İnsanlıq tarixinə qara ləkə Âxa0- Qandonduran fotolar

Hazırda oxunan: İnsanlıq tarixinə qara ləkə Âxa0- Qandonduran fotolar

184420
xa0
Bir şəkil min sözə dəyər və bəzən də min sözdən daha çox təsirə malik olar. Moderator.az-ın təqdim edəcəyi fotolar da çox söz deyir.xa0

Bəşəriyyət tarixinə qara ləkə olan bu fotolar həm də heç zaman silinməsi mümkün olmayan tarixi dəhşətlərin, vəhişilklərin dəlilləridir.xa0
xa0
1. Şanxaylı körpəxa0
2-ci Dünya Müharibəsi zamanı Yaponiya 1937-ci ildə Çini istila etməyə başlayıb. Çinlilərin müdafiə xətlərini tərk edib geri çəkilməsindən sonra yaponlar çinlilərin qoyduğu xətləri hava hücumu ilə bombardman edəcəklərini elan ediblər. Ancaq Yaponiya təyyarələri gözlənildiyi kimi Çin müdafiə xətlərini vurmaqdansa gözlənilməyən şəkildə 1800 qadın və uşağın olduğu qatar stansiyanı vurub. Yapon əsgərləri qatar stansiyasındakı insanları hərbçi zənn edərək 1500 günahsız insan öldürüb.
Bu fotoşəkil bombardmandan sonra fotoqraf H.S.Vong tərəfindən çəkilib. Təxminən 1,5 ay müddət ərzində foto 130 milyon insan tərəfindən görülüb və Yaponlara qarşı birlik yaradılmasında əhəmiyyətli olub. Bu hadisədən sonra yaponlar fotoqraf Vongu öldürən şəxsə mükafat verəcəklərini elan ediblər.

2. Ağlayan uşaq əsgər
Fotoda ağlayan uşaq 16 yaşlı Hans-Georg Henkə adlı Hitlerin gənc əsgərlərdən ibarət birliyinin üzvüdür. Bu fotoşəkil Almaniyanın 2-ci Dünya Müharibəsindəki məğlubiyyətindən 1 gün əvvəl, 1 May 1945-ci ildə çəkilib. Üzündən oxunan çarəsizliyi, göz yaşları və əyninə böyük olan əsgər paltarı şəkli gücləndirən və kütlələrə çatdıran mühüm təfərrüatlardır.

3. İspan qripi epidemiyası zaman çəkilmiş foto
Qrip virusu 1918-ci ildə dünyada 100 milyon insan öldürüb. Epidemiya haqqında çəkilən fotolar arasında kütləvi məzarlar və balıq yığımı kimi düzülmüş xəstələrlə dolu xəstəxanalar var. Ancaq aşağıdakı fotoşəkil qripin insanların həyatına hansı ölçüdə təsir etdiyini göstərir. Fotodan görünür ki, beysbol oynayan insanların və bu oyunu izləyən tamaşaçıların hamısı maska taxıb. Çünki qrip o dövrdə yaşa, sağlamlıq vəziyyətinə və ya hər hansı başqa bir meyara baxmadan hər növ insanın həyatına son verə bilirdi. Ən canalıcı məqam isə maskanın qripə səbəb olan virusa qətiyyən mane olmamasıydı.

4. Kölə ticarəti
Əslində kölə ticarəti ilə bağlı daha çox foto yoxdur. Amma bu şəkildəki insanların nisbətən xoşbəxt bir sonluğu var. Fotoda gördüyünüz uşaqlar 1 noyabr 1868-ci ildə ingilislər tərəfindən xilas edilib.

5. Berlin səddi
13 avqust 1961-ci ildə Almaniya Berlini ikiyə bölən, tikanlı məftillərdən düzəldilən bir çəpər qurub. Fotoda gördüyünüz adam Şərqi Almaniyada sərhəddə xidmət edən və heç kəsi sərhədin o biri tərəfinə geçirməmək barədə əmr almış əsgərdir. Uşaq isə ailəsindən ayrı qaldığı üçün Qərbi Almaniyaya keçmək istəyir. Əsgər vicdanı məsuliyyət hiss edərək əmrlərə qarşı gələrək uşağı sərhəddən keçirir. Bunu edərkən də bir yandan ətrafa nəzarət edir. Bu fotonun çəkilməsindən sonra əsgər vəzifədən kənarlaşdırılıb. Başına nə gəldiyi isə bilinmir.

6. Ölümə biganə qalmaq
Qolodomor - 1932-1933-cü illər arasında Sovet İttifaqında, indiki Ukrayna və Rusiyanın Kuban bölgəsində süni olaraq yaradılmış qıtlıq səbəbindən təxminən 8 milyon insanın yox olduğu hadisələrə verilən addır. Gördüyünüz fotoşəkil 1933-cü ildə çəkilib. Səkidə iki cəsədin yatdığını görmək zatən özümüzü pis hiss etməyimizə səbəb olur. Amma xa0ən pisi isə insanların səkidəki cəsədlərə əhəmiyyət vermədən keçməsidir.xa0

7. Ölümə məhkum edilmiş monqol qadın
Gördüyünüz fotoşəki Ştefan Pas tərəfindən çəkilib və "National Geographic"in 1913-cü ildəki sayında nəşr edilib. Foton başlığı olduqca dəqiqdir: "Monqol bir qadın aclıqdan ölməyə məhkum edilib".
Daha əvvəldən bölgəyə gedən ziyarətçilər insanların qutuların içərisində bəzən illərlə qıfıllı saxlanıldıqlarını bildirmişdilər. Bəzi qutular xalqa açıq yerlərdə qoyulurdu, beləliklə, ətrafdakı insanlar istəsələr məhkuma qutunun üzərindəki kiçik dəlik vasitəsilə yemək verirdilər. Kiçik günahlara görə cəzalandırılanlar bir və ya bir neçə həftə qutunun içərisində saxlanılırdı. Cinayətə görə qutunun içərisində keçirilən müddət dəyişirdi.

8. Naqasakidəki qardaşlar
Gördüyünüz fotoşəkil Co ODONNELL tərəfindən Naqasakidəki bombardmandan qısa müddət sonra çəkilib. Co ODONNELLin oğlu bu fotonun atasına çox dərindən təsir etdiyini bildirmişdi. Fotoda gördüyünüz balaca uşaq ölüb. Onu daşıyan oğlan isə qardaşıdır. Qardaşının cəsədini bir krematoridə yandırılması üçün çılpaq ayaqla belində gətirib. Qardaşının yandırılmasını izləyərkən isə bir damcı belə göz yaşı axıtmayıb, amma dodaqlarını dişləməkdən qanadıb...

xa0
9. Kütləvi məzar
Bergen-Belsen toplama düşərgəsi, aprel 1945-ci ildə xa0dağıdılmamışdan öncə. Nasistlər təxminən 50000 insanı burada öldürmüşdü. Anna Frank da bu qurbanlardan biri idi. Bu foto da həmin düşərgədə çəkilib. Düşərgədəki doktor Frits Klein etdiklərinə görə 1945-ci ilin dekabrında asılıb. Kleinin vəzifəsi düşərgəyə gətirilən xa0məhkumların işə yarayıb-yaramadığını müəyyən etmək olub. Onun uyğun olmadığını müəyyənləşdirdiyixa0şəxslər qaz otaqlarında öldürülüb. Klein özünü sonradan belə müdafiə edib: "Həkim olaraq yalnız qərar verdim, sonra başlarına gələnlərin mənimlə əlaqəsi yox idi".


10. Erməni vəhşiliyinin qurbanları
Image
Təqdim etdiyimiz son fotoşəkil, daha dəqiq desək fotokollaj isə çox da uzaq olmayan keçmişimizə aiddir. Fotolarxa01992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımına aiddir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Related

Related

Related







Fotolarxa0xa0Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev tərəfindən çəkilib. Fotolardan da görünür ki, tarixin ən dəhşətli hadisəsi almanlardan belə daha vəhşi olan ermənilər tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilib.



Hazırladı: Zəhra


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin