Mendeleyev cədvəli ilə "Quran"ın düzülüşü eyni pirinsipə malik imiş -KƏŞF

Hazırda oxunan: Mendeleyev cədvəli ilə "Quran"ın düzülüşü eyni pirinsipə malik imiş -KƏŞF

138873

"...Rəbbim hər şeyi elmlə ehtiva etmişdir" xa0Quran, 6:80.

“Quran”x9d bütün kainatı özündə əks etdirən səmavi kitabdır. Kainat isə, kimyəvi elementlərin birləşməsindən yaranmışdır. Maraqlıdır ki, müqəddəs kitabda surələrin düzülüşü ilə, kimyəvi elementlərin dövri sistemdəki düzülüşü arasında məntiqi bir uyğunluq vardır.

Araşdırmalarımız göstərir ki, həm “Quran”x9dın, həm də dövri cədvəlin düzülüşü böyük fəlsəfi əhəmiyyətə malikdir. Onların hər ikisi dialektik materializmin qanunlarını - sadədən mürəkkəbə, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi, əksliklərin vəhdəti və mübarizəsi qanunlarını özündə əks etdirir.

Belə ki, Quranın əvvəlki surələri nə qədər mülayimdirsə, sıra nömrələri artdıqca, surələr sərtləşməyə doğru gedir. Bu da sadədən mürəkkəbə və kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi qanunu ilə uyğunluq təşkil edir.

Dövri sistemdə bu hal dövrlərdə nömrələr artdıqca, metallıq xassəsinin azalıb, qeyri-metallıq xassəsinin artması ilə özünü göstərir.xa0

Bundan başqa, surələr ikili xassə nümayiş etdirirlər. Yəni, onlar həm müsbət, həm də mənfi yüklə (vəhylə) yüklənmişlər ki, bu da dialektikanın əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə uzlaşır.xa0

Mendeleyev cədvəlində bu hal eyni elementin ikili xa0(həm mənfi, həm də müsbət) xassəyə malik olması ilə özünü göstərir.

Yeri gəlmişkən qeyd edim ki, ikili xassəyə malik olma insanda da özünü biruzə verir. Belə ki, qarşılaşdığı fərddən (oxu: elementdən) aslı olaraq, insan (kimyəvi elementlər kimi) gah müsbət, gah da mənfi xassə nümayiş etdirir.


Bütün bu sadaladığım faktlar aydın göstərir ki, dialektikanın qanunları “Quran”x9dı və Allahı inkar etmək üçün ortaya atılsa da, əslində onları təsdiq edir. Bu da Rəbbimin bir hikmətidir.

Elmi-lədun hesablamalarımız göstərir ki, “Quran”x9dın surələrinin düzülüşü ilə dövrü cədvəldə elementlərin düzülüşü mahiyyətcə biri-birini tamamladığı kimi, riyazi cəhətdən də bağlanırlar.

xa0Məsələn, “Quran”x9dın 24-cü surəsi olan “Nur”x9d surəsinin mahiyyəti nurlanmadan (işiqlanmadan) bəhs edir. Mendeleyev cədvəlində isə, eyni xanada (24) yerləşən Xrom oksidləşərkən (Xrom 3 oksid) cilalayıcı (!) qurupa aid edilir və yaşıl rəngə (nur rənginə) çalır.xa0
Dövrü cədvəldə 24 ədədinə bağlı olan elementlərdən biri də Maqneziumdur. Atom kütləsi 24 olan bu elementdən işıqlandırıcı (oxu: nurlandırıcı) və yandırıcı raketlərin hazırlanmasında, həmçinin fotoqrafiya işində işıq (oxu: nur) mənbəyi kimi istifadə olunur.xa0
Göründüyü kimi, həm “Nur”x9d surəsi, həm Xrom, həm də Maqnezium elementləri hər üçü mahiyyətcə xa0işıqlanmaya (nurlanmaya) xidmət etdikləri kimi, onlar arasında digər riyazi bağlılıq da vardır. Belə ki, “Nur”x9d surəsinin ayələrinin cəmi olan 64 ədədindən Xromun atom kütləsini (52) çıxsaq, alınan 12 ədədi Maqneziumun sıra nömrəsini göstərir və onlar arasındakı əlaqəni bir daha təsdiq edir:

64 ”“ 52 = 12

“And olsun ki, Biz Quranı ibrət almaq xa0üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!”x9d “Quran”x9d, “Ay”x9d surəsi, 32.

Məlumdur ki, müqəddəs kitabda “Dəmir”x9d surəsi də vardır və burada Dəmir elementindən bəhs edərək buyrulur:

“ Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik ...”x9d. “Dəmir”x9d surəsi, 25-ci ayə.

“Dəmir”x9d surəsi ilə dövrü cədvəldəki xa0Dəmir elementi arasında olan riyazi əlaqəyə birlikdə nəzər salaq. Belə ki, Dəmirin atom kütləsi olan 55 ədədindən onun sıra nömrəsini (26) çıxsaq, alınan 29 ədədi “Dəmir”x9d surəsinin ayələrinin cəmini göstərir:xa0

55 ”“ 26 = 29

Yaxud, Allah-təalanın Öz adına olan “Rəhimli Allah”x9d (55) surəsi ilə, Mendeleyev cədvəlinin 55-ci xanasında yerləşən Sezium elementi arasında olan riyazi əlaqəyə nəzər salaq:xa0
Seziumun nisbi atom kütləsi olan 133 ədədindən sıra nömrəsini (55) çıxsaq, alınan 78 ədədi “Rəhimli Allah”x9d surəsinin ayələrinin cəmini göstərir və bütün bu elmlərin Allahın nəzarətində olduğunu sübut edir:xa0

133 ”“ 55 = 78

Moderator.az-dakı keçən yazımda 13-cü (“Göy gurultusu”x9d) surəni şərh edərək, bunun bir enerji prosesi olduğunu və energetika (!) sənayesinin özəyini təşkil edən Alminium elementinin də 13-cü xanada yerləşməsinin təsadüf olmadığnı çoxsaylı hesablamalarla təqdim etmişdim (bax: http://www.moderator.az/news/132245.htmlxa0)

Quranın 16-cı surəsi "Bal arısı" adlanır. Qeyd edim ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, Rəbbim onun adına olan surəni də bu ədədlə nömrələnməsinə qərar vermişdir. Bal - xa0arının gülə olan məhəbbətindən yarandığından, həm qərbdə, həm də şərqdə MƏHƏBBƏT rəmzi sayılır. Bu baxımdan 16 rəqəmi də Quranda məhəbbət rəmzi sayılır.

Bu hikmət özünü Mendeleyev cədvəlində də biruzə verir. Belə ki, məhəbbət yandırıcı hiss olduğundan, bu hiss "yanmaq", "alovlanmaq" sözü ilə ifadə olunur. Maraqlıdır ki, yandırıcı element olan Kükürd də kimyəvi elementlərin dövri sistemində 16-cı (!) xanada yerləşir.
İnsan cəmiyyətindəki məhəbbətdə iki tərəf iştirak edir. Biri olmasa, o biri "yanmaz". Deməli məhəbbətin yaranması üçün mütləq iki "16" lazımdır.
Kimya elmində də eynən belədir: 16-cı element olan Kükürd təklikdə yanmır. Onun yanması üçün mütləq Oksigen lazımdır. Burada diqqət çəkən ən maraqlı məqam odur ki, Oksigenin də atom kütləsi 16-dır ki, bu da məhəbbət rəmzidir.xa0

"Biz hər şeyi sayıb yazmışıq". xa0“Quran”x9d, 78:29.xa0

Məhəbbət insana yaşamaq həvəsi, enerji verdiyi kimi, Kükürdün oksidləşməsindən yaranan Sulfat turşusu da məişətimizə enerji mənbəyi (akkumlyator) kimi daxil olub. Maraqlıdır ki, bu birləşmədə Kükürdün elektronları 2 - 8 - 6 formasında yerləşir ki, bunları da bütöv oxuduqda “Quran”x9dın səhifələrinə (286) işarədir (“Quran”x9dın 286 səhifədən ibarət olması barədə əvvəlki yazılarımda bəhs etmişəm). xa0

Enerji mənbəyi olan Sulfat turşusunun elektronlarını cəmləsək:xa0

2 + 8 + 6 = 16

xa0Alınan 16 ədədi yenə də insana enerji verən məhəbbətin xa0rəmzini göstərir.xa0
Buradan aydın olur ki, “Quran”x9d əslində insanlara məhəbbət aşılayır.

"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi, məhəbbət və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!" Quran, 30:21.

Arının gülə olan məhəbbətindən BAL yarandığı kimi, insanların da məhəbbətinin nəticəsində BALa yaranır və hər ikisi şirindir. "Bala baldan şirindir" məsəli də bu hikmətdən qaynaqlanır.
xa0Rəbbim bal arısını həm də insanlara ailə, ordu və dövlət qurub, idarə etmək üçün gözəl bir nümunə yaradıb.

Yeri gəlmişkən qeyd edim ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu ylda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir.
Qeyd edim ki, Rəbbim elmi (və imanı) çox olan bəndəsini digərlərindən daha çox sevir. Bunu Loğman Peyğəmbərin simasında aydın görmək olur. Belə ki, Allah-təala kitab verdiyi bir çox peyğəmbərlərin adına Quranda surə göndərməsə də, ancaq təbabət elmi bəxş etdiyi bəndəsi Loğmanın (Salam olsun!) adına 31-ci surəni göndərdi. (31 ədədinin hikmətlərindən sonra bəhs edəcəm.) Bu fakt Rəbbimin elm adamlarına olan məhəbbətinin təzahürüdür.

xa0Bir vacib məqamı da diqqətinizə çatdırım ki, məhəbbət hissi insanın ürəyində deyil, ağ ciyərində yerləşir. Bu səbəbdən də güclü sevən və yaxud sevdiyi şəxsi itirən insanın adətən sinəsi göynəyir.
xa0Hamınıza bol-bol sevgi məhəbbət, həyat eşqi arzulayıram. Çünkü Rəbbim buyurur:xa0

"SİZ BİRİ-BİRİNİZİ SEVİN Kİ, MƏN DƏ SİZİ SEVİM".xa0

Söz ardı: elmi-lədunla məşğul olmağa başlayarkən, elementlərin dövri cədvəlinin kəşf olunma tarixini də araşdırdım. Kimya elmindən bəhs edən ədəbiyyatlarda göstərilir ki, Mendeleyevdən qabaq yaşamış bir çox görkəmli alimlər bu cədvəli tərtib etməyə çalışsalar da nəticə əldə edə bilməmişlər. xa0Mendeleyev də öz dövründə kimya elminə böyük tövhə verəcək bu cədvəlin üzərində uzun müddət xa0fikirləşmişdir. Nəhayət, o, Bakıda (!) Nobel qardaşlarının neft laboratoriyasında çalışarkən yuxuda bu cədvəl ona göstərilmişdir (vəhy yolu ilə beyninə həkk olunmuşdur). Səhər oyananda yuxuda gördüyü cədvəli olduğu kimi kağıza köçürmüşdür. Ancaq cədvəldəki bəzi sirli suallara cavb verə bilməmişdir.xa0
Maraqlıdır ki, cədvəldəki sirlər və elmentlərin düzülüşünün “Quran”x9dın düzülüşü ilə eyni prinsipə malik olması da bu sətirlərin müəllifinə Bakıda (!), həm də yuxuda olarək (Mendeleyevə öyrədilən kimi) öyrədilmişdir.xa0

"...Şübhəsiz ki, Yaqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bunu bilməz!" "Yusif" surəsi, 68.

Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin