Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 3 minə yaxın müraciət daxil olub

Hazırda oxunan: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 3 minə yaxın müraciət daxil olub

50826
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə 3 minə yaxın müraciət daxil olub. 

Baş Prokurorluğun mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, bu barədə Azərbaycanın prokurorluq orqanları tərəfindən 2014-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyətinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə 2.864 müraciət daxil olub. Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin əksəriyyətinin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.
2014-cü ilin birinci yarısında idarə tərəfindən vətəndaşların 1.603 müraciətinə baxılıb, həmçinin 169 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 53%-i üzrə cinayət işi başlanıb. 2014-cü ilin I yarısı ərzində idarə tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin