Yaxın gələcəkdə yox olacaq 10 möhtəşəm məkan - FOTOLAR

Hazırda oxunan: Yaxın gələcəkdə yox olacaq 10 möhtəşəm məkan - FOTOLAR

183969

Qlobal istiləşmənin yaratdığı mənfi hava şəri nəticəsində xa0buzlaqlar gözlənilənin əksinə daha sürətli şəkildə əriyir və təəssüf ki, quraqlıq artır. Əgər bu iqlim dəyişikliklərinin qarşısı alınmazsa, gələcəkdə cənnət kimi gördüyümüz bir çox yer xa0məhv olma təhlükə altında qalacaq.xa0

Moderator.az yaxın zamanda yox olma təhlükəsi ilə üz-üzə qalan 10 möhtəşəm yeri təqdim edir:
xa0
1- Lut gölü

İsrail və Fələstin sərhədində yerləşən Lut Gölü dünyanın ən duzlu və ən alçaq göllərindəndir, hazırda qlobal istiləşmə təhdidi ilə qarşı-qarşıyadır. Su altındakı müxtəlif asfalt parçaları su səthinə çıxarkən, yaranan novlar bəzi ziddiyətlər nümayiş etdirir. İordaniya və İsrailin bromir sənayesi ilə yanaşı, zavodların çirkli tullantı ifrazatı da əsas səbəblərdən biridir. Proqnozlara görə, getdikcə yüksələn istilərin səbəb olduğu itkilərin qarşısı alınmasa, Lut gölü tamamilə quruma təhlükəsi ilə üz-üzədir.

2- Böyük Sədd rifi

Böyük Sədd rifi özünəməxsus həyat müxtəlifliyi, nəsli təhlükədə olan bir neçə növ balina və dəniz məməlisi ilə yanaşı bir çox balıq, mərcan, köpək balığı, vatoz və meduzanı saxlayır. İcazəsiz edilən balıqçılığın təbii həyata pis təsir etməsinə əlavə olaraq qlobal istiləşmənin səbəb olduğu fırtınalar da mərcan rifi təhdid edir. Temperatur artımı ilə mərcanlar ağarma və ölmə təhlükəsi ilə qarşı-qarşıyadır.


3- Amazon

Dünyanın ən böyük yağış meşəsi olan Amazon Braziliya, Peru, Kolumbiya, Venesuela, Ekvador və Boliviya başda olmaqla doqquz ölkənin daxilində yerləşir. Çox sayda ağac, quş, məməli heyvan və balıq növünə malik meşə dünyada qalan yağış meşələrinin yarısından çoxunu təşkil edir. İqlim dəyişikliyinə təsir edən qlobal isinmə istilik artımı ilə birlikdə Amazonda yaşayan bitki və heyvanların varlığını təhlükəyə atır.

4- Venesiya

Demək olar ki, hər kəsə təsir edən aşiqlər şəhəri Venesiya dənizin üzərində qurulmuş şəhərdir. Yüksələn dəniz səviyyəsi ilə birlikdə Venesiya sular altında qalma təhlükəsi ilə üz-üzədir. İqlim dəyişikliklərinin yaratdığı mənfi hava hərəkətləri, şiddətli yağış və küləklər səbəbiylə romantika ilə ovsunlayan Venesiyada suyun səviyyəsi hər gün normaldan daha çox artır.

5- Rhone vadisi

Dünyanın ən gözəl şərab vadilərindən biri olan Rhone vadisi Fransanın cənubunda yerləşir. Qlobal istiləşmənin gətirdiyi hədsiz istilər üzüm tənəklərinə mənfi təsir etdiyindən şərab istehsalçıları vadini tərk edib, daha şimala yerləşir.

6- Key xa0Vest

Amerikanın ən cənub nöqtəsində yerləşən Key Vest qitənin gizli cənnətidir. Dalğıcların finiş nöqtəsi olan bu yer qlobal istiləşmənin yaratdığı mənfi şərtlər səbəbiylə sular altında qalma təhlükəsi ilə qarşı-qarşıyadır. Key Vestdə qarşıdakı 30 ildə suların təxminən 40 sm yüksələcəyi təxmin edilir. Duval küçəsini indidən tez-tez sel basdığını da nəzərə alanda, vəziyyət xeyli ciddi görünür.

7- Maldiv adaları

Cənnət mənzərəli Maldiv adaları Hindistanın cənubunda və Şri Lankanın cənub-qərbində yerləşən 1200 adadan ibarət olan dövlətdir. Maldivlərin bir qismi indidən yox olub artıq. Amma bu pis vəziyyətin nisbətən tez fərqinə varan ölkə 2019-ci ilə qədər qaz istifadəsini sıfıra endirməyə çalışır.
xa0
8- Alyaska

Olduqca soyuq iqlimə malik olan Alyaska Şimali Amerikada yerləşir. Qlobal istiləşmənin mənfi təsirləri səbəbiylə buzlaqlarda ərimə gün keçdikcə artır. Əriyən buzlar orada yaşayan canlıların varlığını təhlükəyə atır. Eyni zamanda dağıdıcı sel fəlakətlərinə səbəb ola bilər.

9- Alp dağları

Səkkiz ölkəyə yayılan Alp Dağları xizək həvəskarlarının favoriti olmaqda davam edir. Ancaq artan istilər qış tətili dövrünü qısa keçirməyimizə yol açır. Bir çox resort bu əskikliyi SPA mərkəzləri və at minmə kimi açıq hava fəaliyyətləri ilə kompensasiya etməyə başlayıb.

10- Napa vadisi

Möhtəşəm üzüm bağlarına və yam-yaşıl mənzərəyə malik Napa Vadisi tayı bənzəri olmayan üzüm qoxularının yayıldığı cənnətdən bir fraqment xarakterindədir. Artan istilərin asmalar üçün təhlükə yaratması səbəbindən şöhrətini itirmək üzrədir.


Hazırladı: Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin