Jurnalistlərdən tarixi binaların sökülməsinə ikili münasibət...

Hazırda oxunan: Jurnalistlərdən tarixi binaların sökülməsinə ikili münasibət...

139096
Bakıda qədimliyi, tarixiliyi, göz oxşayan, əsrlərin xatirələrini özündə saxlayan küçələr, məhəllələr, tikililər. Hansı ki, o ərazi həmin adla tanınıb, məşhurlaşıb, yaddaşlarda iz qoyub. Bunlara misal olaraq “Sovetski”x9dadlanan yeri göstərmək olar.

Moderator.az hazırda sökülməkdə olan bu tarixi ərazi və oradakı qədim tikililərin dağıdılması ilə bağlı media əhlinin münasibətini öyrənib:xa0

Əziz Qaraşoğlu (jurnalist)xa0



“Şəhərimizin abadlaşması baxımından “Sovetskinin”x9d sökülməsinə yaxşı baxıram. Amma o ərazidə olan tarixi binaların sökülməsi yaxşı hal deyil. Tarixi binaları dünyanın hər yerində qoruyurlar. O baxımdan gərək biz də əsrlərlə yaşı olan abidələrimizi qoruyaq. O ərazidə olan tarixi əhəmiyyətli binaların sökülməsini yaxşı hal hesab etmirəm. O binaları saxlamaq və restavrasiya edərək qorumaq lazımdır”x9d.xa0

Aqşin Kazımoğlu, (Lider tv-nin əməkdaşı)xa0

“Baxır hansı binalar sökülür. Əgər tarixi əhəmiyyətli binalardırsa onlara qulluq edilməli qorunmalıdır . Yaşayış binalarının sökülməsinə yaxşı baxıram. Çünki, yaşayış üçün yararsızdır, elə İçərişəhərdə də vəziyyət eynidir: orada kirayə qalıram bütün divar nəm çəkir”x9d.xa0

Aqil Lətifov, (Publika.az saytının redaktoru)xa0

“Tarixi əhəmiyyət kəsb edən tikililərin sökülməsinin qəti əleyhinəyəm. Keçmişini bilməyən xalq gələcəyə doğru inamla addımlaya bilməz. Tarixi binalar da keçmişimizin bir hissəsi, əcdadlarımızın bizə mirasıdır. Amma təəssüf ki, biz öz tariximizə, babalarımızın mirasına heç də hər zaman diqqətlə yanaşmır, əksinə bir çox hallarda öz keçmişimizə qarşı laqeydlik nümayiş etdiririk. Bunun dəfələrlə şahidi olmuşuq. Məsələn, Qız qalasının, Qala divarlarının yeni tikililərlə əhatə olunması, başqa sözlə, onların müasir binaların kölgəsində qalması. Bu, hər kəsin gözü qarşısında olan bir utandırıcı haldır. Hətta zaman-zaman tarixi abidələrin tamamilə sökülərək yerində yeni, daha çox qazanc gətirəcək binaların tikintisinin şahidi olmuşuq. Əfsuslar olsun ki, bəzi “işbazlar”x9d öz maraqları, qazancları hesabına min illər boyu formalaşmış tariximizi bir qələmdə silib atmaqdan belə çəkinmirlər. Üzücü məqam isə, bəzi dövlət qurumlarının bu “işbazların”x9d əməllərini göz yumması və yaxud da buna məcbur olmasıdır. Son belə hadisələrə isə “Sovetski”x9d ərazisində şahidlik etdik. Düzdür, orada yaşı çox olsa da tarixi əhəmiyyət kəsb etməyən kifayət qədər bina var. Və kimsə onların sökülməsinə bir söz demir. Lakin eyni zamanda həmin ərazidə tarixi abidə statusunu daşıyan nadir binalar da yetərincədir ki, onların da sökülməsi qəti yolverilməzdir. Yəni oradakı tikililərin ucdantutma sökmək doğru addım deyil. Çünki onlar bizim tariximizdir. Heç bir maraq, məqsəd isə xalqın tarixini bir anda məhv etməkdən üstün ola bilməz. Könül istərdi ki, biz öz tariximizi bütün maraqlardan üstün tutaq, keçmişimizi göz bəbəyimiz kimi qoruyaq. Tariximizə biz sahib çıxmalıyıq. Rus, erməni, ispan gəlib bunu etməyəcək”x9d. “Təbii ki, mən müasirliyin, abadlaşmanın əleyhinə deyiləm. Lakin abadlıq işləri tarixi binaların dağıdılması hesabına həyata keçirilməməlidir. Bütün bu işlər son dərəcə diqqətlə həyata keçirilməli, abadlıq işləri tarixi abidələrimizə ziyan vurulmadan həyata keçirilməlidir”x9d.xa0


Seyfəddin Huseyinli (“525-ci qəzet”x9din redaktoru)xa0

Çox yaxşı baxıram. Şəhər gözəlləşir. Bunlar müsbət haldır.xa0

Rumiyyə Miraslan (Moderator.az saytının əməkdaşı)xa0

“Tarixi binaların sökülməsinə çox pis baxıram. Tariximizi sökmək keçmişimizi, kimliyimizi məhv etməkdir. Keçmişi olmayan bir xalqın gələcəyi heç də aydın görünməz. Parlaq gələcək üçün öncə keçmişimizə sahib çıxmağı bacarmalıyıq. İndi sökülən və söküləcək elə binalar var ki, o binalar millətimizin qan yaddaşına şahidlik ediblər. Milli məfkurəmizin dəyərli nümayəndələri həmin binalarda yaşayıb yaradıblar. Tarixi binaların sökülməsinə dövlət səviyyəsində mane olunmalıdır. Bu işə “dur”x9d deyilməlidir. Həmin binaları saxlayıb restavrasiya edə bilərlər və yenidən istifadəyə verə bilərlər. Demirəm ki, mütləq yaşayış üçün, muzey, tarixi obyekt kimi istifadə oluna bilər. Bu binaların saxlanılmasının həm də ölkəmizdə turizmin inkisafi üçün faydası var. Uzağa getməyək heç, qonşu Gürcüstana baxaq. İstənilən mövsümdə turist qaynayır şəhərdə. Nəyə görə? Ona görə ki, qədimlik, ululuq var Tiflisdə. İndi Avropa, Amerika insanı belə göydələnlər istəmir, tarix görmək istəyir. Yenə də deyirəm, zaman gələcək biz kimsəyə Odlar yurdu, ulu, qədim ölkə olduğumuzu sübut edə bilməyəcəyik. çünki sübutları məhv edirik.xa0

Kəmalə Yusifli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin