Gənc Cümhuriyyət nazirlərinin yaşları – Onlar necə təyin olunurdular?

Hazırda oxunan: Gənc Cümhuriyyət nazirlərinin yaşları – Onlar necə təyin olunurdular?

222247



Moderator.az Azərbycan Cümhuriyyətinin 100 illik yubileyi və “Xalq Cümhuriyyəti” ili ilə bağlı silsilə yazılarına davam edir.xa0

Bu dəfə tarix elmləri doktoru, Cümhuriyyət dövrünün araşdırmaçısı Nəsiman Yaqublunun ADR nazirləri ilə bağı maraqlı araşdırmasını təqdim edirik:

Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyində bu dövlətin nazirlərinin də fəaliyyətinin geniş öyrənilməsin və təbliğinə ciddi ehtiyac vardır.Savadlı,xa0 vətənpərvər olan bu insanların hər birisi öz sahəsinin əsil peşəkarı idi.Bunun nəticəsi idi ki, qısa zaman müddətində bu insanlar dövlətin inkişafına böyük töhfələr verdilər.Bu nazirlərin təyinatında onların savadı, təhsilixa0 əsas götürülür və bu da öz müsbət nəticəsini verirdi.
xa0
Cümhuriyyət dövrünün nazirləri yaş etibarı ilə də enerjili insanlar idi.Onların yaş həddinin cavan olması imkan verirdi ki, daha çox fəaliyyət göstərsinlər.

xa0Cümhuriyyət dövründə nazirlərin orta yaş həddi 30-45 yaş həddində idi.Onların arasında ən gənc nazir olan Mustafa Vəkilovun(Daxili İşlər naziri) 23 yaşı, ən yaşlı Səməd bəy Mehmandarovun(Hərbi nazir) isə 63 yaşı vardı.


xa0Cümhuriyyət nazirlərindən 16 nəfəri müxtəlifxa0 xa0 universitetlərin(əsasən Moskva,SanktPeterburq,Kiyev,Odessa) hüquq fakültələrini bitiriblər. Odur ki, dövlətin hüquqi əsaslarla inkişafında bu amil başlıca rol oynayırdı. Bundan əlavə Azərbaycan Parlamentinin 17 aylıq fəaliyyətində 270-ə qədər qanunun hazırlanıb müzakirəyə çıxarılmasında ( o qanunlardan 230-u qəbul edilmişdi) hüquqşünas nazirlərin ciddi fəaliyyəti vardı.
xa0
1918-ci ilin 28 Mayında Azərbaycan İstiqlalının elan edilməsindən sonra formalaşan ilk hökumət kabinəsində olan nazirlərin yaş həddinə diqqət edək və unutmayaq ki, bu prinsip sonrakı hökumət kabinələrinin təşkilində də qorunub saxlanılırdı.

Qeyd edək ki, Azərbaycan İstiqlalınıxa0 elan edən Milli Şuranın sədri M.Ə.Rəsulzadənin həmin dövrdə 34 yaşı vardı və bu qurum dövlətin əsas orqanı idi.

Azərbaycan Nazirlər Şurası İcraiyyə Komitəsinini sədri və Daxili İşlər naziri F.X.Xoyskinin 43 yaşı vardı və o,Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi.
xa0Hərbi nazir Xosrov bəy Sultanovun 39 yaşı vardı və Odessa Universitetinin tibb fakültəsində təhsil almışdı.

xa0Xarici İşlər naziri Məhəmməd Həsən Hacınskinin 43 yaşı vardı və Peterburq Texnologiya institutunu başa vurmuşdu.

xa0Maliyyə və Xalq Maarifi naziri nəsib bəy yusifbəylinin 37 yaşı vardı və Odessa Universitetinin hüquq fakültəsini bitirmişdi.

xa0Ədliyyə naziri Xəlil bəy Xasməmmədovun 43 yaşı vardı və Moskva Universitetinin hüquq fakültəsini qurtarmışdı.

xa0 Ticarət və Sənaye naziri Məmməd Yusif Cəfərovun 33 yaşı vardı və Moskva Universitetinin hüquq fakültəsində təhsil almışdı.

xa0 Əkinçilik və Əmək naziri Əkbər ağa Şeyxülislamovun 27 yaşı vardı və Peterburq yol Mühəndisliyi İnstitutunu bitirmişdi.

xa0Yollar, Poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun 39 yaşı vardı və Peterburq Yol Mühəndisliyi İnstitutunu bitirmişdi.

xa0 xa0 Dövlət Nəzarəti naziri(Dövlət müfəttişi) Cəmo bəy Hacınskinin 30 yaşı vardı və Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdi.

xa0 Sonradan ikinci hökumət kabinəsində Daxili İşlər naziri olan Behbud bəy Cavanşirin 32 yaşı vardı və Almaniya Frayberq Dağ – Mədən Akademiyasını, Səhiyyə və Sosial- Təminat naziri olan Xudadat bəy Rəfibəylinin 40 yaşı vardı və Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, Ticarət və Sənaye naziri Ağa Aşurovun 38 yaşı vardı və Almaniyada Mühəndis Texnologiya təhsili almışdı.

xa0 Yenə sonradan formalaşan sonuncu – beşinci hökumət kabinəsində də gənc nazirlərin fəaliyyətinə üstünlük verilirdi.Beşinci hökumət kabinəsində Əmək və Əkinçilik naziri olan Əhməd bəy Pepinovun 26 yaşı vardı və o, Moskva Universitetinin hüquq və iqtisadiyyat fakültələrində təhsil almışdı.

xa0 Cümhuriyyətin digər nazirləri də (bəzi kiçik istisnalarla) yüksək ali savada malik vəxa0 Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar idi.Yəni bu Cümhuriyyətdə bölgəçilik yox,savad,istedad və qabiliyyət önə çəkilir və bu da dövlət quruculuğu prosesində müsbət əhəmiyyətini göstəriridi.
xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin