilən qeydiyyatda rəhbəri Vəliyev İlqar Əli oğlu göstərilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin