Paytaxt məscidlərinin illik enerji sərfiyyatı Moderator.az-da

Hazırda oxunan: Paytaxt məscidlərinin illik enerji sərfiyyatı Moderator.az-da

36418

Bir neçə gün öncə SOCAR prezidenti Rövnəq Abdullayevin prezident İlham Əliyevin göstərişi ilə ölkədə fəaliyyət göstərən bütün dini ibadətgahların-məscid, kilsə və sinaqoq-istehlak etdikləri mavi yanacağın pulsuz veriləcəyi barədəki açıqlaması cəmiyyətdə böyük rezonansa səbəb olmuşdu. Ardından SOKAR-ın anoloji addımın Gürcüstanda fəaliyyət göstərən dini ibadətgahlara da şamil olunacağı dillərdə “dastan” oldu.

Bu xəbərdən sonra “Bakıelektrikşəbəkə” ASC-nin də SOCAR-dan geri qalmayaraq paytaxt və ətraf kəndlərdəki məscidlərin, kilsə və sinaqoqun işlətdiyi elektrik enerjisinin pulsuz veriləcəyi barədə adıçəklilən qurum rəhbərliyinin də qərar qəbul etdiyi bildirildi. Doğrudur, qurum rəhbərliyi tərəfindən bununla bağlı rəsmi açıqlama olmadı və bu günədək hələ də bəlli deyil ki,bu məkanlardan istehlak etdikləri elektrik enerjisinin pulu tələb ediləcək, ya yox.

Görəsən, paytaxt və Bakıətrafı kənq-qəsəbələrdə fəaliyyət göstərən dini məkanlar il əzində nə qədər elektrik enerjisi istehlak edir?

Moderator.az qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayaraq dəqiq rəqəm almağa müvəffəq olub: “Son ayda kilsə və məscidlər2 milyon 2yüz səksən dörd min kilovat.saat elektrik enerjisi sərfiyyatı ediblər. Bu da ay ərzində 13 min 700 manat, yay aylarında kondisionerlərin işləməsi hesabına 14-15 min manata çıxır. Ümumilikdə isə 10 ay ərzində toplam məbləğ 137 min manat təşkil edir. “

T. Mustafayev bildirdi ki, təmsilçisi olduğu qurum ölkədə humanstlikdə birinci yerdədir və hər zaman abonentlərin qayğısını hər şeydən öndə tutublar.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin