Küçələrdə dörd ayaqlı dostları ilə dolaşan bir çox insan görürük. Bəzən bu insanlarla itlərinin arasında bir sıra oxşarlıqlar gözümüzə çarpır. Məhz bu oxşarlıqlardan əsaslanaraq aparılan araşdırmalar göstərib ki, insanlar həqiqətən özlərinə bənzəyən itlərə sahib olmağa daha meyllidir. Məsələ olduqca ətraflı araşdırılıb və bu oxşarlıqların hər insanda eyni olub olmadığına diqqət edilib. Məhz insanların özlərinə bənzətdikləri itləri daha yaxın hiss etmələrinin səbəbləri və bir-birinə bənzəyən itlərlə insanlar araşdırılıb.
Parklarda tez-tez yürüşə çıxan birisinizsə, insanların yanlarında gəzdirdikləri itlərlə oxşarlıqları olduğunu yəqin ki, hiss etmisiniz.
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, University of Kaliforniya Universitetində çalışan Maykl Roy adlı psixoloq bu məsələ üzərində bir təcrübə aparmaq qərarına gəlib. Bunun üçün yaxınlıqdakı 3 fərqli it parkına gedib və parkdakı insanlarla itlərinin ayrı-ayrılıqda fotolarını çəkib.
Günel Ələsgərova












































































































