“Ebola” virusunun Azərbaycanda yayılma ehtimalı...Açıqlama

Hazırda oxunan: “Ebola” virusunun Azərbaycanda yayılma ehtimalı...Açıqlama

51549
“Hələ ki, bülleten göndərilməyib”.

“Ebola” virusu ilə bağlı hələ ki, bizə Beynəlxalq Epizodik Büronun bülleteni göndərilməyib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova deyib.

O bildirib ki, “Ümumdünya Heyvan Sağlamlıq Təşkilatının (Beynəlxalq Epizodik Büro) həftəlik bülletenlərində Təşkilata üzv olan ölkələrin epizodik vəziyyətləri barədə məlumat verilir. Hazırda 178 ölkə bu Təşkilatın üzvüdür. Həmin ölkələrdəki məlumatlar Beynəlxalq Epizodik Büroya ötürülür. Həftəlik bülletenlərdə dünyanın hansı ölkəsində hansı xəstəlik baş verirsə o barədə məlumatlar öz əksini tapır”.

S.Rüstəmova onu da vurğulayıb ki, alimlər tərəfindən həmin virusun mənbəyi olduğu söylənilən qorilla və kiçik bonobo şimpanzeləri Azərbaycana gətirilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin