Avroasiya İnstitunun ekspertlər şurasının üzvü, Psixoloji Portretalogiya və Politalogiya Mərkəzinin rəhbəri Adığözəl Məmmədov Moderator.az üçün regionun ən populyar siyasi liderinin psixoloji portretini yaradıb.
Son vaxtlar psixoloji problemlərin öyrənilməsi və bu amillərin bütün liderlərin siyasi fəaliyyətinə təsiri hər kəs üçün mühüm məsələyə çevrilib. Şübhəsiz ki, obyektiv ictimai-siyasi, iqtisadi hallarla yanaşı, qaçıb psixologiyaya sığınan subyektiv amillər, adətlər, tərbiyə və şəxsiyyətin xarakteri “tarixi yönəldən” amillərdir.
Portretoloq ”“ o həm psixoloq, həm də həkimdir
Psixoloji portretologiyanın hazırlanmasında əsas məqsəd müxtəlif dövlətlərin liderlərinin təmsil etdikləri ölkələrin siyasətinə onların təsir etmə qabiliyyətlərini müəyyən etməkdir.
Kataklizmlər zamanı ictimai həyatın və ya tarixin dönüş mərhələlərində təzadlı və gözlənilməz liderlər fəallaşır və bir çoxlarının təəccübünə rəğmən, kütlənin fanatına çevrilə bilirlər. Liderlərin psixoloji qiymətləndirmə sistemi siyasi prosesləri proqnozlaşdırmağa imkan verir.
Məlum olduğu kimi, dövlətdə şəxsiyyətin rolu və dövlətdə birinci şəxsin əhəmiyyəti nadir, eyni zamanda digər amillərə hakim olur, bu xüsusilə Qafqaz regionu dövlətlərinə aiddir.
Psixoloji portretlərin qurulmasında siyasi xadimlərin obrazlarını fərqli açıqlayan universal psixodiaqnostik yanaşmalar mövcuddur. Hər bir konkret halda şəxsiyyət strukturu siyasəti, psixoloji portret tərtibi portretoloq tərəfindən modelizə edilir və ya müəyyən məqsədə nail olmaq üçün konkret praqmatik məsələlər həl edilir.
Bütün bu tapşırıqların öhdəsindən gələk üçün portretoloq nəinki psixoloq, o eyni zamanda tibbi biliklərə də sahib olmalıdır. Çünki siyasi liderlərin psixoloji portretlərini tərtib edərkən, şəxsi xüsusiyyətləri və norma həddi patalogiya nəzərə alınır. Köklü şəxsiyyət strukturu və tipik xarakterli cəhətlər insanların xüsusi tərbiyə üsulunun məhsuludur (əsasən də uşaqlıq çağında). Köklü şəxsiyyət strukturu sosial elmlərin təhlil əməliyyatının effektiv alətidir.
Hər şeyin səbəbi ”“ çətin keçmiş uşaqlıq dövrüdür
Mixail Saakaşvili 1967-ci ilin 21 dekabr tarixində Tbilisidə, zadəgan gürcü ailəsində anadan olub. Onun atası Nikolas ixtisasca tibb işçisi idi. O öz oğlunun doğulmağına bir neçə ay qalmış həyat yoldaşından ayrılaraq, başqa ailəyə gedib. İxtisasca, tarixçi-professor, Gürcüstanın orta əsr mədəniyyəti üzrə mütəxəssis, türkoloq, “Gürcüstan-Azərbaycan dostluq mərkəzi”nin rəhbəri olan anası Qiuliya Alasaniya daha sonra Zurab Kometianla ailə həyatı qurur. Tərbiyəsi ilə anası məşğul olurdu. Atalığı ona məsafəli davranırdı. Mişa ata nəvazişindən məhrum halda böyüyür.
Bütün bu uşaqlıqda aldığı travmalar gələcək də onun xasiyyətinə, qavrayış və davranışına təsir edir. Lakin atalığından çox, o öz doğma atasına nifrət bəsləyirdi və öz uşaqlığına görə onu əfv etmirdi. Saakaşvili hətta öz ata adını Nikolazoviçdən Nikolayeviçə dəyişib. Bu əslində ailəsini onun doğulmasına qədər tərk etmiş atadan özü-özlüyündə alınmış bir intiqamı idi. Eyni zamanda bu hərəkətlə o özünün etnik mənşəyinin menqrel olduğunu da açıqlamış oldu. Bu cür ab-havada Mişa öz uşaqlıq dövrünü başa vurur.
Açıq-aşkar onun öz həmyaşıdlarına həsədlə baxdığı hiss olunurdu. Bu hisslər onu tənhalığa təcrid edirdi. O öz ailə natamamalığını dərsləri ilə ciddi şəkildə məşğul olmaqla doldurmaq istəyirdi. Lakin uşaqlıqda aldığı travmalar onda öz izlərini buraxmışdı. Ona görə də hakimiyyət həmişə onun üçün həmin natamamlığı doldurmaq və nailiyyətlər əldə etmək üçün bir alət olub.
Saakaşvili üçün hakimiyyət maddi və qeyri-maddi fayda əldə üçün (var-dövlət, şöhrət, nüfuz, tanınmaq, cəmiyyətin yuxarı təbəqəsinə giriş və s. ), həmçinin başqalarının üzərində hökmranlıq etmək, başqalarının ondan asılılığını görməkdən həzz almaq üçün bir vasitədir. (özünəməxsus hökmranlıq sadizmi)
Saakaşvilin xarizması və cazibə qüvvəsinin sehrləri
Mixail Saakaşvili tarixin müasir demaqoqu kimi, müxalifət elektoratını öz məqsədləri üçün istifadə edirdi. O kütlənin idealıdır və onların şərtsiz ona heyranlıqlarından istifadə edərək, onların dəstəyinə arxalanır. O məhz xalqın böyük tutumunun nə eşitmək istədiklərini deyir.
“Kommersant” qəzetinin xüsusi müxbiri Andrey Kolesnikov 22 noyabr 2003-cü ildə Tibilisidə olarkən baş verən hadisələri belə xarakterizə edib:
“Mən baş verən mitinqdə gəzişərkən, birdən gözlənilmədən İosif Stalinin heykəli arxasında tünd mavi rəngdə “UAZ” markalı maşın dayandı və onun içindən qulaqlarında qulaqcıqlar və əllərində mikrafonlarla, bir neçə cangüdənin müşayəti altında Mixail Saakaşvili endi. Onlar olduqca professional şəkildə hərəkət edirdilər, bir an içində kütlə arasında gəzişdilər. Mixail Saakaşvili tribunaya çıxdı. Mən xarizmatik lideri gördüm. Onun hər bir sözü böyük heyranlığa səbəb olurdu. İnsanlar onun nə danışdığını heç anlamırdı da. Çünki, onları bu heç maraqlandırmırdı da. Onlar üçün sadəcə onun onlarla olması və onu canlı görmələri kifayət edir”.
Həmin gün müxalifçilər əllərində qızılgüllərlə parlamentin binasını əhatə etdilər. 2003-cü ilin 23 noyabrında “Milli Hərəkat” (Nasionalnoye Dvijeniye) Partiyasının rəhbərliyi və Mixail Saakaşvili Zurab Jvaniya ilə, eləcə də spiker Nino Burcenadze ilə etiraz aksiyası keçirdilər. Gürcüstanda hakimiyyət dəyişikliyi baş verdi. Təşkil edilən üsyanın əsası 2 noyabr 2003-cü ildə keçirilən parlament seçkilərinin saxtalaşdırılması motivinin üzərində qurulmuşdu. Eduard Şivarnadze istefa verməli oldu.
Saakaşvili gözlənilməz və prinsipialdır. O məcaraçıdır, bir çox hallarda xəyallardakı vasitələrə o qədər tutunur ki, məqsədin nədən ibarət olması da unudulur. O diqqət mərkəzində olmaq üçün böyük diqqətini provakasiyalara yönəldir. Lakin bir çoxları bütün bunlara uyaraq, “özünü-hipnoz” edərək başverənlərin təsirinə düşürlər. Bu zaman saakaşvili hər kəsin gözündə düz olmağı bacarır və bundan istifadə edərək öz siyasi rəqiblərini neytralizə edir.
Mixail Saakaşvili fenomeni
Mixail Saakaşvilinin şəxsi həyatı onun özü üçün xəyal etdiyi şəkildədir. O öz əhatəsindəki insanların fikirlərini qəbul etmir, ona qarşı səslənən istənilən tənqidi inkar edir. Onun üçün yalnız bir həqiqət var, o da onun öz şəxsi fikiridir. Kim ki, onunla hər hansı bir fikirdə razılaşmır, Saakaşvili həmin adama yad və ya hətta düşmən kimi baxır. Ona görə də hər şeyə və hər kəsə qarşı şübhə ilə yanaşdığından çox zaman belə insanlar heç kəslə yola getmir və tək qalır. Onlar yorulamadan uydurulmuş “düşmənlər” və “yüksək arzularla” yaşayırlar.
“Yüksək arzular” əslində real baş verən hadisələrdən yaranır, sıx emosiya ilə müşayiət olunur və fikirlərində dominant mövqe yer alaraq, yanlış nəticələrə aparır.
Bir çox yanlışlıqlarla barışmayanlar heç vaxt onlara olunan təhqiri unuda bilmirlər və bütün həyatları boyu vəziyyəti təhlil etməklə məşqul olurlar. Bu hislər onların fikirlərində intiqam hissini yaradır.
Yüksək arzular ”“ səhv və sayıqlamaq arasındakı orta vəziyyətdir. Yüksək arzular psixi xəstəlik hesab olunmasa da, onun patalogiyası hesab edilir. Onlar Saakaşvilinin xasiyyətində konflikt yaradan, təcavüzkarlıq, tez özündən çıxmaq kimi xüsusiyyətlər yansıta bilir.
Bütün bu xüsusiyyətləri şizoid şəxsiyyət növünə aiddir.
Şizoid şəxsiyyət növü ( bunu özünə qapalı kimi də adlandırmaq olar). Şizoid sözü 1936-cı ildə alman alimi Kreçmen tərəfindən yaranıb. O hesab edirdi ki, şizoid psixotiplərlə şizofreniya xəstələri arasında oxşarlıq var. Lakin daha sonra məlum oldu ki, onlar arasında oxşarlıq olsa da, onlar arasında etiloji və pataqonik bağlantı yoxdur. Şəxsiyyətin bu cür xüsusiyyəti onların otistik düşüncəyə malik olmalarıdir. Bu da onları digərlərindən fərqləndirir. Bu cür insanların mimikaları, davranışları, geyimləri və s spesifik fərliliyə malikdir. Onların şübhəçi olmaları artıq adət halına çevrilir.
Bütün bunlarda şizod şəxsiyyət növünün simptomları özünü əks etdirir. Fizioloji nöqteyi nəzərdən, bu bütün orqanizmin və sinir sisteminin reaksiyasıdır.
Bu cür insanlar çox zaman şənlənməyi, səs-küylü yerlərdə olmağı, konsertlərdə qonaqlar qarşısında öz keyfiyyətlərini nümayiş etdirərək onun digərlərindən fərli olduğunu göstərməsindən xoşu gəlir. Lakin bir nəqədər vaxt keçəndən sonra onlar tək qalmaq istəyirlər.
Onlar bu cür vəziyyətdən əziyyət çəkirlər: yüksəyə qaxmaq və təqib vəziyyəti.
Təqib və ya paranoyaya məruz qalanlar daim hər şeydən şübhələnirlər. Bu şəxsiyyətlər daxili təəssüratlar, hisslər, duyğular kənar müşahidələrin nəzərindən gizli qalmağa üstünlük verir və onlar başqa insanlarla yaxınlaşmağa meyilli deyillər. Çox zaman onlar özlərindən razı olur, kənar şəxslərə qarşı şübhə ilə yanaşır və özlərini sevən olurlar. Öz bacarıqlarını və əmək verdikləri hər şeyi cox yüksək qiymətləndirirlər. Həyati məsələlərdə heç kəsin fikri ilə hesablaşmırlar, özlərini hər zaman düz hesab edirlər. Onlarla razılaşmayanları isə düşmənləri kimi qəbul edirlər...


































































































