May ayından bəri 64 suda boğulma hadisəsi qeydə alınıb

Hazırda oxunan: May ayından bəri 64 suda boğulma hadisəsi qeydə alınıb

52030
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası may ayından bu günə qədər qeydə alınan hadisələrin statistikasını açıqlayıb. Stansiyadan  verilən məlumata görə, həmin vaxt ərzində 32 nəfəri ilan sancıb. Bu şəxslərdən 31-i xəstəxanaya yerləşdirilib. Eyni zamanda bu müddət ərzində 60 nəfəri həşərat sancıb. Onlardan 37 nəfəri xəstəxanaya yerləşdirilib. Digər hadisələrə gəlincə, bu aylar ərzində 64 suda boğulma hadisəsi qeydə alınıb. Nəticədə 19 nəfər ölüb, 23 nəfər xəstəxanaya çatdırılıb. 26 günvurma hadisəsi qeydə alınıb. Onlardan 12-si xəstəxanaya yerləşdirilib.



APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin