Elşad Abdullayev yeni video yaydı - VİDEO

Hazırda oxunan: Elşad Abdullayev yeni video yaydı - VİDEO

30431

 

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “Azadlıq.TV”-yə yeni videolent təqdim edib. 7 aprel 2004-cü ildə Elşad Abdullayevin ofisində qeydə alınan videoçəkilişdə, Elşad və Eldəniz Abdullayevlərin Rövşənə Əliyeva ilə danışığı öz əksini tapıb. 

R. Əliyeva Mahir Abdullayevin geri qaytarılması üçün hazırda həbsdə olan iş adamı Arzu Kazımovun gördüyü işlərdən danışır. R. Əliyeva qeyd edir ki, Mahir Abdullayev sağdır və daxili işlər nazirinin müavini Zahid Dünyamalıyev Mahir Abdullayevin axtarışı ilə məşğuldur . A. Kazımov isə məsələ ilə bağlı generalla tez-tez əlaqə saxlayır. E. Abdullayev isə qeyd edir ki, A. Kazımov və Z. Dünyamalıyev onun əl qolunu bağlayıb: “O gün milli təhlükəsizlik naziri məni yanına çağırmışdı. Zahid Dünyamalıyevlə Arzu yanıma gəldi. Düz gecə saat 12-yə kimi oturdular. İmkan vermədilər ki, nazirlə görüşüm. Saat 12-də Namiq Abbasovun köməkçisi zəng edib dedi ki, belə olmazda 12-yə qədər səni gözləmişik”. 


Daha sonra R. Əliyeva A. Kazımov aralarında olan söhbətlər barədə məlumat verir. 53 dəqiqəlik videolentdə bir çox maraqlı məqamlara toxunulur.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin