2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti”x9d ili ilə bağlı silsilə yazılarına davam edir. Bu dəfə təqdim edəcəyimiz yazının müəllifi biz yox,xa0 bir neçə il bundan əvvəl dünyasını dəyişən mərhum jurnalist-yazıçı, araşdırmaçı Zakir Sadatlıdır.xa0
Əvvəlcə, onu deyək ki, təəssüf ki,xa0 Cümhuriyyət dövrünün araşdırmaçıları çox öyrənilməyib. Xüsusən, 1990-cı illərin ortalarından sonra bu şanlı tarixə maraq artdı. Bir çox araşdırmaçılar arxiv materiallarından əldə etdikləri materialları publisistik dillə bizlərə çatdırdılar. Onlardan biri də “Əfqanıstan uçurumu”x9d romanının müəllifi Zakir Sadatlıdır. O, həm radioda, həm də mətbuatada Cümhuriyyət məsələlərini tez-tez qabardırdı.
Artıq həmin mətbuu orqanların bir çoxu gün fəaliyyət göstərmir. Lakin əldə etdiyimiz həmin qəzetlərin hesabına Zakir Sadatlının Cümhuriyyət barəsində maraqlı bir məqaləsini təqdim edəcəyik. Bunun üçün isə araşdırmaçının ailəsinə minnətdarlığımızı bildiririk:
Zair Sadatlının uğurlu addımlarından biri də heç zaman xatırlanmayan Cümhuriyyət fədailərini yad etmək idi. Bəzən, bu adları görəndə araşdırmaçının özü də sual atəşinə tutulurdu. Bu şəxslərdən biri də Hacı Mirzə Səlim Axund Axundzadədir.
Moderator.az-da adıçəkilən şəxs haqqında məlimat vermişdik, elə Zakir müəllimin materiallarına əsaslanaraq. Lakin Zakir Sadatlı ik dəfə olaarq Mirzə Səlim Axundzadənin xatirələrini də aşkara çıxarıb. Həmin xatirələrdə o dövrün ağrı-acısı, fərəhi oduğu kimi duyulur. Onların bir hissəsini təqdim edirik:
“Onxa0 gün sonraxa0 İslam bəydən bu cavabı aldım: Vaqona minib,üç stansiya minib hərəkət etmişdik ki, gürcü polisləri məni həbs edib , məhəlli hökumət idarəsinə apardılar. Məndən başqa iki nəfər oranın müsəlman rəislərindən də tutmuşdular. Naçalnik mənə xitabən dedi ki, siz Seymdəxa0 vəkilsiniz . Bu ətrafda gürcüləri soyub qarət edirlər. Qəti surətdə lazımdır ki, siz də mənimləxa0 həmin yerə gedəsiniz.Əlacsız qalıb 4 nəfər faytona minib cəngəllik və dərə boyu hərəkət edirdik. Birdən dörd nəfər atlı qəflətən zühur etdi. Bizi girov götürüb xəlvəti bir dərəyə aparıb soydular. Bütün paltar, saat və pullarımızı aldılar.Olub-qalan nəyimiz vardısa qarət edib , hərkəsə bir dənə köynək və tuman verdilər...
... İslam bəy Qabulov onu da yazırdı ki, bir həftədir Cardaxa0 zatül-cənab (sətəlcəm-Z.S) və qulunca mübtəla olmuşam, bir həftədir özümü müalicə edirəm. Xoş sənin halına və ağlına ki, bu xüsusda mənimlə yoldaşlıq etməyib, bu gözlənilməz bəladan xilas oldun. Bütün raportları Tiflisə göndərmişəm. Pul gələrsə, sizə təqdim edəcəyəm, vəssalaam...
...Bu minvalla mən 21 gün Şəkidə qaldım...
Şəkidən Tiflisə müraciət etmək lazım idi ki, əvvəlcə Ucar stansiyasına gəlib, sonra Gəncəyə gəlib və oradan da Tiflisə getmək olardı. Şəkidən isə Ucara gəlmək üçün yollar çox qorxulu idi. Soyğunçuluq olduğu üçün nə fayton tapılırdı, nə də gəlib-gedən var idi. Mən gecə-gündüz iztirab və təşvişdə idim ki, nə təhər Tiflisə gedim... Daimi olaraq əyanlarla , vilayətin tanınmış adamları ilə məsləhətləşirdim. Ələlxüsus, Mirzə Fərəculla ağa ilə getməyim barədə yollar arayırdıq... Tainkixa0 xəbər gəldi ki, yollar bir növ əmin-amanlıqdır. Bu heyndə Şəkinin camaatından bir dəstə və onların başçıları Mirzə bəy Qasımovxa0 da Tiflisə getmək istəyirdilər. Bu həmin Mirzə Məhəmməd bəy Qasımov idi ki, keçmiş zamanlarda Ərəş mahalında pristav olub, özü də çox böyük hörmət –izzət sahibiydi. Camaat ona 25 min mamat pul toplayıb vermişdi ki, bəs Tiflisdən lazım olan ləvazimat alıb Şəkiyə göndərsin , yaxud gətirsin...
... Rəcəb ül-mərcab ayının 8-də 6 fayton yığılıb birlikdə yola düşdük.Ətrafdakı adamlar – o cümlədənxa0 Ağaxa0 Mirzə Fərəculla məni nəhayət dərəcədə Mirzə Məhəmməd bəy Qasımova tapşırdı ki, yolda məndən muğayat olsun.Qasımov zarafatla cavab verdi ki, mənim əfəndilər və hacılardan acığım gəlir. Zatən onları sevmirəmsə də , lakin bu Hacı Axundu sima və əmvarının məqsədilə bərabər gözəl olduğu üçün , bu alicənab şəxsi ən səmimi qəlbdən sevib, ehtiram göstərəcəyəm və xidmətində duracağam.
Sübh tezdən Şəkidən hərəkət edən faytonları sürücülər sürməyəxa0 başladılar.Yol boyu hər kənddə və hər yerdə bizə xəbər verirdilər ki,Ərəş mahalının yaxınlığında –böyük körpünün yanında olan darısqal yolda adamları soyurlar, o yol qorxuludur. Həm də çox vaxt soyduqları adamları öldürürlər. Buna görə də Xanabad kəndinin yaxınlığında dayanıb, Mirzə Məhəmməd Qasımov kəndin kəndxudasından adam istədi. Həm də kəndxudanı xeyli məzəmmət elədi ki, nə üçün gərək bu yolxa0 itminan olmasın... Kəndxuda öz bacısı oğlunu 9 nəfər silahlı ilə bizə qoşub və əmr verdi ki, hərgah sizin yolunuzu kəsib, camaatı soymaq istəsələr, müqavimət göstərin, adamı qorxutmaq üçün yox, şəxsi yolkəsənləri güllə ilə vurun. Bu qədər bilin ki, tüfəng atılıb , güllə səsi gəlsə, mən özüm əlli atlı ilə sizin yanınızda olacağam. Qətiyyən qorxmayın, vəsalam, allah amanında!
Piyadalar bizdən qabaq yola düşdü. Bizsə, on beş dəqiqə çay içib istirahət etmək üçün Xanabadda əyləşib, sonra faytonlarla hərəkətə başladıq. (Xanabad ilə qorxulu körpünün arası təqribən ağac yarımdan azdır)Piyadalara yetişəndə özümüz faytondan enib, onları mindirdik. Biz də yavaş-yavaş payi-pyada hərəkət etdik.

Bir xeyli yol qət edəndən sonra onlar düşdü və biz faytona mindik. Bu minvalla bir əndazə istirahət edə-edə hərəkət edirdik.
...Qorxulu məkana yarım ağac yol qalmışdı.Gördük ki, dağın başından qoyun kimi bir sürü aşağıya tərəf hərkət edir. Məlum oldu ki, bunlar adam soyanlardır. Bizim faytonları görüb, bizləri soymaq üçün gəlib dağın aşağısında körpünü və başqa möhkəm məhəllələri tutub, bizim hərəkət etdiyimiz yolları bağlamaq istəyirlər.
Əvvəla faytonlar xoşbəxtçilikdən tez hərəkət eləyirdi. Bizimlə bir yerdə köməyə gələn piyadalar cəld yeriməyə başladılar.Sən demə, oğrular da bunu başa düşübxa0 sürətlə bizim yolumuzu bağlamaq üçün bənd-bərənixa0 kəsməyə cəhd göstərirlərmiş. Bizlər də faytondan düşdük, qabağa keçib, dağın bir tərəfində durduq.Ələlxüsus, mən hamıdan qabağa keçdim. Bizim piyadalar bir neçə mərəkəzləri tutub, səngər elədilər.Quldurlar da aşağıya enib, özlərinə səngər qurdular. Bu vaxt bizim piyadalarla quldurlar bir-birini tanıdıqları üçün başladılar söhbət eləməyə.Quldurlar bizim piyadaları məzəmət edirdilər ki, siz nə üçün gəldiniz və nə səbəbə qoymadınız ki, bizlər mənfəətbərdar olaq. Bizim piyadalar da onlara ədəblə cavab verdilər.Bu vaxt mən lapxa0 aşağıya düşüb, başladım onlara nəsihət verməyə: Əzizlərim, Sizlər nə üçün bu cür qəbahətxa0 yapırsınız. Mən bir il yarımdır çöllərə düşüb, siz camaat üçün asudəlik istəyib, sizlərin mənfəəti üçün gecə-gündüz əlləşirəm.Tiflisdən gəlib Zaqatala və Şəkidə olan məlumatları toplayıb Tiflisdəki heyəti-ictimaiyyəxa0 üçün xəbər aparıram. Aya sizlərdən nə məlumat aparım? İndi mən hazıram. Hər kəs məni soymaq istəyirsə, gəlsin. Mən söz verirəm ki, heç bir söz deməyib və müqavimət göstərməyəcəyəm. Amma vaxtında Sizlər üçünxa0 bu cür pis hərəkətlər artıq mərtəbədə oturacaqdır.Təqsir sizlərdə deyil, günah bizlərdədirxa0 ki, sizlər kimi anlamaz, alçaq camaatın xeyrinə ev –eşikdən avara olub, çöl-biyabanlar dolanıb, sizlərin gələcəyi üçün bir yaxşı gün qurmaq istəyirik ki, özünüz və övladlarınız dinc və asudə yaşasın. Amma sizlər yırtıcı canavar kimi çöllərə tökülüb, biçarə camaatı soyursunuz. Sizin üçün canxa0 verib, özünə diriliyi haram edən insanları da qarət etməyə başlayırsınız. Eyib olsunxa0 sizlərə! Baxın erməni camaatına ki, heç biri bir erməniyə də toxunmur. Ar olsun sizlər kimi nakəs insanlara!
Mən sözümü bitirər –bitirməz gördüm ki, onlardan biri səsləndi:
-Ay Hacı axund , bizim sizinlə işimiz yoxdur. Siz təşrif aparın.
Mən dübarə yenə də məzəmmət etməyə başladım. Bu vaxt yoldaşlarım cürətlənib yaxına gəldilər.Onlar da başladılar quldurlara nəsihət verməyə. Bu vaxt quldurlar bizi müşayiət edənlərə üz tutub, başladılar məzəmmət etməyə ki, sizlər dürüst adamlarsınızsa, nə üçün pul alıb, bunları aparırsınız? Piyadalar cavab verdilər ki, biz heç kəsdən pul almamışıq. Bu qonaqlar yolun qorxulu olduğunu söylədilər və bizdən kömək istədilər.Odur ki, biz də insaniyyət üzrə onlarıxa0 buraya gətirmişik. Bizə yuxarıdan tapşırıblar ki, hər cür təlafat ilə olsa, bu həzəratı himayə edib, onların soyulmağına mane olaq.
...Əlqərəz, ortalıqda xeyli kinayəli sözlər , sual-cavablar oldu. Nəhayət, bizimxa0 piyadalaraxa0 quldurları barışdırmağa iqdam elədik.
Bunları barışdırandan sonra yenə də başladılar bir-birinə gileylənməyə, quldurlar dedilər ki siz pul almısınız. Bizim piyadalar and-aman elədilər ki,xa0 bizim əbədən belə niyyətimiz olmayıb.Quldurlar dedilər ki, əgər iş belədirsə,daha bundanxa0 o tərəfə getməyin ,qonaqlarla xudahafizləşin.
Belə də oldu. Biz piyadalarımıza zəhmət haqqı verə bilmədik.Yoldaşlarımızın bu hadisədən bir əndazə xoşları gəldi...
...Qada-bala canımızdan uzaq. Böyük təhlükədən xilas olub, piyadalarımız yolkəsənlərlə bərabər özxa0 yerlərinə tərəf getdilər. Bizlər də faytona minib, körpüdən keçib Ərəş mahalına gəldik.(Qorxulu dərədən Ərəşin özünə dörd vers olar) Əlqərəz, sonra öyrəndik ki, bəs tikə ovsanaya düşüb.Yolkəsənlər bizi öldürmək niyyətindəymişlər.
...Nahar vaxtı Ərəşin bir nəfər əkabir qocalarından mənimlə süfrədə qabaq-qənşər oturmuşdu.Özü də bıçağımı götürüb əlində oynadırdı. Xəyalıma gəldi ki, bıçağımı alıb cibimə qoyum. Bir az xəcalət çəkdim. Sonra qəza namazına getdim,qayıdanda gördüm ki,qoca kişi aradan çıxıb. Daha iş işdən keçmişdi. Qoca mənim bıçağımı çırpışdırıb aradan çıxmışdı. Faytona minib Ağdaşa yola düşdük.Yol boyu bizlərə heç bir asudəlik yox idi. Çünki gözlərimiz qorxmuşdu.Ələlxüsus qüruba yaxın daha çox vahimələnirdik.Uzaqdan hər yerdə göl və qaraltı görəndə dərhal ürəklər çırpışıb iztirab edirdi ki, bəlkə quldur və ya oğrudur. Mirzə Məhəmmədxa0 bəy Qasımov çox iztirab və təşvişdəydi. Çünki 250 min manatacan Şəki kooperativlərinin pulu onun cibindəydi.

Ağdaşa gecə vaxtı varid olduq. Məşhur Səmədovların evində mənzil elədim.
Əlhasil, mətləbdən uzaq oldum.
Böyük çətinliklə Tiflisə gələ bildim. Ertəsi gün Seymə getdim. Bu müddətdə , hərəkət edəndə çox korluq çəkib aylıq almamışdım. Hökumət də yol xərci verməmişdi.
Gələndən sonra 2 aylıq vəzifəmin məvacibini alandan sonra, nə illah elədimsə də hər gün üçün lazım olanxa0 otuz manatı bizə versinlər, əbədən bir manat vermədilər. Nə qədər Nəsib bəyə , Əmin bəyə ,Xan Xoyskiyə də müraciət elədimsə də, bir nəticə hasil olmadı. Bu gün, sabaha salıb işimi yubatdılar.
...Bəli, Romaşvili tərəfində Müsavat firqəsinin nümayəndəsi kimi Cara və Zaqatalaya nümayəndəlik sifətiylə etdiyim səfərin müxtəsəri təfsilatı bundan ibarətdir.
Qeyd: Yoldaşım İslam bəy Qabulov idi ki, əvvəlcədən zikr etdiyim kimi gürcü ajanları tərəfindən yolda soyulub, bir təhər aradan çıxıb Qaxa qayətmışdı.O,daha Tiflisə-Seymə gəlmədi. Seymin işindən istefa verib, Müsavat firqəsində xahiş etmişdi ki, Carda ibtidai –ali məktəbin rəyasətini ona veribxa0 və bütün ləvazimatını İslam bəyə təslim etsinlər.
Elə belə də oldu.
Seym dağılıb , yeni hökumət qurulandan sonra-yəni təzə hökumətimiz Gəncə şəhərində olanda mən İslam bəy Qabulovla görüşə bildim.
İslam bəy bəzi cüzi işlərini qaydaya salmaq üçün Gəncəyə gəlmişdi.Orada qısa bir mülaqatımız oldu:
Azərbaycan torpağına türbət demişəm,
Şoran sularına Şərbət demişəm ,
İlqarından dönənə lənət demişəm-
Mən öz ilqarımdam dönən deyiləm!
Hazırladı: Elmin Nuri

































































































