Dünən Moderator.az Bakı buxtasında dənizin amansızcasına çirklənməsiylə bağlı videonu oxuculara təqdim etmişdi.----- moderator.az/?xeber=59297
Ona görə də yaranmış acınacaqlı duruma aydınlıq gətirməsi üçün eks-spiker, vaxtilə Azərbaycanın neft sənayesinin tanınmış simalarından olan Rəsul Quliyevə aşağıdakı sualla müraciət etmişik:
Dünyada Xəzər kimi acınacaqlı durumda olan neft çıxarılan dəniz varmı?
Eks-spikerin cavabı gözlənildiyi kimi çox orijinal oldu:
"Ekoloji vəziyyətində görə Xəzər dənizi səviyyəsində acınacaqlı durumda olan nə dəniz, nə də göl yoxdur. Xəzər dənizi yeganə dənizdir ki, 19-cu əsrin axırlarından 1940-cı illərə qədər əvvəllər çıxarılan neftin benzin, kerosin fraksiyaları ayrılandan sonra demək olar ki, yerdə qalan 80 faizi dənizə atılıb. 20-ci ilin əvvəllərindən neft emalından qalan ağır fraksiya-qudron istifadə edilmədiyinə görə dənizə atılıb. Hal-hazırda 1 milyon tondan çox Qudron sudan ağır olduğu üçün dənizin dibində yerləşib. Bu proses sovet dövründə və bu gün də davam edir. Xəzər dənizi amansızcasına Volqa boyu sənaye şəhərləri- Dağıstan, Qazaxıstan,Türkmənistan və Azərbaycan tərəfindən zərərli tullantılarla çirklənir. Xəzər dənizinin (böyüklüyünə gərə dəniz hesab edilir, əslində göldür. Dəniz səviyyəsindən 60 metrə yaxın aşağıdadır. Xəzər dənizi dünya okean sisteminə qoşulsa Azərbaycanın 70 faizi suyun altında qalar.) okean və dənizlərdən fərqli olan keyfiyyəti bu dənizi ölü dənizə çevrilməkdən xilas edib. Xəzər dənizində oksigenin su ilə qarışması başqa dənizlərdən fərqlidir, daha doğrusu, müqayisədə 6 dəfə artıqdır. Ona görə də bu dənizdə nərəkimilər fəsiləsinə aid balıqlar yaşayır və ona görə də dənizə atılmış zərərli tullantılar oksidləşib (əlbəttə, uzun müddətə) zərərsiz maddələrə çevrilirlər."




























































































