Cəmiyyətin çürüməsi ilə narın çürüməsindəki ilahi OXŞARLIQ...

Hazırda oxunan: Cəmiyyətin çürüməsi ilə narın çürüməsindəki ilahi OXŞARLIQ...

161356

“İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir”x9d. “Quran”x9d, xa03:104

Son dövrlər Azərbaycanda baş verən xa0mənəvi aşınma cəmiyyəti çürütməkdədir ki, bu da hər bir düşünən insanı narahat etməkdədir. Yeri gəlmişkən, insan təbiətin bir üzvü olduğundan, cəmiyyətimizdə baş verən çürümə prosesini təbiətin digər sahələrində gedən çürümə ilə müqayisə edək. xa0Onu da qeyd edək ki, Allah yaratdığı bütün heyvan və bitkiləri insanlara nümunə olaraq yaratmışdır. Məsələn, “Quran”x9dın “Bal arısı”x9d surəsində açıq-aşkar göstərilir ki, Biz bal arısını dövlət, ordu, xa0ailə qurmaq və onları idarə etmək üçün insanlara nümunə yaratdıq. Eləcə də bir çox meyvələr kollektiv yaşamaq və birgəyaşayış qaydalarına əməl etmək üçün insanlara nümunədir. xa0
Məsələn, götürək narı. Narın dənələri cəmiyyətin fərdlərinə işarədir. Allah hər bir gilənin qidasını kapilyarlar vasitəsi ilə özünə çatdırdığı kimi, hər bir bəndəsinin də ruzisini özünə çatdırır. İnsanın nardan öyrənəcəyi, nümunə götürəcəyi çox şeylər var. xa0Təəssüflər olsun ki, cahilliyimiz öyrənməyimizə, gördüyümüzdən nümunə götürməyimizə imkan vermir. Ağıl sahibi olsaydıq görərdik ki, narın dənələri özlərinə gələn ruziyə qane olurlar və və digər gilənin ruzisinə şərik olmurlar (qidasını mənimsəmək üçün biri-digərini əzmirlər). Bununla da birgəyaşayış qaydalarına əməl etməklə yetkinlik (yetişkənlik) mərhələsinə çatırlar.xa0

İnsan cəmiyyətində isə, bu nizama demək olar ki, rast gəlinmir. İnsanların böyük əksəriyyəti cahil və nadan olduqlarından özlərinə gələn ruzi ilə kifayətlənməyib, başqalarının da var-dövlətini mənimsəmək üçün onları əzməklə məşğuldurlar. Buna nail olduqdan sonra isə, əzən fərd özündən daha güclü fərd tərəfindən əzilir və bu proses dayanmadan davam edir... (Azərbaycan məhkəmələrində baxılan işləri izləsəniz bunu aydın görərsiniz.) Bu əzilmələr, sıradan çıxmalar məhz birgəyaşayış qaydalarına (həyatın qanunauyğunluqlarına) əməl etməməyin, gördüyümüzdən ibrət almamağın nəticəsidir.xa0

Narda ibrət alınası digər xa0məqam onun daxilində, təbəqələr arasında olan pərdələrdir. İnsanlar bundan ibrət götürüb cəmiyyətin müxtəlif təbəqələri arasında pərdələri qoruyub saxlamalıdırlar. xa0Təcrübə göstərir ki, narın daxilində çürümə ilk növbədə pərdədən başlayır: pərdə çürüyüb qurtardıqdan sonra dənələr (oxu: fərdlər) çürüməyə başlayır.
xa0
Məhz bu səbəbdən yaşadığımız cəmiyyətdə gedən çürümə prosesini narda gedən çürümə ilə müqayisə etdik. Təəssüflər olsun ki, bu gün aparılan məqsədyönlü siyasət nəticəsində yaşadığımız cəmiyyətdə pərdələr demək olar ki, götürülmüşdür. Pozğun həyat tərzi və açıq-saçıqlıq təbliğ edilərək insanların həyat normasına çevrilmişdir. Bu da cəmiyyətin mənəvi çöküşünə və Allahın qəzəbinə səbəb olmuşdur. Bu barədə Rəbbim Qurani-Kərimdə belə buyurur:xa0

“Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (və yaxud Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin dostları etdik.xa0
Onlar bu cür ədəbsizlik xa0etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir”x9d ,- deyirlər. De: “Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”x9d xa07:27-28xa0

Açıq-saçıqlığı tənqid etdiyimiz zaman elə bilməyin ki, biz bütün qadınların çadraya bürünüb evdə oturmalarını təbliğ edirik. Əsla yox! Təcrübə göstərir ki, çadraya bürünməmiş də qadın abır-həyasını, ismətini qoruya bələr. Sadəcə, ciddi və əxlaqlı qadınlar geyim tərzinə görə digər (küçə) qdınlarından fərqlənməlidirlər. Yəni, insan küçədə qarşısına çıxan qadının geyiminə baxarkən, onun əxlaqlı, yaxud, əxlaqsız (sahibli, yxud, sahibsiz) olduğunu sezməlidir. Allah da “Quran”x9dda bizlərə məhz bu mesajı verir. Belə ki, örtünməklə bağlı olan ayədə məhz belə buyrulur:

“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”x9d xa0“Quran”x9d, xa033:59

Bu ayə o vaxt nazil oldu ki, müharibədə əsir alınan və iman gətirməyən qadınlar vardı ki, onlar hüquqsuz olduğundan küçədə onlara sataşırdılar. Bəzən elə olurdu ki, cahil insanlar küçədə mömün (hüquqlu) qadına da sataşırdılar (onları cariyələrdən ayırd edə bilmədikləri üçün). Bütün bu yaramazlıqların baş verməməsi üçün yuxarıdakı ayə nazil xa0oldu ki, mömün (sahibli) qadınlar öz geyim tərzlərinə görə əsir alınmış (sahibsiz) qadınlardan fərqlənsinlər. Bu fərqlilik o vaxt ancaq baş örtüyü ilə ola bilərdi. Çünkü, o dövrün qadınları hamısı uzun libas geyinirdilər.xa0

İndiki dövrdə cəmiyyətimizdə əsir (cariyə) qadınlar olmasa da, küçə qadınları (yaxud bar qadınları) kimi qəbul edilən bir təbəqə mövcuddur ki, onlar öz açıq-saçıq geyimləri ilə diqqəti cəlb edirlər. Təssüflər olsun ki, cəmiyyətimizdə belə bir tendensiya müşahidə edilməkdədir ki, əxlaqlı (sahibli) qadınlar geyim tərzləri ilə onlarla (sahibsizlərlə) bəhəsə girirlər. Beləliklə də küçədə rastlaşdığımız qadınların hansının sahibli, hansının sahibsiz (bar qadını) olduğunu müəyyənləşdirmək bir çox hallarda çətinlik törədir. xa0Bu, Allahın qəzəbinə səbəb olan əlamətlərdəndir. Bunu aradan qaldırmaq istəyənlər yaxşı olar ki, başlarını bağlamırlarsa, heç olmasa küçə qadınlarından fərqlənən (intim yerləri görünməyən) paltar geyinsinlər.

Son dövrlər insanlarımızda müşahidə edilən neqativ əlamətlərdən biri də çoxluğun verdiyi sözə (vədə, əhdə) əməl etməməsidir. Yəni, insanlar etməyəcəkləri bir şeyi çox məsuliyyətsizcəsinə vəd edib, boyunlarına götürürlər. Sabah həmin əhdə (verdikləri sözə) əməl etməyərək çox böyük günaha yüklənirlər (!). Beləliklə, insanlarımızın böyük əksəriyyəti cahillikləri ucbatından öz-özlərini günaha yükləyirlər və Allahın qəzəbinə gətirirlər. Çünkü, vəd barəsində Allah xüsusi ayə göndərib və verdiyimiz sözə görə bizim sorğu-sual olunacağımızı bildirib:

“Əhdə vəfa edin. Çünki insan əhd barəsində (tək söz verdiyi adama deyil, həm də) Allah qarşısında xa0cavabdehdir”x9d. “Quran”x9d, 17:34
xa0
Təcrübə göstərir ki, hansı qövm yolun azarsa, pərdələri götürərsə ona müxtəlif bəlalarla yanaşı, həm də qəddar, insafsız başçılar qismət olar. Allah bu cür rəhbərlərin əliylə həmin milləti cəzalandırar. Həm də belə rəhbərlərin ayağıyla ölkədən xeyir-bərəkət çəkilər, yoxsulluq, səfalət, aclıq baş alıb gedər. Bunu dərk edən din böyükləri tövsiyyə etmişlər ki, əgər zalım bir rəhbərlə qarşılaşmısınızsa, xa0onu dəyişməyə çalışmaqdansa, çalışın özünüzü dəyişəsiniz. Çünkü, “Quran”x9dda buyrulduğu kimi, hakimiyyət Allaha məxsusdur və onu istədiyi vaxt (millətin layiq olduğu formada) dəyişməyə qadirdir. Deməli, yaxşı (insaflı, ədalətli) rəhbər arzulayan millət ilk növbədə öz əxlaqı və əməlləriylə buna layiq durumda olmalıdır!xa0

“Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar xa0orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar”x9d. “Quran”x9d, 10:123.

Müşahidələrimiz göstərir ki, millətimiz haqqı tələb etdiyi, bu yolda zindanlara düşdüyü halda, özü Haqqa boyun əymir ”“ bu və ya digər formada başqalarının haqqın tapdalayır (əziyyət verir). xa0Odur ki, bir neçə il qabaq qəzetlərin birində manşetə çıxardığımız fikri bir daha təkrar edirik: HAQQI TƏLƏB EDƏNLƏR ÖZLƏRİ HAQQA BOYUN ƏYMƏLİDİRLƏR!xa0
xa0
(ardı var)

Paşa Yaqub,
Yazıçı-psixoloq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin