Soltan Süleymanov: “İqtisadi dəyərlərin orta məktəb dərsliklərində izahı təqdirəlayiqdir”x9d
Sosial sığorta nədir?
Sosial sığorta haqqında Azərbaycan Respublikasının qanununa görə,xa0 “sosial sığortaxa0”” bu qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır”x9d. xa0Sosial sığorta iki formada ”“məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formasında olur. Sosial sığorta vətəndaşın pensiyası təminatı, sosial rifahı baxımından mühüm əhəmiyyətə malikdir. Məhz bu baxımdan da tanınmış iqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, müəssisələrdə işə düzələn vətəndaşların özü əmək münasibətlərinin rəsmiləşdirilməsində maraqlı olmalı, sosial sığortaların vaxtı-vaxtında ödənilməsinə diqqət yetirməlidir:xa0
“Vətəndaş anlamalıdır ki, onun maaşından ayrlıb dövlətə gedən vəsait onun gələcəyinin təminatıdır.xa0 Bu baxımdan hər bir insan çalışmalıdır ki, işlədiyi yerdə rəsmiləşdirilsin. Gələcək pensiya təminatını təmin etsin. Əks halda vətəndaş bugünkü maaşa görə müqavilə bağlamaqda maraqlı olmur, amma gələcək üçün özünə böyük problemlər yaradır. İnsanların bu həqiqətləri anlaması olduqca vacibdir”x9d.
İtki, yoxsa gələcəyə qoyulan kapital ?
Sosial sığorta sisteminin praktikada tətbiqi ilə bağlı aparılan araşdırmaların nəticəsi göstərir ki, bəzi insanların bu sistemdə iştirakdan yayınmasına səbəb onların sosial sığorta üçün ayrılan ödəmələrə pul itkisi kimi yanaşmasıdır. Vətəndaşların bəzisi yanlış olaraq belə hesab edir ki, dövlət sosial sığorta sistemi vasitəsi ilə onların qazancının bəlli bir qismini “əllərindən alır”x9d. Halbuki, sosial sığorta sisteminin mahiyyəti tamamilə fərqlidir. Sosial sığorta bu günün işçisinin sabahına qoyulan etibarlı kapital deməkdir. Bu, elə bir kapitaldır ki, bu gün əmək qabiliyyətinə malik olan vətəndaş sabah ”“ yaşlaşdığı, əmək qabiliyyəti qismən və ya tamamilə itirdiyi bir vaxtda “ortaya çıxır”x9d, onun sosial rifahının yüksək səviyyədə təmin edilməsinə yardımçı olur. Başqa sözlə desək, hər kəsin gələcəkdəki maddi təminatı, sosial rifah səviyyəsi onun özündən, sosial sığorta sistemindəki iştirak aktivliyindən asılıdır. Çünki vətəndaşların pensiya hüquqları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotunun məlumatları əsasında müəyyənləşdirilir.
Sosial sığortada pay bölgüsü
İqtisadçı ekspert Samir Əliyev açıqlamasında sosial sığorta sistemində vətəndaş və müəssisə arasında müəyyən pay bölgüsünün olmasına da diqqət çəkdi. Mövcud qanunvericiliyə əsasən sosial sığorta ödənilməsində 22+3%-lik pay bölgüsünün tətbiq edildiyinə diqqət çəkən ekspert, müəssisələrin üzərinə düşən payın azaldılmasının vacibliyini vurğuladı:
“Hazırda Azərbaycanda 22+3% sistemi fəaliyyət göstərir.xa0 Bunun 3%-i vətəndaşın, 22%-i isə müəssisənin payına düşür. Bu vəsait Sosial Müdafiə Fonduna köçürülür. Bu isə gələcəkdə həmin şəxsin pensiya təminatında mühüm rol oynayır. Vətəndaş indi işləyərək Sosial Müdafiə Fonduna pul köçürür, sabah isə pensiya yaşına çatanda bu vəsaitdən faydalanır. Doğrudur, bu məsələdə bəzi mübahisəli məqamlar da mövcuddur. Xüsusilə də sosial sığorta üçün ödəniıəcək vəsaitin 22%-nin müəssisələrinin payına düşməsi bəzi mütəxəssislər tərəfindən o qədər də ədalətli hesab edilmir. Əslində həqiqətən də müəssisələrin üzərinə 22%-lik öhdəliyin qoyulması özlüyündə böyük göstərici hesab edilə bilər. Məhz bunun nəticəsidir ki, ölkədə qeyri-rəsmi olaraq işləyən muzdlular ordusu var. Məhz bu 22%-lik göstərici səbəbi ilə bəzi hallarda müəssisələr işçini rəsmi şəkildə işə götürməkdə maraqlı olmur. Buna görə də hesab edirəm ki, bu nisbət bir qədər azaldılmalıdır. Bu göstəricinin 16%-ə salınması, yəni müəssisələrdən alınaraq vətəndaşların üzərinə qoyulması yaxşı olardı. Bu, müəssisələrin vətəndaşları rəsmi şəkildə işə götürməsinə müsbət mənada təsir göstərə bilər. Hansı ki, vətəndaşların rəsmi şəkildə işə götürülməməsi onlar üçün ciddi problemlərə səbəb olur. Ona gələcəkdə pensiya hesablanmır. Iş yerindən arayış ala bilmir. Digər öhdəlikləri də olmur. Sabah bir hadisə baş verəndə müəssisə öz yaxasını kənara çəkir. Bu baxımdan hesab edirəm ki, bu sahədə bəzi optimallaşdırmalara ehtiyac var”x9d.
Vergi və onun sosial sığortadan fərqi
Bəzixa0 hallarda vətəndaşların vergi və sosial sığorta ilə bağlı təsəvvürlərinin məhdudluğu bu iki anlayışın aydın dərk edilməməsinə, hətta bir çox hallarda eyniləşdirilməsinə gətirib çıxardır. Halbuki, vergi və sosial sığorta arasındakı sərhədlər kifayət qədər fərqli və özünəməxsusdur.
Vergi dövlətin, eləcə də bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Yalnız Azərbaycanda deyil, bütün dünyada vergi dövlətin ən önəmli gəlir qaynaqlarından birini təşkil edir. Vergi sisteminin qüsursuz bir şəkildə işləməsi bütövlükdə dövlət və onun tərəfindən həyata keçirilən ən müxtəlif layihələrin qüsursuz şəkildə reallaşması deməkdir.
Vergi və sosial sığorta arasında bir neçə fərqli cəhət var ki, bunlardan biri verginin əvəzsiz ödəmə olması ilə bağlıdır. Halbuki, vergidən fərqli olaraq sosial sığorta nəticə etibari ilə pensiya formasında yenidən vətəndaşın özünə qayıdır. Bundan başqa, vergi dövlət xərclərinin maliyyələşməsinə sərf edilən bir sistem olduğu halda, sosial sığorta sistemi vətəndaşın pensiya təminatının, sosial rifahının yüksəldilməsinə xidmət edir. Başqa sözlə desək, vergi dövlətin, sosial sığorta isə vətəndaşın maddi təminat mənbəyi qismində çıxış edir. Sosial sığortada məcburi ödəmə ilə yanaşı könüllü ödəmə forması olduğu halda vergidə bütün ödəmələr məcburi xarakterlidir.
Vergi, fiziki və hüquqi şəxslərdən ödəmə qabiliyyətləri nisbətində alınır. Məhz bu baxımdan dünyanın bəzi ölkələrində gəlir vergisi tətbiq edilməkdədir. Hansı ki, bu cür vergi sisteminin gələcəkdə Azərbaycanda da tətbiqi ekspertlər tərəfindən məqsədəuyğun hesab edilir. Məsələ ilə bağlı saytımıza açıqlama verən tanınmış iqtisadçı Vüqar Bayramov bunun üçün öncə zəruri hüquqi bazanın formalaşdırılmasının əhəmiyyəti qeyd etdi:
“Gəlir vergisinin tətbiqi bir sıra ölkələrdə müşahidə edilməkdədir. O cümlədən Rusiya daha çox gəlir əldə edən şəxslərdən daha çox vergi almaq praktikasını tətbiq edir. Azərbaycanda da gəlir vergisinin tətbiq edilməsi ilə bağlı müzakirələr aparılsa da, varlılardan daha çox verginin alınması tətbiq edilməyib. Bizim apardığımız qiymətləndirmələrə görə, indiki halda gəlir vergisinin tətbiqi üçün Azərbaycanda yetərincə hüquqi baza formalaşmayıb.
Gəlir vergisinin tətbiqi üçün hökmən əhalinin gəlirlərinin deklorasiyası tərtib olunmalıdır. Yalnız gəlirlərlə bağlı deklorasiya tətbiq edildikdən, vətəndaşlar öz gəlirləri ilə bağlı məlumat verdikdən sonra, gəlir vergisinin tətbiqi mümkündür. Gəlir deklorasiyasi tətbiq edilmədən sərvət vergisinin tətbiqi imkansızdır”x9d.
xa0
Sosial sığorta sisteminin dərkində dərsliklərin rolu
Sosial sığorta, vergi, istehlakçı hüquqları və s. kimi iqtisadi məsələlərin dərk edilməsində, iqtisadi təfəkkürün formalaşmasında dərsliklərin müstəsna rola malik olduğu inkaredilməzdir. Xüsusilə də aşağı sinif dərsliklərində sosial sığorta və digər iqtisadi dəyərlərin anlaşılmasına xidmət edən məlumatlar cəmiyyətimizin azyaşlı vətəndaşlarına sadəcə bilgi vermir, həm də onlarda sosial sığorta mədəniyyəti formalaşdırır. Bu bilgi və xa0mədəniyyət sosial sığorta və digər iqtisadi dəyərlərin insanların beynində yaşam fəlsəfəsi olaraq qərarlaşmasında mühüm rol oynayır.
Bu baxımdan son illər Azərbaycanda orta məktəb dərsliklərində edilən müvafiq yeniliklərin, xüsusilə də “Həyat bilgisi”x9d fənnində yer alan məlumatların əhəmiyyəti olduqca böyükdür. Bu məlumatlar yeni nəslin iqtisadi dəyərlərə, tələb və öhdəliklərə hörmət ruhunda tərbiyəsində əvəzsiz rola malikdir.
Təcrübəli pedaqoq Soltan Süleymanov hesab edir ki, sadəcə iqtisadi dəyərlərə deyil, digər dəyər və meyarlara hörmət və sevginin aşılanması baxımından dərsliklərdə yer alan təbliğedici və təlqinedici materiallar böyük əhəmiyyət kəsb edir:xa0
“Məşhur ingilis nəzəriyyəsi Con Lokkun “Ağ lövhə”x9d nəzəriyyəsi mövcuddur. C.Lokk uşaq beynini ağ lövhəyə bənzədir və qeyd edir ki, bu lövhədə yer alan heç nə silinmir və uzun müddət, hətta bütün ömür boyu öz mövcudluğunu qoruyub saxlayır. Bu baxımdan milli və ümumbəşəri dəyərlərlə yanaşı, iqtisadi dəyərlərin, sosial sığorta və vergi sisteminin əhəmiyyəti, onların fərd və dövlət həyatında oynadığı rolun orta məktəb dərsliklərində izahı təqdirəlayiqdir. Çünki belə olduğu təqdirdə uşaqlar bu dəyərlərə bağlı şəkildə böyüyür və sonrakı fəaliyyətlərində özləri ilə bu dəyərlər arasında hansısa sərhəd, ziddiyyət və uçurum görmür”x9d.
Seymur Əliyev
Moderator.az saytı
Məqalə DSMF-nin elan etdiyi “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır”x9d mövzusunda müsabiqəyə təqdim olunur.
































































































