"Məhəmməd Peyğəmbər İstanbulun alınması üçün bir neçə dəfə elçi göndərmişdi..."

Hazırda oxunan: "Məhəmməd Peyğəmbər İstanbulun alınması üçün bir neçə dəfə elçi göndərmişdi..."

139107
Tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Saleh Məmmədov Moderator.az-da getmiş "İstanbulu Fateh Məhmədlə birgə fəth edən azərbaycanlı kimdir" yazısına (Həmin yazını bu linkdən oxumaq olar---moderator.az/news/138856.html) görə müəllifə və saytımıza təşəkkür edib, elmi ictimaiyyətə ilginc təklifdə bulunub: 

"Çox əhəmiyyətli və vacib tədqiqatdı, müəllifi Elmin bəyə və Moderator.az-ın redaksiya heyyətinə təşəkkür edirəm. 

Hələ 20 il əvvəl mətbuatda tarix boyunca dünya düzəninin qurulmasında iştirak edən həmvətənlərimizin, o cümlədən Ağ Şəmsəddinin irsinin öyrənilməsinin vacibliyini qeyd etmişdim. Belə həmvətənlərimiz çoxdu. 
Ağ Şəmsəddin Cənubi Azərbaycan kökənlidi, böyük alim, həkim, ictimai xadim olmuşdur, böyük əsərlərin, xüsusilə tibb üzrə 3 böyük əsərin müəllifidi. Mikrobu birinci o kəşf etmişdi, sadəcə yayılmadığına görə Pasterin adı ilə bağlanmışdı. Amma tarixçilərin verdiyi məlumata görə Pasterin onun əsərləri ilə tanış olduğu isbat olunur. Ağ Şəmsəddin Sultan Mehmet Fatihin yetişdirilməsində və İstanbulun fəthində böyük rolu olmuşdu. Məhəmməd Peyğəmbər İstanbulun - o vaxt Konstantinopol, alınması üçün bir neçə dəfə elçi göndərmiş, amma şəhər alınmamışdı, amma vəsiyyət etmişdi ki, bu şəhər müsəlmanlara aid olmalıdı. Ağ Şəmsəddinin ən böyük xidməti məhz bu vəsiyyətin sultana çatdırılması böyük mənəvi güc olmuşdur. Ümumiyyətlə, Aleksandr Makedonskinin yetişdirilməsində Aristotelin nə qədər böyük rolu rolu olmuşdursa, bir o qədər də M. Fatihin yetişdirilməsində və birbaşa İstanbulun fəthində Ağ Şəmsəddinin rolu olmuşdur.
Yenə də təkrar etmək istəyirəm ki, Ağ Şəmsəddinin irsinin öyrənilməsi üzrə işlər görməliyik, ATU, BDU, ADPU kimi universitetlərdə bu məsələ üzrə tədqiqat komissiyası yaradılması, elmi tədqiqat işi aparılması, elmi konfransın keçirilməsi və s. tədbirlər görülməsi məqsədəuyğun olardı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin