Polisə xəsarət hallarının artması nə ilə bağlıdır?

Hazırda oxunan: Polisə xəsarət hallarının artması nə ilə bağlıdır?

62328

Son vaxtlar polis əməkdaşlarına xəsarət yetirilməsi halları artmaqdadır. Təkcə son bir həftə ərzində bir neçə bu cür hal baş verib ki, əslində bunu Azərbaycan üçün bugünə qədər xarakterik olmayan yeni problem kimi dəyərləndirmək olar.

Maraqlıdır, polis əməkdaşlarına xəsarət yetirmə hallarının artması nə ilə bağlıdır? Baş verənlər adi bir təsadüf kimi dəyərləndirlə bilərmi? Yoxsa baş verənlərin arxasında hansısa məntiq və qanunauyğunluq dayanır? Polisə silahlı müqavimət cəmiyyətdə artan aqressiya və gərginliyin göstəricisi hesab oluna bilərmi?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev baş verənləri təsadüf kimi dəyərləndirdi:

“Hesab edirəm ki, baş verənləri sensasiya kimi qiymətləndirmək doğru deyil. Məsələyə cəmiyyət və cinayət konteksindən yanaşmaq lazımdır. Cəmiyyət olan yerdə cinayət də olacaq. Cinayət cinayətdir. Burada kimə - polisəmi, həkiməmi, müəlliməmi xəsarət yetirilməsinin əhəmiyyəti yoxdur. Bütün hallarda insan insandır. Buna görə də baş verənlərdə qeyri-adi nə isə görmürəm. Cinayət tərkibi yaradan amillərdən biri cinayətin motividir. Bu hadisələrdə motiv nə olub-  bunu biz bilmirik. Bunu işin istintaqını aparan müstəntiq bilir. Motivi biləndən sonra subyektiv fikir yürütmək olar”x9d.

M.Hacıyevin qənaətincə Azərbaycan polisə olan münasibəti də nəzərə almaq lazımdır: “Məsələyə Azərbaycan reallığından yanaşsaq etiraf etməliyik ki, cəmiyyətdə hüquq-mühafizə orqanlarına, xüsusilə də polisə qarşı müəyyən qədər antipatiya mövcuddur. Lakin birbaşa bu cinayətlərin törədilməsində həmin antipatiya nə dərəcədə rol oynayıb, bunu söyləyə bilmərik”x9d.

Sabiq polis rəisinin sözlərinə görə, son vaxtlar bıçaqla xəsarət yetirmə hallarının sayı kəskin artıb ki, bu da məlum problemin səbəblərinin araşdırılmasını zəruri edir: “Son vaxtlar bıçaqla xəsarət yetirmə halları ümumiyyətlə artıb. Dəhşətli məqam budur. Son 5 ildə bıçaqla törədilən cinayət tərkibli əməllərin sayında kəskin artım var. Zənnimcə, bu məsələyə diqqət yetirmək daha vacibdir. Bunun səbəblərini araşdırmaq lazımdır. Çünki bıçaqla törədilən qətl hadisələrinin də sayında artım var. Bıçaqla törədiulən xuliqanlıq hərəkətlərində də artım müşahidə edilir. Əsas diqqəti buna yönəltmək lazımdır”x9d.

M.Hacıyevin qənaətincə, polisin xəsarət aldığı olayların daxili təhqiqat orqanı tərəfindən obyektiv surətdə araşdırılmasına ehtiyac var və sovet dönəmində bu qurumun fəaliyyəti kifayət qədər obyektiv idi:

“Sovetlər dönəmində o vaxt “milis”x9d deyilən polislə bağlı hər hansı cinayət tərkibli əməl baş verəndə, polis həmin olayda zərərəkən və ya təqsirkar olmasından asılı olmayaraq, bu məsələni DİN-nin xüsusi müfəttişliyi araşdırırdı. Indi onu böyüdüblər və bu qurum Daxili Təhqiqatlar İdarəsi adlanır. İşiprokurorluq aparırdı. Xüsusi Müfəttişlik bölməsi də prolurorluğa paralel olaraq xidməti təhqiqatı aparırdı. Onu da qeyd edim ki, əgər işin içində polis əməkdaşı varsa, o zaman qanuna görə məsələnin araşdırılması, işin istintaqı prokurorluq tərəfindən həyata keçirirlir. Sovet dönəmində bu tədqiqat nəticəsində polis əməkdaşının baş verən olayda hansı mövqedən çıxış etdiyi, nə dərəcədə haqlı və ya haqsız olduğu araşdırılırdı. Bu gün Daxili Təhqiqatlar İdarəsində bu məsələlər nə dərəcədə araşdırılır, işin keyfiyyəti nə dərəcədə qənaətbəxşdir, bilmirəm. Lakin baş verən olayda polisin iştirakının araşdırılması vacibdir. Çünki bəzən olur ki, polis xəsarət alsa da sağ qalırdı. Xidməti təhqiqat vaxtı aydın olurdu ki, cinayət əməlinin törədilməsində, münaqişənin baş verməsində qarşı tərəf qədər də polis özü günahkardır. O zaman həmin polis əməkdaşını orqandan xaric edirdilər. Prokurorluq digər tərəflə bağlı cinayət işi qaldırıb onu həbsə alsa da, polis zərərkəçən də olsa, təqsiri varsa, həmin polis əməkdaşı orqandan xaric edilirdi. Yəni sözün həqiqi mənasında obyektiv araşdırma aparılırdı”x9d.

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin