Ötükən əski türkün düşüncəsinə görə qutsal yer sayılırdı. Türküstanda ilk türk dövləti olan Hun İmperiyasının, sonralar isə Göytürk dövlətinin başkəndi burda yerləşirdi. Ötükənin harda olduğu tam dəqiqliklə bəlli deyil. Lakin məlumdur ki, bu yer hazırkı Monqolustan ərazisində Orxon çayının mənbəyinə yaxın ərazidə olub. Mahmud Kaşğarlı da Divani Lüğət-it-türk əsərində bu yer xa0haqqında cəmi bir cümləlik bilgi verir: “Ötükən tatar çöllərində, Uyğur ölkəsinə yaxın bir yerin adıdır”x9d.Türkün daş yaddaşı olan Orxon-Yenisey yazılarında Ötükən adı tez-tez çəkilir. Bu haqda yazının davamında ayrıca bəhs olunacaq. Ötükən adı xa0ilə bağlı iki fərqli düşüncə var. Birinci düşüncə odur ki, Ötükən başkəndin-paytaxt şəhərin adı idi. İkinci versiyaya görə Ötükən ərazinin, coğrafiyanın adıdır. Hun İmperiyasının və Göytürk Xaqanlığının baş kəndi də Ötükən ərazisində idi. Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, ikinci versiya daha ağlabatandır. Ötükən coğrafiyanın adıdır. Başkənd də bu coğrafiyada yerləşirdi.
xa0 xa0 xa0 xa0xa0 "Ötükən" sözünün etimologiyası
Bu sözün anlamı haqqında bir çox versiyalar olsa da, hələlik bütün araşdırmaçıların üzərində dayandığı və razılaşdığı ortaq fikir yoxdur. Türkiyəli araşdırmaçı Dəniz Karakurtun açıqlamasına görə dua etmək anlamına gələn xa0“ötümək”x9d sözündən yaranmış ola bilir. Araşdırmaçının fikrincə “etmək (yapmaq) sözü ilə də bağlantılıdır. “Ötög”x9d moğolca ayı deməkdir və ayının yuvası torpağın içində olub, eyni zamanda qutlu sayılan bir heyvandır”x9d . xa0Bu versiya o qədər də inandırıcı görünmür. Ötükənin Ut-Ot-Od sözündən törəyə biləcəyini ehtimal edənlər də var. Tanrıçılıqda Torpaq anaya verilən adlardan biri də Ötükən idi. Monqollarda bu sözün xa0Etugen, Itügen və ya Odigan variantları var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.