Planet getdikcə "hallanır" - Təhlükə saçan dinamika...

Hazırda oxunan: Planet getdikcə "hallanır" - Təhlükə saçan dinamika...

271987
Moderator.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, növbəti on il ərzində, mövcud tendensiyalara görə, dünya əhalisinin adambaşına spirtli içki istehlakı 17% artacaq.

Tədqiqatçılar spirt istehlakının dünyada əhəmiyyətli dərəcədə artdığını iddia edirlər. Bu, əsasən Çin və Hindistanda alkoqollu içkilərin istehlakının artması ilə əlaqədardır.

Dünyada 237 milyon kişi və 46 milyon qadın spirtli içkinin yaratdığı xəstəliklərdən əziyyət çəkir. Ən yüksək göstəricilər Avropada (müvafiq olaraq 15% və 3,5%), Şimali Amerikada (11,5% və 5%) müşahidə olunur.

2017 məlumatlarına görə, Avropa və Şimali Amerikada 15 yaşdan yuxarıxa0 yetkinlərin yüksək nisbəti hələ də spirtli içki qəbul edir. Bu dünyanın digər yerlərindən daha çoxdur.
xa0
2017-ci ildə regionlar üzrə ən aşağı alkoqol istehlakı Şimali Afrikada və Yaxın Şərqdə olub – yəni adambaşına ildə bir litrdən az düşür.

Ən yüksək göstəricilər Mərkəzi və Şərqi Avropa ölkələrində idi. Və orta hesabla, bir yetişkin adam ildə 12 litrdən artıq spirtli içki içir. Moldova sıralamada liderdir – adambaşına bir ildə 15 litrdən çox içilir. Rusiya, Fransa və Portuqaliyada - adambaşına 12 litr qəbul edilir.

Tədqiqatçıların hesablamalarına görə,bu gedişlə 2030-cu ildə planetdə spirtli içki qəbulu 10,5 faiz artacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin