xa0
Yer üzündə ən əsrarəngiz tikililərdən biri şübhəsiz ki, Misir Piramidalarıdır. Necə inşa edilmələri haqqında bir çox fikir ortaya atılsa da dövrün şərtləri göz önünə alındıqda piramidaların inşası ilə bağlı əsrarəngiz hadisələr qarşımıza çıxır.
Ən az 4 min illik olduğu təxmin edilən bu piramidaların planetlilər tərəfindən inşa edilməsi haqqındakı iddiaları müzakirə edəcəyik. Dünyanın 7 möcüzəsindən biri olma xüsusiyyətini göstərən bu tikililərin misirlı politoloqlar, arxeoloqlar, tədqiqatçılar tərəfindən tam olaraq nə üçün tikilməsi, nəyə xidmət etməsi barədə müxtəlif mülahizələr irəli sürülüb. Bəzi tədqiqatçılar Piramidaların bir məzar - abidə növü olduğunu söyləsə də, bir qrup tədqiqatçı bu formaların astronomik quruluşa malik olduğunu iddia edir. Həmçinin piramidaların arxasında əslində sirli bir riyaziyyat elmi olduğunu qeyd edirlər.xa0
Moderator.az-ın təqdim etdiyi bu yazıda piramidaların tamamilə riyaziyyata meyli və riyazi estetik gözəlliyin necə istifadə edildiyini, dövrün riyaziyyatı ilə yaxından bir əlaqəsi olduğunu göstərən dəlillərdən bəhs edəcəyik.
Piramidalardakı riyaziyyat haqqında məlumata sahibi olmaq üçün iki növ riyazi məlumatınızın olması lazımdır. Çünki bəzi məlumatlar asan xa0anlaşılsa da, bəzi detallar heç də asan anlaşılmır. Bu barədə ilk tədqiqatlar 1859-cu ilə əsaslanır. Con Teylor adlı riyaziyyatçı böyük piramidanın sahəsinin 2pi ilə vurulması nəticəsində yüksəkliyini tapıb, daha sonra Çarlz Smit kitab halına gətirib. Bu hesablama piramidanın içində olan otaqlara girilmədən, səthi olaraq aparılıb və digər araşdırmaçılara ilham qaynağı olub. Amma digər elm adamları onun qədər şanslı olmayıb. Belə ki, 1983-cü ildə 7 nəfərlik tədqiqat dəstəsi piramidaların içindəki araşdırmalarını bitirdikdən sonra xərçəng səbəbindən öldüblər və çox faydalı xa0məlumatları almaq mümkün olmayıb. Əgər onlar sağ qalsaydı, xüsusən də Gizlin Piramidanın yerin altında olan 3-cü mərtəbəsindəki bəzi riyazi çalışmalar gün üzünə çıxacaqdı. Və bəlkə də o dövrün xa0texnologiyası, elmi və sənəti haqqında daha çox şey biləcəkdik.
Üç önəmli piramida Böyük Piramida, Gizli Piramida, Keops Piramidası Misirin geniş ərazilərində bir həndəsi əsər xarakterində insanı ovsunlayır. Əslində Platonun akademiyasına yazdığı “Kim ki həndəsəni bilmir, içəri girməsin" ifadəsini piramidaların girişlərinə yazmaq lazımdı.
İndi təqdim edəcəyimiz bütün riyazi faktlar Misir Elmlər Akademiyası tərəfindən təsdiq edilmiş həqiqətlərdir. Bu barədə məlumatsız olanlar üçün xatırladaq ki, yazını oxuyanda şol olmayasınız.
Misir Piramidalarının yüksəklik, baza sahəsi və həcmli əmsalları riyaziyyatda ən mühüm üç sabitdən ibarətdir. Bunlara pi (pi), fi (phi) və Euler sabiti (e) deyir. Tədqiqatçı J.H.Cole bu işdə baş sındıranlardan biridir. Özünün apardığı standart ölçülər nəticəsi piramidalarda 51 dərəcəlik, 51 saniyəlik baxım ilə qarşılaşıb. İşinin sonunda sabit istifadə etdiyi yerləri göstərən bir də məqalə də yazıb. Bu cəhət başlanğıcda xa0təsadüfi seçilmiş kimi düşünülsə də, əslində 3 riyazi a piramidanın yer alması bu sayədə olub. Burada qəribə olan isə o vaxt tikintidə 0.00001 dərəcə belə səhv edilməməsidir.xa0
Bu şəkildə görünəni kodla təsdiq etməyə çalışaq:
4 x 51.85° / 76.30° = e (99.998%)
tan 51.85° = 4 / pi(99.99%)
cos 51.85° = 1 /phi (99.95%)
sin 51.85° = 4 /pi phi (99.94%)
Nəticələri görürsünüzmü? Çox qəribə və müəmmalıdır. Maraqlıdır, bundan 4 min il əvvəl bu şəkildə riyazi hesablamalar necə aparılıb?
Oxucuya bir sual daha: "e" sayı ilə göstərilən bu sabit 1618-ci ildə yerləşdiyi riyaziyyat tarixinin tədqiqat mənbələrində yazılı olaraq tapılır. Sizcə də bu rəqəmin varlığı və tam olaraq eyni sayda olması qəribə deyilmi? Ya "e" sayı məlum olurdu, ya da Leonhard Euler bizə yalan söyləyib.
Hələ indidən təəccüblənməyin!
Böyük Piramidanın başqa bir riyazi gözəlliyi pi sayı ilə aparılan hesablamalardan keçir. Piramidanın aşağı bərabəryanlı üçbucaq formasında olduğuna görə hündürlüyü hesablamaq üçün bu şəkildə bir riyaziyyat yolu izlənilir.xa0
Baza sahəsi hesablanır, eyni sahəyə malik bir çevrə çəkilir. İbarət olan çevrənin radiusunun 3.14 dəfə ilə hündürlük müəyyən olunur. Bu hesablardan sonra xəyali uc piramida nəzərdə tutur və eyni şəkildə hesablama təkrar edilib iki addımda piramida inşa edilir. Anlaşılan o ki, pi sayının sonsuza getdiyini bilirdilər və bu üzdən 3.14 dəyərini alıblar. Görünür, Pi sayının 1882-ci ildə söbut edilməsinə baxmayaraq Misirlilər pi və e sayının necə bir rəqəm olduğunu artıq bilirmişlər.xa0
Piramidanın arxasında gizlənmiş riyazi hesablamalar onu da göstərir ki, burada 7 rəqəmindən bol istifadə edilib və bu da ağıllara fərqli bir yozum gətirir. Piramidanın dibindəki üçkünc bölgəyə isə 365.242 xa0fut sahəyə malik bir dünya yerləşəcəyi isə belə bir hesablamanın ancaq kosmosa göndərilən bir ölçü vasitəsinin topladığı faktlar olaraq reallaşacağını göstərir.xa0
Maraqlıdır, bəs bu hesabla bu qədər dəqiqliklə necə aparılıb?
Bu şəkildə göstərilir ki, piramidaları əslində günəşin doğmasının hesabını tikə biliblər. Günəşi qiymətləndirdilər və mövsümlərin nə vaxt yaranacağını, saatın neçədə tam təpədə olduğunu piramidaya baxaraq təxmin etmələrinə imkan yaratdı. Xüsusilə əlimizdə olan yan tərəfdəki fotoşəkil buna açıq aydın dəlil gətirir. 1940-ci ildə Birləşmiş Krallığa aid döyüş təyyarələri piramidaların üzərindən uçarkən çəkdikləri şəkildə yaranan kölgənin günəşin doğması və qürub hesablamalarını piramidaya baxaraq asanlıqla təxmin etmələrinə yardımçı oldu. Aşağıda vizual isə dünyanın bazaya tam olaraq dərin olduğunun sübutudur.
Bu hesablamanın aparılması üçün isə iki şey lazımdır. Ya dünyanın ətrafı məlumdur və proses bu şəkildə həyata keçirilib. Ya da işləri-gücləri yoxmuş xa0kimi dünyanın ətrafını illərlə ölçüb, daha sonra piramidaları inşa ediblər.
Növbəti maraqlı hesablama isə baza uzunluğu dünyanın miqyası ilə eyni uzunluğa malik bir piramida bazası arasında olan əlaqədir. Məşhur filosof və yazıçı Con Michell böyük piramidanın hündürlüyündən istifadə edərək Ay və Dünya arasındakı məsafəni tam olaraq müəyyən etmişdi. Bunun üçün yeni metod yaratmışdı. Piramidanı iki parça formasında kəsmiş və kəsik piramidanın ucunu dünyanın qütb nöqtəsinə tangens gələcək şəkildə, istənilən sahəni isə dünyaya tangens olacaq şəkildə qoymuşdu. Bu hesablamada dünya xa0ilə ay arası hesablanma aparıldığı üçün qütb nöqtəsinə ay yerləşdirmişdi.
Piramidalarda xüsusilə platonik cismlərdən də istifadə edildiyini göstərən bir neçə dəlil də var.xa0
Silviya Braun "Dünyanın sirləri" adlı kitabında bu formaların insanlar tərəfindən aparılmasının çətinliyi izah edilir.
Bəzi baş qarışdıran suallar elmlər akademiyası tərəfindən izah olunmağa çalışılır. Piramidalarla bağlı yaranmış ağılları qarışdıran suallar bunlardır:
1. Piramidaların tikildiyi daşların ağırlığı təxminən 2 ilə 10 ton arasında dəyişir. Dövrün daş karxanaları ilə bağlı aparılan qazıntılar nəticəsində piramidaların tikildiyi yerdən şimal daş karxanasının 38 km, qərb karxanasının xa034 km, cənub karxananın isə 63 km kimi məsafələrdə yerləşdiyi aşkar edilib. O zaman daşlar tikinti aparılan əraziyə necə aparılıb? xa0
2. Kefren Piramidasında 1975-ci ildə görülən işlər nəticəsində "Biz nə sizə inandıq, nə də Kefrenə, şahid olsun göylərdən gələn yadlara" kimi bir ifadənin tapılması hansı mənanı ifadə edir?
3. Böyük piramidanın təpəsindəki əskik hissə bir elektromaqnit sahə mərkəzi ola bilərmi? İçəriyə girən tədqiqatçıların saatları niyə işləmir?
4. Piramidaların tikiliş səviyyəsi göy üzündə olan Mintaka, Alnilam və Alnitak ulduzlarının sırası ilə dərəcədən asılı olmayaraq eyni şəkildə düzülməsi o zamankı insanların astronomiya sahəsində çox bilgili olduqlarını göstərir? Bəli göstərir, amma insan xəta edər, necə olur axı bu işlərdə zərrə qədər xəta yoxdur?
5. 1992-ci ildə xüsusi olaraq alınan icazələr əsasında bir qrup tədqiqatçının girdiyi əsrarəngiz otaqda nələr oldu? O adamlarda niyə ruhi problemlər baş verdi? Bədənlərində olan radiasiya ləkələri nədən yaranmışdı?
6. Üç piramidanın dövrün kralı üçün tikildiyi məlumdur. Kralların dəfn edildiyi otaq yalnız iki dəfə günəş görür. İlk günəş Kralın anadan olduğu gün, digər günəş isə taxta çıxdığı gün daxil olur. Dünyanın günəş ətrafındakı hərəkəti də nəzərə alınarsa, bu necə baş verir?
Bu suallar bəzi tarixçilərin və elm dünyasının müdafiə etdiyi bir tezisi təkrar ortaya qoymağımıza səbəb olur: xa0"Bəşəriyyət, texnologiya və elm qədimdən çox yüksək səviyyədə inkişaf etdi, fəlakətlər bu texnologiyanı hissə-hissə götürüb apardı və yenidən başlanğıc nöqtəsinə qaytardı".
Hazırladı: Zəhra



































































































