Türk zabiti ruslara işləyən salyanlını necə cəzalandırdı...

Hazırda oxunan: Türk zabiti ruslara işləyən salyanlını necə cəzalandırdı...

139715

Məlum olduğu kimi, 1918-ci ildə yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti Osmanlı dövlətindən hərbi yardım göndərilməsi üçün müraciət ünvanlayıb. Hər iki dövlət arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq, Osmanlı hərbiyyə naziri Ənvər Paşanın əmri ilə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycanın ən çətin günündə qardaş köməyinə gəlib və heç zaman dillərdən düşməyəcək qəhrəmanlıq dastanı yazıblar.

Moderator.az Qafqaz İslam Ordusunun zabitlərinin Azərbaycandakı qəhrəmanlıqlarından bəhs edən yazılar təqdim edəcək.

I yazı

Qocaman əməkdar müəllim Mirzə Məhəmməd Zeynallının danışdıqlarından: “Salyandan qaçırdıq... Daşnaklar təhdid etmişdilər ki, Salyanı tutub viranəyə döndərəcəklər, bir nəfər müsəlman sağ qalmayacaq. Qaçırdıq. Yolda, Kür çayının qırağında bir dəstə türk əsgərinə rast gəldik, çay içirdilər, əl-üzlərini yuyur, bir-biriylə zarafatlaşırdılar. Ramazan paşanın qoşunundan idilər. Salyanlı bir ağsaqqal onlara dedi ki, siz burada zarafat edib gülürsüz, orda daşnaklar arvad-uşaqları qırmağa, şəhəri də, ətrafdakı kəndləri də yandırıb yerlə yeksan etməyə hazırlaşırlar. Çavuş dilləndi: “Bacarmazlar! Eləməzlər. Şimdi irəli koşub həpsinin anasını yapaceyik”x9d.

Düşdülər yola. Adamlar dallarınca baxa-baxa qaldı. İki gündən sonra xəbər gətirdilər ki, Ramazan paşa Salyandadır...

Başqa bir qəsəbəyə bir zabit, bir çavuş və beş nəfər türk əsgəri gəlir. Camaatı təngə gətirmiş, yaxın kənddə yaşayan çar dövrünün baş starjnikindən şikayət edirlər ki, adamları incidir, dükanlardan istədiyi şeyləri götürür, pul vermir, danışanı da döyür, tüfənglə hədələyir.

Türk zabiti soruşur: “Yahu, hırsız hərifin ismi nə?”x9d Ağsaqqallardan biri cavab verir ki, “Telli Hüseyn...”x9d Zabit təəccüblə xəbər alır: “Yahu, zina zadəmi?”x9d Ağsaqqal dinmir. Zabit onların sualı başa düşmədiyini anlayıb əlavə edir: “Haramzadəmi?”x9d Ağsaqqallar birdən “Bəli, bəli, haramzadə, özü də lap yamanından. Sən allah dərdimizə çarə elə”x9d.

Zabit deyir: “Pək iyi, nə zaman köyə varsa, bana haber edin, hırsızı yakalatdırıb cəzalandırarım. Bir girvənkə də bal gətirərsiniz!”x9d. xa0

“Ağa bir girvənkə balın mahiyyəti nədir ki, lap bir pud (16 kq) bal gətirərik”x9d - deyə ağsaqqal balın nə üçün istənildiyini başa düşmür.

Zabit onu sözünü qurtarmağa qoymur: “Bir girvənkə kafi. İzafəyə hacət yox. Haydı bakalım!”x9d

İki gündən sonra Telli Hüseyn gəlir, aşxanada oturur plov yeməyə. Bir nəfər özünü çatdırıb türk zabitinə xəbər verir ki, hərif qəsəbədədir. Zabit çavuşa tapşırır: “Yürü, pəzəvəng, hırsızı yakala!”x9d. Çavuş bazara tərəf gedəndə xəbər gətirən adam deyir: “Silahsız hara gedirsiz, onun tüfəngi var, qılıncı var...”x9d Çavuş əhəmiyyət vermir: “Fərq etməz, yavrum ”“ deyə əlavə edir, - sən tək yürü. Bənimlə bərabər görürsə, duyuq düşüb firar edər”x9d. Aşxanaya çatanda Telli Hüseyn naharı qurtarıb səkiyə çıxır. Çavuşa him edirlər. O da dal tərəfdən yaxınlaşıb, strajnikin əllərini qamarlayır, tüfəngli-şaşkalı yük təki qaldırıb yola düşür. Hərif ha əlləşir, ha vurnuxur, güc vurur, bir şey çıxmır. Tərkisilah edib salırlar tövləyə. Zabit üç gündən sonra meydanda adamboyu bir dirək basdırtdırıb altına bir qutu qoydurur. Telli Hüseyni gətirdib oturdurlar qutunun üstündə. Zabit ağsaqqallara əmr edir: “Yahu, bir bərbər səsləyin!”x9d Dəllək çağırırlar. Hüseynin başını, saqqalını ülgüclə qırxdırırlar, qurşağa qədər soyundururlar. Kəndirlə qolllarını, əllərini və ayaqlarını kənara, özünü dirəyə bənd edirlər.

Çavuş başlayır qabdakı balı Telli Hüseynin belindən yuxarı, bədəninə, başına, boynuna, üzünə, qollarına sürtməyə, elə bil suvaq çəkir. Özləri gedib kölgədə, çinar ağacının altında oturub başlayırlar nahar edib, çay içməyə.

Ətrafda nə qədər cücü, arı, mığmığa, milçək, it arısı, eşşək arısı varsa, hamısı bal iyinə axışıb gəlir, daraşırlar Telli Hüseynin canına. Çox keçmir başlayır üzü, başı, qolları, kürəyi, sinəsi, qarnı, bir sözlə qurşaqdan yuxarı bütün əzaları şişməyə. Gözləri görünmür, burun pərdələrindən, dodaqlarından qan sızılır. Axşam düşəndə kəndə adam göndərib araba gətizdirirlər, yarımcan Telli Hüseyni saman üstünə uzadıb yola salırlar”x9d.


Hazırladı: Rumiyyə

İstifadə olunmuş ədəbiyyat:

Manaf Süleymanov: “Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim”x9dxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin