Üzeyir bəyin fövqəlzəkası – “Məşədi İbad papağı”nın sirri – Anım günü

Hazırda oxunan: Üzeyir bəyin fövqəlzəkası – “Məşədi İbad papağı”nın sirri – Anım günü

240544


Qeyd edək ki, bu gün dahi bəstəkar, çağdaş Azərbaycan musiqisininxa0 banisi hesab edilən, ictimai xadim, publisist Üzeyir bəy Hacıbəylinin anadan olduğu gündür. 1885-ci ilin bu günündə Ağcabədidə anadan olan Üzeyir bəy, uzun illərdi ki, həm Azərbaycan musiqisinə, həm də publisistikasına,xa0 maarifçiliyinə sağlığında yazdığı əsərlərlə bu gün də xidmət edir.xa0xa0

Moderator.azxa0 siyasi elmlər üzrə fəlsəfə doktoru, araşdırmaçı Zaur Əliyevə istinadən Üzeyir bəylə bağlıxa0 maraqlı faktı oxuculara təqdim edir:

Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» musiqili komediyasında Məşədi İbadın Gülnazla görüşdən qabaq papağı başına necə qoymaqla bağlı səhnə var. Çoxları bunu ssenaristin və rejissorun fantaziyası sayır. Amma əslində:xa0

“Əslində bu real həyatda baş vermiş bir hadisədən götürülüb və Üzeyir bəy də bunu görüb öz əsərinə salıb. Üzeyir bəy Bakı toylarının birindəxa0 Məşədi Cabbar Vahabov adlı bamazə kişinin tamadalığın görüb. Bakıda yaşamışxa0 Məşədi Cabbar təkbaşına irihəcimli komediyaları, çox personajı olan məsxərələri məharətlə oynayıb. Tamaşa zamanı hadisələrə uyğun olaraq müxtəlif quş və heyvan səsləri çıxara bilib. O, dəfələrlə bütün Qafqazda, Orta Asiyanın Aşqabad, Mərv, Səmərqənd şəhərlərində, İran və Türkiyədə hörmət tapmış, dəfələrlə oralara qastrola, toylara Toyda caamatı əyləndirməyə gələnxa0 Cabbar "İndi mən papağı nə cür qoyum ki, qızın xoşuna gəlsin: hərgah belə qoysam (gəc qoyur). Onda qız qorxar, elə bilər ki, Bakı qoçusuyam. Əgər belə qoysam (gözünün üstünə qoyur) onda da qız ürkər, elə bilər ki, Qarabağın pambıq bəylərindənəm. Hərgah bu cürə qoysam (lap dala qoyur) onda qızın məndən zəhləsi gedər, elə bilər ki, Gəncə qumarbazıyam. Əgər belənçik qoysam (təpəsinə qoyur) onda da Şamaxı lotusuna oxşaram. Bəs nə tövr qoyum? Hamısından yaxşısı budur ki, başıaçıq oturum, onda qızın xoşuna gələr, elə bilər ki, obrazavannıyam" mövzusunda çıxış edir və Üzeyir bəyin bu səhnə o qədər xoşuna gəlir ki, onu öz əsərinə daxil edir.xa0

Azad Mirzəcanzadə yanaşması

Qeyd edək ki, böyük alim Azad Mirzəcanzadənin ən çox dəyər verdiyi insanlardan biri, bəlkə də birincisi Üzeyir Hacıbəyli idi. Üzeyir bəyin hər şeyini bir tərəfə qoyurdu. Elm, musiqi,xa0 publisistika bunlar onsuz da ali idi. Onun “O olmasın,xa0 bu olsun” filmindəki haqqında bəhs etdiyimiz məşhurxa0 epizodla bağlı fikir başqa idi. Məşədi İbad güzgü qabağında dayanıb papağı necə qoymaq barədə fikirləşir. Deyir “papağı belə qoysam, Gəncə qumarbazı, belə qoysam, Bakı lotusuna oxşayaram”. Təkcə bu epizoda görə Azad müəllim üçün Üzeyir bəy çox böyük idi. Çünki ordaxa0 etnik geneqrafiya kimi çətin elmi müddəanın əksi var. Doğulub boya-başa çatdığı mühitin insanın şəxsiyətinə təsiri. Papaqın bircə hərəkəti ilə şəxsi xarakteri aid olduğu mühitlə çox gözəl əlaqələndirilir…

MODERATOR.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin