Cənnət vədi, Xaşxaşilər və Ələmuq qalası xa0haqqında yəqin ki, az-çox məlumatınız var. Bəs, Həsən Sabbah haqqında necə?xa0
Moderator.az-ın təqdim etdiyi bu yazıda xa0tarixin ilk intihar və sui-qəsd təşikilatının, daha dəqiq desək, ilk terror təşkilatının qurucusu olaraq tanınan Həsən Sabbah haqqında maraqlı məlumatlar əldə edəcəksiniz.
Həsən Sabbah dedikdə ilk olaraq ağla tarixdəki ilk terror təşkilatının banisi, Ələmuq Qalasının arxa bağçasındakı saxta cənnətin yaradıcısı və tiryək verərək aldatdığı qorxuducu müridlərin aparıcısı gəlir. Ancaq Həqiqətin daha fərqli olması ilə bağlı maraqlı faktlar da var. Belə ki, bəziləri şou məqsədli intiharlar, amansız muzdlu qatillər, tiryəkdən istifadə kimi faktlarla Həsən Səbbahı və banisi olduğu İsmaililik məzhəbinin qaralanmağa çalışıldığına inanır. “Həsən Sabbah kimdir?”x9d sualına verilən cavablara baxanda, ortada böyük bir fikir ayrılığı olduğunu görürük. Çünki əfsanəvi məlumatlara inananlar üçün Həsən Sabbah dindən sui-istifadə etmiş batil, digərləri üçünsə ədalətli və heyranedici liderdir.xa0
Təqdim edəcəyimiz məlumatlardan sonra nə və necə düşünəcəyinizi bilmirik, ancaq düşünürük ki, Həsən Sabbah haqqında bilinməsi lazım olan bir şəxsdir.
Həsən Sabbah kimdir?xa0

Orta əsrin ən maraqlı şəxsiyyətlərindən biri olan, Ələmuq Qalasında yaşayan, tələbələrinə cənnət vəd edib onları qeyd-şərtsiz özünə bağlayan və İsmailiyyə məzhəbindən Xaşxaşilər adlı təriqətini yaradan Həsən Sabbah maraqlı həyat hekayəsi var. Maraqlıdır, əfsanə halına gəlmiş Həsən Səbbahın gerçək həyat hekayəsi danışılanlarla nə qədər üst-üstə düşür? Onun ilk terror qrupunun lideri olması, tələbələrinə tiryək içirərək adamlarını cənnəti gördüklərinə inandırmağa çalışması kimi məlumatlar nə qədər doğrudur? İndi də bu suallara cavab tapmağa çalışaq.
Həsən Sabbahın həyatı və maraqlı hekayəsi
Tam adı Həsən ibn Əli ibn Məhəmməd ibn Cəfər ibn Hüseyn ibn Sabbah əl-Hamari olan Xaşxaşi lideri 11-ci əsrin ortalarında (doğum tarixi dəqiq məlum deyil, bəzi mənbələrdə 1034, 1053 kimi göstərilir) dünyaya gəlib. On iki imamın qalası kimi xarakterizə edilən Qum şəhərində doğulan Həsən Sabbah daim mühakimə edən şəxsiyyəti və onu digərlərindən ayıran qüdrəti ilə hər zaman yeni məlumatlar axtarışında xa0olub.
Həsən Sabbah, Nizamülmülk və Ömər Xəyyam üçlüyü arasında hansı əlaqə olub?
Həsən Sabbah 17 yaşına çatanda İsmailili birisi ilə qarşılaşıb və bu qarşılaşma onu əfsanəvi lider edəcək dönüş nöqtəsi olub. Bəzi mənbələrə görə, Həsən Səbbah Nizamülmülk və Ömər Xəyyamla eyni vaxtda oxuyub. Hətta rəvayət olunur ki, sinif yoldaşı olan üçlük bir-birilərinə aralarında hansı daha öncə uğurlu olarsa, digərlərinə yardım edəcəyinə dair söz verib. Vəzir olan Nizamülmülk Xəyyamın xahişi ilə ona ömürlük təqaüd ayırıb, Həsən Sabbahı heç cür məmnun edə bilməyib. Çünki Sabbahın gözü çox yüksəklərdə imiş. Nizamülmülk yoldaşının onu vəzifəsindən edəcəyi qorxusuna qapılaraq Həsənə böhtan ataraq saraydan uzaqlaşdırıb. Beləliklə Həsən Sabbah içində yanan intiqam atəşiylə Misirə doğru yola çıxıb.
xa0
Əsrlər əvvəl dağıdılan Ələmuq qalası

Bu hekayəyə bir çox mənbədə yer verilsə də üçlüyün arasında belə bir əlaqə olmadığı, bir çox tədqiqatçı tərəfindən əfsanə kimi səciyyələndirildiyi qeyd olunur. xa0Ömər Xəyyam, Nizamülmülk və Həsən Səbbahın bir-birindən uzaq olan doğum tarixləri də bunu sübut edir. Nəticədə, Rey şəhərindən ayrılıb İsfahan, Azərbaycan, Silvan, Mesopotamiya, Suriya və Fələstin sahillərindən keçən Həsən Sabbah Misirə gəlib çatır. 3 ilini İsmailililərin mərkəzi olan Qahirədə dini işlər görərək keçirir. İsmaililik məzhəbi ilə yanaşı astronomiya, tilsim, hesab və bir çox sahədə də işlər görür. Dövrün məşhur alimlərindən yeni məlumatlar öyrənən Həsən Səbbah 3-cü ilin sonunda Şimali Afrikaya göndərilir. Oradan Suriyaya, sonra isə İsfahana keçərək illərlə ölkəni gəzib İsmaililiyi yaymağa çalışır. Bu bölgəylə xüsusi məşğul olan Həsən Səbbahın buraya maraq salmasının səbəbi isə xalqın zorla İslamı qəbul etməməsi və torpaqlarının çətin fəth edilməsiymiş.

Həmin bölgədə olarkən özü üçün qala kimi istifadə edə biləcəyi bir yer axtaran Sabbah nəhayət axtardığı yeri tapır. Ələmuq qalası məhz Həsən Səbbahın axtardığı xüsusiyyətlərə malik idi. Dar və sıldırım keçidləri aşmaqla əldə edilən qala Şahrud vadisi yaxınlığındakı qayaların üzərində yerləşmişdi. Rəvayətə görə, bir kralın qartalının ora yerləşdiyinə görə xa0kral qalanı məhz orada inşa etdirib Beləliklə adı da "qartalın təlimi" (Qərb mənbələrdə qartal yuvası) mənasına gələn "Aluh Amut" olub.
Həsən Sabbahın qalanı alması ilə bağlı da müxtəlif hekayətlərdə fərqli fikirlər səsləndirilib. Daha çox bilinən bir rəvayətdə qeyd olunur ki, Səbbah xa0Ələvi Mehdi adlı hökmdara aid qalaya tərəfdarlarından birini göndərir və Ələmuq insanlarını özünə tərəfinə çəkərək 1090-cı ildə qalanı ələ keçirir. Digər rəvayətdə isə qalanı pul qarşılığında aldığı deyilir. Başqa bir hekayəyə görə isə Həsən Sabbah qalanın rəhbəri ilə bir dananın dərisinin tuta biləcəyi qədər torpaq qarşılığında müqavilə imzalayır. Və dananın dərisini də qalanın keçidinə yerləşdirərək Ələmuqa sahib olur.
Cənnət vəd edən lider

Elbruz sıra dağlarının təpəsində yerləşən qalaya yerləşdikdən sonra Həsən Sabbahın müridlərinin sayı artır. Bu məsələdə Həsən Sabbahın zəkasını işlədərək xa0tələbələrinə təsir etməsi və onları cənnət vədi ilə aldatması daha çox təsirli olur. Belə ki, Xaşxaş təriqətinin banisi tələbələrini əvvəl xaşxaşla bihuş edir, sonra onları uzun daş bir yolda yeridərək görəcəklərinə hazırlayır və nəhayət Ələmuq qalasının arxa bağçasında olan gizli cənnətə aparr. Özləriırə gələndə ətrafda rəngarəng çiçəklər, ləzzətli yeməklər, heç görmədikləri qədər gözəl qızlar görən adamlar buranın bəhs edilən cənnət olduğuna şəksiz inanırlar. Cənnət vədi ilə liderlərinə bağlanan müridlər oranı yenidən görmək üçün verilən əmrləri sorğu-sualsız yerinə yetirir, ölümdən zərrə qədər də qorxmurmuşlar. Həsən Səbbah tərəfindən cənnətə gedənlər getdikləri yerlərdə hər kəsə gördükləri cənnətin necə bir yer olduğunu danışmaqdan yorulmurdular. Bununla da Həsən Səbbahın fədailərinin sayı getdikcə daha çox artırdı. Bundan başqa fədailərə qatı və sərt təlimlər keçirilirmiş. Təxminən iki min nəfərin yerləşdiyi deyilən Ələmuq qalasında ağır təlimlər verilməklə tələbələrdən məğlubedilməz döyüşçülər yaradılırmış.
Liderlərinin bir sözü ilə intihar edən müridləri

Liderlərinin hər dediyini yerinə yetirən müridlərə təsir etmək üçün tək cənnət vədi deyil, daha başqa şeylər də keçirilib. Məsələn, Həsən Səbbah otağında yalnız başı görünən şəkildə bir fədai basdırıb, üzərinə qan tökülən adam yeni tələbə otağa girdikdə danışmağa başlayırmış. Cənnətə getdiyini və oranın nə qədər gözəl bir yer olduğunu bildirən fədaisinin başı çıxışı bitdikdən sonra həqiqətən də kəsilirmiş. Gözlərinə inanmayan xam tələbə isə bir an əvvəl fədai olmaq istəyirmiş. Həmçinin fədailər yalnız döyüş texnikalarında deyil, din, tarix, coğrafiya kimi mövzularda da yetişdirilirmiş.
Xaşxaşi təriqətinin banisi Həsən Səbbah hər gün bir az da güclənərkən qalasına gələn qonaqlarına təsir etmək üçün bəzi tələbələrini intihar əmri verirmiş. Müridlər də tiryəkin təsiri ilə təpədən aşağıya atılırmışlar. 34 il ərzində Ələmuq qalasından bir dəfə olsun belə ayrılmadığı deyilən Həsən Səbbah bütün bu xüsusiyyətlərinin yanında ədaləti ilə də tanınırmış. Hətta oğullarından Məhəmmədi təriqətin qaydalarını çeynəyərək şərab içməsi səbəbindən gözünü belə qırpmadan öldürüb.
Ədalətli Həsən Sabbah
Ələmuqa yerləşdikdən sonra Böyük Səlcuqlular və Abbasilərə qarşı mübarizə aparmağa başlayan Həsən Səbbah yaşadığı dövrdə 50-yə yaxın sui-qəsd əmri verib. Deyilənlərə görə, Nizamülmülkün ölümü də Xaşxaşi liderinin bir sui-qəsd əmri olub. Çünki Nizamülmülk Ələmuq qalasını almaq üçün 4 ay qalanı mühasirəyə alıb, sonda özü ölüb. Verilən ölüm əmrlərini xa0yerinə yetirən fədailərin heç bir zaman tutulmamasının səbəbi də aldıqları təhsil olub. Qurbanlarının xilas olmaq şansı olmayan fədailər tutulsalar belə özlərini öldürüblər.
Həsən Sabbahın ölümü və Xaşxaşilərin sonuxa0

Cəsarəti və qüdrəti ilə ön plana çıxan lider taxta keçən Məhəmməd Taparın ölümündən sonra onun yerinə keçən Sultan Səncərə Ələmuq qalasına hücum etməməsi üçün bir mesaj göndərir. Və mesajı yastığına sancmış bir xəncər imiş. Sarayda belə fədailəri olan Həsən Səbbah bu şəkildə Səlcuqlu sultanının gözünü qorxudur və geri çəkilmə qərarı almasını təmin edir.xa0
İllərlə qalasını qorumağı bacaran və bir-birindən gözü qara fədailər yetişdirən Xaşxaşi lideri Həsən Səbbah 23 may 1124-cü ildə həyatını itirib. Amma ölməmişdən əvvəl təriqətinin davamı üçün özünə xəlifə də seçib. Həsən Səbbah Tərəfindən yaradılmış nizam liderin ölümündən 14 il sonra, 1256-cı ildə Monqollar tərəfindən dağıdılıb.
Həsən Sabbah haqqındakı fərqli fikirlər

Yuxarıda verdiyimiz məlumatların nə qədər doğru olduğu məsələsi çox mübahisəlidir. Çünki bu məlumatların çoxu Marko Polonun seyahətnamsəinə əsaslanır. Marko Polo Həsən Sabbah haqqındakı mülahizələrini eşitdiyi əfsanəvi hekayələrəsasında yazdığını bildirib. Orta əsrlərin diqqətçəkən lideri ilə bağlı bir çox əsər yazılsa da çoxunda təqdim etdiyimiz bu maraqlı hekayələr yer alıb. Amma elmi əsərlərə baxanda, Həsən Sabbahın ya Şiə məzhəbinə düşmən olan Sünni mənbələr, ya da tərəf tutan xristian mənbələr tərəfindən dəyişdirildiyi və səhv danışıldığı müşahidə edilir.
Məsələn, Sünni qaynaqlarda Həsən Səbbah İslamı azğın şəkildə təbliğ etdiyi söylənilir, Şiə qaynaqlarında isə Səbbahın ədalətli və bərabərhüquqlu bir lider olduğu bildirilir. Hətta onun ədalətinin oğullarının belə poza bilməyəcəyi qədər güclü olduğu, iki oğlunu da qaydalarını pozduqları üçün öldürdüyü yazılır. "Xaşxaş" sözü isə ilk dəfə Səlib mənbələrdə istifadə edilib və Sabbahın fədailərinə bu ad verilib.
Xaşxaşilər kim olub?

Yuxarıdakı məlumatlardan Xaşxaşilərin yəqin ki, kim olduğunu anlamışınız. Amma qısaca olaraq əlavə edək ki, Xaşxaşilərin tarixin ən çox qorxulan və ilk sui-qəsd təşkilatı olduğunu deyilir. Həsən Sabbahın rəhbərliyi ilə ortaya çıxan Xaşxaşilər İsmaililik məzhəbinin Nizariyə qoluna mənsubdur. Səlcuqlular, Səlibçilər, Məbəd Cəngavərləri, Abbasilər və Eyyubilərdən olan mühüm şəxslərə sui-qəsd təşkil ediblər. Pis şöhrətləri ilə ətrafda qorxu yayan təşkilatın adı Qərbdə sui-qəsd mənasına gələn "assassin" kəlməsi ilə bağlıdır. Sözün yaranması barədə fərqli fikirlər olsa da, əsasən təşkilat liderinin sui-qəsdçilərə xəşiş (tiryək) verməsi ilə əlaqələndirilir. Daha sonra bu fədailərə Xaşxaşilər deyilib. Nəticədə, bir çox romana, filmə mövzu olan Xaşxaşilər dünyanın ən sirli təşkilatlarından biri olaraq tarixə düşüb.
Hazırladı: Rumiyyə

































































































