Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, "Toyota Camry" avtomobili 2018-də ən təhlükəsiz avtomobillər reytinqinə başçılıq edib.xa0
Siyahını Cars Week.ru. nəşrinin ekspertləri tərtib edib.
NHTSA kraş-testində biznes-sedan əla nəticələr göstərib. Bununla bərabər, qiyməti ilə müqayisədə avtomobilin keyfiyyəti də ən yaxşı hesab oluna bilər. Avtomobilin əsas komplektasiyasında çox sayda təhlükəsizlik sistemi var.
Siyahının ikinci pilləsində "Mazda CX-9" dayanır. Bütün kraş-testlərdə avtomobil beş ulduz qazanıb. Təhlükəsizlik sistemi arasında maşının görünməyən yerlərə də nəzarəti, arxa görüntüsü yardan kamera, həmçinin kruiz-nəzarət mövcuddur.
Üçüncü yeri "Subaru WRX 2018" tutub. Avtomobilin sürücüyə kömək edən xeyli təkmiləşmiş sistemi var. Məsələn, hərəkət zolağından çıxış və verilmiş hərəkət zolağında hərəkətə kömək barədə xəbərdarlıq.xa0
xa0
Dördüncü yerdə Cənubi Koreyanın "KİA Optima" avtomobili qərar tutub. Bu modeldə təhlükəsizliyi təmin etmək üçün standart qurğular qoyulub, park etmək üçün göstərici və arxaya hərəkət haqqında bildiriş.
Və sonuncu yerdə MİNİ Cooper Countrymandır. O bütün kraş-testlərdə özünü yaxşı göstərib. Avtomobilin təhlükəsizlik sisteminə sürücünün yorğuluğuna nəzarət və adaptasiya olmuş kruiz-nəzarət mövcuddur.
































































































