Yazıya başlamadan öncə məlumatsız olanlar üçün narsistliyin nə olduğu barədə qısa arayış təqdim edək: xa0
Narsisizm xudbinlikdən irəli gələn, özünə vurğunluq, insanın özünə aşiq olması, öz-özünə səcdə etməsi mənasına gələn ruhi sarsıntı, xəstəlikdir. xa0Qədim Yunan əsatirinə görə, Narkiss adlı bir gənc suda öz əksini görür və öz-özünə vurulur. Öz əksinə elə heyran olur ki, yerindən tərpənə bilmir və əriyib, çökür. Bu xəstəliyə yoluxan insanlar özlərini yer üzünün tanrıları kimi görürlər. Hətta həyat və ölüm kimi mühüm təbii hadisələrə belə bir cümlə ilə qərar verə bilirlər. Ən böyük qorxuları güclərini itirmələri, ölüm, ətraflarındakıların onlara düşmən olmasıdır. xa0Güc və şəhvətlərinin bəlli həddi yoxmuş kimi davranırlar, saysız insanı öldürməkdən, saysız saraylar tikdirməkdən zövq alarlar. Narsist insan xarici dünyanı anlaya bilməz və bu vəziyyət onda qorxu yaradır. Diktatorlaşan narsistlər getdikcə daha zalım, tənha və qorxaq olurlar.
Yəqin ki, bu qədər məlumat kifayət edər, indi də əsas mətləbə keçək.
Narsisizm mövzusu əsrlərdir insanların beynini qarışdıran bir məsələdir, lakin sosioloqlar artıq narsisizmin müasir bir "yoluxucu xəstəlik" halına gəldiyini irəli sürürlər.xa0
Görəsən narsisizmin bu qədər genişlənməsinə nə səbəb olub?xa0
Narsisizm “ego”x9d ve egonun xarici dünya ilə əlaqəsi üzərində tədqiqat aparan psikoanalitik Ziqmund Freyd ilə populyarlıq qazanıb. Z.Freydin bu tədqiqatı xa0narsisizmlə bağlı bir çox nəzəriyyə üçün də çıxış nöqtəsi olub. Freyd narsisizmi "Xarici aləmdən təcrid olunan libidonun (cinsi enerji) saçılan işıqda egoya yönləndirilməsi”x9d şəklində açıqlamışdı. Yəni libidonun böyük bir anbarda toplanır kimi egoda toplanması və daha sonra obyektlərə istiqamətləndirilməsidir.xa0
Maraqlıdır, narsisizm nə zamandan bəri problemə çevrilib?
Zamanla sağlam insanda özünə vurğunluq yaranar və özünə qarşı sağlam bir sevgi hiss edər. Real nailiyyətlər qazandıqca özünə inam, hər işin öhdəsindən gələ bilmək hissi formalaşar. Bundan sonra özünə həddindən artıq heyran olmağa, həmçinin digər insanlardan həddindən artıq təriflər gözləməyə başlayanda, narsiszm artıq problemə çevrilər. Narsistlər ətraflarında möhtəşəm bir görüntü, ya da həddindən artıq özünə inamlı bir portret çəkirlər. Amma bu vəziyyət əslində dərinlərdə gizlənmiş inamsızlıq hissi və ən kiçik bir tənqidlə məhv ola biləcək çürük özünəhörmətlə əhatə olunub. Bu xarakterlərindən qaynaqlanaraq narsist insanlar davamlı olaraq öz duyğusal ehtiyaclarını ödəmək üçün dayaz və zəif əlaqələrdə olurlar. Bu səbəbdən də, narsistlər bir dəyər itirdikləri anda bu vəziyyət onlarda şəxsiyyət pozğunluğa yol açar.xa0
Narsistlər, şəxsiyyət pozğunluğu olan insanlar ən kiçik tənqidlərə belə ciddi qəzəb nümayiş etdirər, özünü hədsiz dərəcədə yüksəkdə hiss edərlər. Sonu olmayan uğur fantaziyalarını işə salıb özlərini güclü, qeyri-adi, gözəl və ya ideal sevgili kimi hisslərlə özlərini “yeyib bitirərlər”x9d. Şəxsiyyət pozğunluğundan ən çox gənclər və kişilər təsirlənir. Narsistlərin şəxsiyyət pozğunluğunun xa0tam səbəbləri bilinmir, ancaq uşaqlıqda məruz qaldırları sui-istifadə və etinasızlıq halları ilə üzləşmələri bu pozğunluğun əmələ gəlməsindəki mümkün amillərdən ola bilər.xa0
Narsisizmin çoxlamasına nələr səbəb ola bilər?
Aparılmış klinik müayinələrdə insanların 2-16 faizində narsiszmə təsadüf edilib. Bəzi araşdırmalara görə, narsistlik şəxsiyyət pozğunluğu baş verdikcə nadir görülən bir vəziyyətdir, ancaq tədqiqatlar narsistlərin xüsusiyyətlərinin və ölçülərinin olduqca dəyişikən olduğunu göstərir. xa0
Bəzi araşdırmalara görə isə narsiszm sənaye inqilabı ilə birlikdə cəmiyyətdə sürətli yayılan "müasir yoluxucu xəstəlikdir". Yəni kapitalizmlə yanaşı ictimai müstəvidən şəxsi müstəviyə doğru yönəltməyə şahidlik edirik. Özünəhörmət dəyişikliyi üçün bura mühüm bir dönüş idi və həyatda uğur qazanmaq üçün özünəhörmət bir qıfıl kimi tanınmağa başlandı. Pedaqoqlar və valideynlər müntəzəm olaraq uşaqlara onların nə qədər mühüm və əvəzsiz olduqlarını izah etməyə başlayaraq özünəgüvən hisslərini inkişaf etdirmələrinə kömək etdilər.
Valideynlər uşaqlarını çətin işlərin öhdəsindən gəlmək üçün daha çox çalışmağa sövq etmək əvəzinə, uşaqlarının özünəhörmət hisslərini inkişaf etdirmək istədilər. Fərdin inkişafı (mənlik və dərin hisslərə yönəltməklə) və cəmiyyətin müasirləşməsi sosial normalarda azalmaqla yanaşı, ailə və cəmiyyət fərdlərə daha əvvəl verdikləri dəstəyi artıq verə bilmədilər.xa0
Tədqiqatlar əslində, sosial bağlara əsaslanan biri olmağın, məsələn, cəmiyyətə, ailəyə və dostlarla bağlılığın sağlamlıq baxımından çox faydalar verdiyini irəli sürüyor. Sosial bağlılıq pozulduqca, mənalı bağlılıq üçün lazım olan əsas ehtiyacları qarşılamaq da getdikcə çətinləşdi. Və "digər insanlar üçün də ən yaxşı olan hansıdır?”x9d sualı da "mənim üçün ən yaxşı hansıdır?"-a çevrildi. Cəmiyyətdəki müasirləşmə hər şeydən öncə zənginlik, şöhrət və şöhrəti mükafatlandırmaq halına gəldi.
Bütün bunlar, sosial bağlardakı qırmalarla birləşəndə də "sosial mənada boş mənlik" ortaya çıxdı. Texnologiyanın böyüməsi və Facebook, Twitter kimi olduqca populyar hala gələn sosial media qurumlarının inkişafı boş vaxtlarımızı keçirməkdə və ünsiyyət formalaımızda dəyişikliklər yaratdı. Bu gün dünyada təxminən 936 milyon aktiv Facebook istifadəçisi var. İnternet asılılığı mental sağlamlıq araşdırmalarının yeni halına çevrildi. Aparılan bir araşdırma Facebook asılılığının narsiszmlə güclü bağları olduğunu ortaya qoyur.
Bəs nə edə bilərik?
Əvvəla, narsistlərin şəxsiyyət pozğunluğunun müalicələri mövcuddur və bu müalicələr dərman müalicəsindən və psixoterapiyalar qəbul etməkdən ibarətdir. Digər tərəfdən meditasyonun da xa0mental sağlamlıq üzərində müsbət təsirlərə malik olduğu göstərilir. Ancaq müxtəlif müalicələrin təsirinə dair daha çox araşdırma aparılmasına ehtiyac var.
Bəs nələr edə və xoşbəxt bir həyata necə nail ola bilərik? Harvard Universitetinin tədqiqatçıların apardığı bir tədqiqat zamanı təsdiqlənib ki, xoşbəxtliyin sirri pulda və şöhrətdə deyil. Qeyd edək ki, tədqiqat zamanı ən qatı narsist insanlar 75 il müşahidə edilib. Tədqiqatçılar həyatdakı ən əhəmiyyətli şeyin güclü və təsdiqedici münasibətlərə malik olmaq olduğunu irəli sürülüb.
xa0
Buna görə də hər şeyə son verin, elə indicə telefonunuzu əlinizdən qoyun, kompüterinizi söndürün və bir dostunuzla görüşə gedin. Bəlkə də bu vəziyyət özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq.xa0
Hazırladı: Zəhra

































































































