Bir çox cizgi filmlər var ki, onların uşaqlar üçün nümayişi heç də doğru deyil. Gizli subliminal mesajlarla zəngin olan bu cizgi filmlər azyaşlı tamaşaçıların şüuraltısına hoparaq, illərlə onları izləyir. Bu isə birbaşa psixoloji təsir vasitəsidir.xa0
Moderator.az bu tipli cizgi filmlərindən bir neçəsini təqdim edir:
“Qarfild”x9d- hadisələrin mərkəzində tənbəl pişiyin olduğu xa0cizgi filmində əslində, insan psixologiyası üçün çox vacib xa0detallar var. Qarfildin olduğu ev kimsəsiz və xa0tərkedilmişdi. Evin sahibi Con və iti Odi Qarfild yatan zaman evi tərk edirlər. Qarfild oyandıqda onları tapa bilmir və yenidən onlarla olduğu evi xəyallarında canlandırır. Baş verən hadisələr əslində, Qarfildin xəyal məhsuludur. İnsanın vakuumda olduğu zaman, reallıq hissini itirməsi bu cizgi filmində çox gözəl əks olunub. Lakin mənfi təsiri odur ki, sevimli qəhrəmanlarını izləyən azyaşlı uşaqların özləri də get-gedə reallıq hissinə yadlaşırlar.xa0
“Skubi Du”x9d- Cizgi film həvəskarları qəhrəmanı it olan “Skubi Du”x9dnu yəqin, xatırladı. Amma burada bəlkə də, çox az insanın diqqət çəkdiyi məqamlar var: demək olar, hər kadrda arxa fonda qırılmış, dağılıb-uçmuş yerlər, əşyalar görünür. Bunun da səbəbi var: cizgi filmdə baş verən bütün hadisələr böyük iqtisadi böhrandan sonra yaşanır. Ətrafdakı hər şeyin dağılıb-uçmasının da səbəbi böhrandır. Bəzi mənfi obrazlar isə vaxtilə xoşməramlı insan kimi tanınan məşhur professor və musiqiçilərdi. Lakin baş verən olaylar onların psixologiyasını da tamamilə dəyişib. Çox güclü subliminal mesajların verildiyi cizgi filmi böhranın bəşəriyyətin mənəvi çöküşü üçün nə dərəcədə zərərli olduğunu, insanları necə dəyişdiyini göstərir.xa0
“Daş dövrü”x9d- Bir zamanların məşhur cizgi filmini sən demə, əsas qayəsindən xəbərsiz halda izləmişik. Belə ki, adından da göründüyü kimi burada hadisələr guya qədim daş dövründə baş verir. Yəni, azyaşlı seyirçilər xəyalən keçmişə səfər edir. Amma əslində, elə deyil. “Daş dövrü”x9dndəki hadisələr keçmişdə yox, gələcəkdə baş verir. Nüvə silahlarının tətbiqi nəticəsində bəşəriyyətin əldə etdiyi modern yeniliklərin hamısı məhv olur. İnsanlar yenidən ibtidai icma quruluşundakı aqibətlə üz-üzə qalırlar. Çox güclü subliminal mesajların olduğu cizgi filmi azyaşlı uşaqlarda gələcəklə bağlı bədbinlik yaradır. Təbii ki, onlar baş verənlərin gələcəklə əlaqəsi olduğunu bilmir. Lakin yaşantılar birbaşa şüuraltına köçürülür və uşaqlar bir növ, gələcəyə hazırlaşdırılır.
“Hey Arnold”x9d-Cizgi filmdə nənə və babasının himayəsində yaşayan kiçik qəhrəmandan söhbət gedir. Amma hər iki “valideyni”x9d narkotik maddə düşkünüdür. Hey Arnoldun bədən quruluşundakı bəzi qüsurlar isə anasının hamilə olduğu zaman narkotik maddə qəbul etməsi səbəbindəndir. Nənə və babası isə həm də psixi problemli insanlardı. Bu da narkotikadan uzun müddətl istifadə edən insanlarda sonda psixoloji pozuntuların yaranacağına bir sübutdur.
“Coni Bravo”x9d- fiziki quruluş etibarilə özünü qadınlar üçün hədiyyə hesab edən, lakin cinsi mənada hələ də böyüməyən bir anti-qəhrəmandan bəhs edir. xa0Seksual impulsları inkişaf etməyən Coni Bravo yaşına, bədəninə baxmayaraq, anasının himayəsindədir. Ondan çəkinir. Uşaqlarda yetkinliklə bağlı yanlış fikirlər yarada biləcək cizgi filmi kişilik xarakterini də təhqir edir.
Hazırladı: Elmin


































































































