Abbasqulu ağa Bakıxanov Qərb alimlərinin oğurluğunu bu cür ifşa etdi- TARİX

Hazırda oxunan: Abbasqulu ağa Bakıxanov Qərb alimlərinin oğurluğunu bu cür ifşa etdi- TARİX

181258


Abbaqulu ağa Bakıxanovun “Əsrarül Məlaküt”x9d- “Kainat sirləri”x9d əsəri bu günədək öz layiqli dəyərini almayıb. XIX əsrin 20-ci illərində dövlət əhəmiyyətli ezamiyyətdən istifadə edərək bir çox Baltik ölkələrini gəzən və coğrafi səyahət xarakterli əsərlər yazan A. Bakıxnov qələmini elmi astronomik mövzuda da sınayıb. Polşaya səfər edən zaman dahi alim, astrofizika sahəsində inqilabi kəşflərin müəllifi, heliosentrik nəzəriyyəsinin banisi Nikolay Kopernikin ev muzeyində olur. Onun demək olar ki, xa0bütün əsərləri ilə tanış olan Bakıxanov alimdən təsirlənərək “Kainatın sirləri”x9d adlı əsərini yazır. Bakıxanovun uğuru ondan ibarət olur ki, o təkcə elmi nəzəriyyə və quru riyazi xa0hesablamalar, quru faktlarla kifayətlənmir. Bir Şərq filosofu kimi onları İlahi məntiqlə əlaqələndirir. Beləliklə də, elmlə fəlsəfənin vəhdətinə nail olur. O, qismən də olsa, Yer kürəsinin qarşılaşacağı potensial təhlükələri şərh edir. Hətta deyilənlərə görə xa0əsəri Osmanlı sultanı Əbdülhəmidə yaranacaq təhlükələrdən xəbərdar olması məqsədilə xa0təqdim etmək istəyir.

Əsərdə Qərb elminin Şərq alimlərindən oğurluğu da var ki, Moderator.az bu yazıda xa0bunları diqqətə çatdıracaq:

Abbasqulu ağa Bakıxanov əsərdə kainat sirləri və bu sirlərin bətnində cəm olan fəlsəfədən danışır. Avropanın nəhəng alimləri Kepler və Nyutonun fizika elmi tarixində partlayış xa0edən nəzəriyyələrini də bu İlahi hikmətlə əsaslandırır. Keplerin nəzəri astrofizikanın əsasını təşkil edən 3 qanunu burada Şərq hikməti ilə ustalıqla əlaqələndirilir. XVII əsrdə Keplerin yerin günəş ətrafında hərəkətini izah edən üç qanunu Bakıxanov üçün çox gözəl bir material, elmi əsas rolunu oynayır. Ulduzların, milyardlarca səma cisimlərinin, xa0“Süd yolu”x9d qalaktikasının və milyonlarca bu kimi xa0qalaktikanın təşkil etdiyi Vahid Kainat sisteminin necə tənzimləndiyini xa0göstərmək üçün o Kepler qanunlarını səbəb kimi nümunə göstərir. Keplerin Yerin Günəş boyunca elleptik hərəkətini Bakıxanov İlahi hikmətin elmi əsası kimi əsaslandırır:
“Adamın başına belə bir fikir gələr: görəsən bu müxtəlif hərəkətlərin bir-birinə uyğun gəlməsinə hansı təbii səbəb, onlardakı nizamın sabit olması üçün nə kimi qayda vardır?
Hicri XI əsrin (XVII əsr - red) görkəmli alimləri Kepler və Nyuton bu suallara ən yaxşı cavab vermişlər. Birincisi ”“ səbəbi, o biri ”“ nəticəni əldə etmişdir.
Bu qanunlar üçdür: 1) Planetlərin orbitləri dəyirmi yox, ellipsvarıdır. O, bu qanunu Yerin Günəş ətrafında dövr edərkən cənuba nisbətən şimal tərəfdə 9 gün çox olmasına əsaslanaraq kəşf etmişdir. Buna gorə də Günəş şimal tərəfdə qış olarkən Yerə yaxın olur. Sonra Kepler başqa planetlər və onların peyklərinin orbitlərində də bunu aşkara çıxarmışdır”x9d.
Bakıxanov elmi əsərə iki nəzəriyyənin müqayisəsi istiqamətindən yanaşıb. O nəzəriyyələrdən birincisi antik dövr yunan alimi Ptolomeyin yer haqqındakı nəzəriyyəsidir. Ptolemeyin Yerin hərəkəti barəsindəki nəzəri fikirləri Bakıxanovu qəti razı salmır. Çünki həmin nəzəriyyə yerin sükunətdə olması və Günəşin onun ətrafında fırlanması kimi xarakterizə olunur. Bakıxanovu bu məntiq qane etmir. Çünki yunan hegemonluğu nəticəsində az qala bütün dünyada Yer hərəkətinin əsas formula kimi sırıdılan bu nəzəriyyə elmi əsasdan kənar olduğu üçün İlahi hikməti də əks etdirmirdi.xa0

Related

Konkret xa0dəlillər xa0gətirən və xüsusi riyazi xa0hesablamalara söykənən xa0Bakıxanov öz arqumentlərini dahi polyak alimi Nikolay Kopernikin heliosentrik nəzəriyyəsi ilə əsaslandırır.xa0
Heliosentrik nəzəriyyə
Orta əsr Avropasında yerin hərəkəti barədə ilk dolğun nəzəriyyə olan heliosentrik nəzəriyyəsini Bakıxanov kainatın xa0əsas dövrü qanunu kimi xa0təsvir edir. 1543-cü ildə Kopernik tərəfindən xa0kəşf edilən və astronomiya tarixində inqilab sayılan xa0Heliosentrik nəzəriyyəyə əsasən Yer öz oxu ətrafında və digər planetlərlə birlikdə günəş ətrafında fırlanırdı. Bu iddia kilsənin - Yer kainatın mərkəzidir, tezisinə qarşı olduğundan fəlsəfi və dini çevrələrdə böyük hay ”“ küy qopardı. Kopernikin iddiası bu idi ki, onun sistemi hesablamaları asanlaşdırır. O həmçinin planetlərin xa0Günəş ətrafındakı tam dövr və onların günəşə qədər olan məsafələrini astronomik vahid olaraq hesablamışdı.

Bu hesablamalar Bakıxanovun “Kainatın sirləri”x9d əsərində oraya qoyduğu dəlillər idi:
“Astronomiya elmində iki nəzəriyyə vardır: bunlardan biri rumlu Ptolemeyin nəzəriyyəsidir. Bu nəzəriyyə Yerin sükunətdə olması, Günəşin isə onun ətrafında fırlanmasına əsaslanır. O biri isə polşalı Kopernikin nəzəriyyəsidir ki, birincinin əksinədir. xa0Hər ikisinin milliyyətcə bizdən xa0fərqli olduğunu xüsusi nəzərə almaqla əqli qavrayışların təqlidinə yol verilməməsi, əqlin üstün tutduğu və şəriətə uyğun gələn şeyi götürməyi zəruri edir və öz dediklərini üstün tutaraq haqlı olduqlarını iddia edənlərin təqlidindən çəkinməyi lazım bilir. Birincidən fərqli olaraq o biri nəzəriyyənin qəti həndəsi dəlillərlə təsdiq edildiyini, hədis və ayələrlə təsbit oluna bilindiyini görərək, sonuncu peyğəmbərlik sahibinin hicrətindən xa0coğrafiya elminə aid kitabımın riyyaziyyat bölməsindən olan müqəddimə, üç fəsil və nəticədən ibarət kiçik bir risalə yazdım. Allahdan bu işi yaxşı başa catdırmağımı diləyirəm.”x9d
Göründüyü kimi, o, xa0burada əsərin yazılma səbəbini izah edir. Kainat elminə aid Şərq dünyasında o qədər də müfəssəl əsərlərin yazılmaması və insanların bundan xəbərsizliyini əsas gətirərək Bakıxanov bu sahədə də qələmini sınayır. Onun başqa bir missiyası da Şərq dünyasını xəbərdar etmək idi. Avropa Şərqdən xa0oğurladığı elm, fəlsəfə, xa0mədəniyyətin işığından tutaraq kainat sirlərini kəşf etdikləri halda Şərq dünyası XIX əsrdə belə bu məsələlərə girişə bilmir. Dövlət qulluqçusu olmasına baxmayaraq ensiklopedik bilik daşıyıcısı kimi yetişən Bakıxanovun da bu əsəri xa0o səbəbdən yazılır. xa0

Elmin xa0Nuri



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin