Kor qoca Şərqin məşhur şairinə necə çevrildi? - TARİX

Hazırda oxunan: Kor qoca Şərqin məşhur şairinə necə çevrildi? - TARİX

180120



Moderator.az saytının bir neçə gün əvvəl mütəfəkkirlərimiz Nizami Gəncəvi, Məhəmməd Füzuli və Şah İsmayıl Xətainin portretlərinin necə yaranması haqqında yazısı maraqla qarşılandı. Qeyd edək ki, saytda bu silsilədən olan yazılara mütəmadi olaraq toxunacaq, Əfzələddin Xəqani, İmadəddin Nəsimi, Mücurəddin Beyləqani, Nəsirəddin Tusi və s. kimi görkəmli şəxsiyyətlərin bildiyimiz portretlərinin haradan qaynaqlanmasını araşdırmağa çalışacağıq. Bu siyahıya təkcə Azərbaycan yox, Şərq klassiklərini də daxil edəcətik. Məsələn, İbn Sina, Əl Biruni, İbn Rüşd kimi dahilərin bizə təqdim edilən portretlərinin tarixçəsi yəqin, hamıya maraqlı olur. Elə bu dəfə təqdim etdiyimiz yazıda da Şərq silsiləsindən bir mütəfəkirin portretinin yaranma tarixçəsindən danışacağıq. Həm mütəfəkkir orta əsrlərin məşhur tacik şairi olsa da, müəllifi isə həmyerlimiz Fuad Əbdürrəhmanovdur.

1964-cü ildə gənc bakılı rəssam Tacikistanın IX-X əsrlərdə yaşamış ən məşhur şairinin portretini hazırlamaq üçün Düşənbədə keçirilən müsabiqəyə qatılır. Gənc rəssamlar müsabiqəyə çox portretlər təhvil verirlər. Amma komissiya Rudəkiyə heç bir portreti uyğun bilmir. Gənc Fuad bir gün Düşənbə keçələrində gəzərkən qəflətən yaşlı, gözü görməyən, bir əlində təsbeh, bir əlində əsa qoca bir kişini görür.

Həmən beynində qığılcım yaranır. Kişinin qolundan tutub kömək edir və bu zaman artıq fikrini dəqiqləşdirir: “Rudəki məhz bu olmalıdır”x9d. Həmin yaşlının portretini çəkərək müsabiqəyə qatılır və qalib olur. Daha sonra Tacikistanda məşhur olan Rudəki heykəlini də hazırlayır.
Həmin portret bu gün bütün Orta Asiyada məşhurdur. Hamı o kişini məhz Rudəki bilir, məşhur şairi ancaq o simada təsvir edirlər. halbuki o məşhur portret Əbdürrəhmanovun əlindən tutduğu əli əsaslı təsbeh çevirən kişi idi. xa0

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin