İran şahını heyrətləndirən, quşa musiqi dərsi verən muğam ustası ”“ARAŞDIRMA

Hazırda oxunan: İran şahını heyrətləndirən, quşa musiqi dərsi verən muğam ustası ”“ARAŞDIRMA

133724

Şuşalı Əsəd kişi oğlu Sadığı məşhur xanəndə Xarrat Qulunun yanına gətirəndə düşünürdü ki, onun da oğlu bu cür məlahətli ifaçı kimi yetişəcək. Xarrat Qulu da buna çox inanırdı. Amma kasıb şuşalı balası Sadığın bəxti səsdə gətirmir. 18 yaşı olan zaman səsi batır. Amma ruhdan düşmür, bir müddət ney və tütək dərsləri alır, daha sonra isə bütün meylini tara salır.

O zaman nə Xarrat Qulu, nə başqaları, nə də özü belə bilmirdi ki, vaxt gələcək, həmin bu gənc oğlan “Azərbaycan tarının atası”x9d ləqəbini daşıyacaq, Azərbaycan tarını İran tarından  ayıracaq və ilk dəfə olaraq tarı ayaqların üstündə yox, sinədə çalacaq.

Beləliklə, Moderator.az saytı “Bir əfsanəydi”x9d layihəsində məşhur tarzən, muğam ustası Sadıqcandan haqqında  yazını təqdim edir.

 İran şahının heyrəti

Gənc ifaçı o zaman hələ Sadıqcan deyil, Sadıq idi. Amma yenə də tar müəllimi Məşədi Ələsgərin  özü ona qibtə edirdi. Bütün Qarabağda məşhur olan tarzən Ələsgər heç utanmadan deyirdi ki, kaş mənim bütün var dövlətim Sadığda olaydı, Sadığın barmaqları da məndə...

Daha sonra gənc Sadıq bütün Qarabağın tanıdığı Sadıqcan oldu. XVIII əsrdən üzü bəri Şərqdə musiqiçilər arasında qəribə bir adət yaranmışdı. İfasına və səsinə görə tam fərqli məlahətə malik olan şəxsə “can”x9d təxəllüsünü əlavə edirdilər. Azərbaycanda cəmi iki şəxsə bu fəxri sonluq verildi. Onlardan biri Bülbülcan (Xanəndə Əbdülbaqi), o biri isə Sadıqcan.

Sadıqcanın şanı Qarabağ sərhədlərini aşaraq İrana gedib çıxır. İran şahı Nəsirrəddin şah öz oğlu şahzadə Müzəffərriddinin toyuna Qarabağın bir neçə xanəndəsi ilə birlikdə Sadıqcanı da dəvət edir. Tarzənin o toyda göstərdiyi məharət hamını təəccübləndirir. Bəzi muğamlardan parçaları solo ifa edən Sadıqcan şahın özünü də təəccübləndirir. Nəsirrəddin şah ona “Şuri-Xurşid”x9d qızıl medalını verir ki, bu da İranın ən ali mükafatı hesab edilirdi.

Həmin toyda maraqlı bir hadisə də olub. Təbrizli tarzənlərdən biri onu yarışa çağırır. Sadıqcan da yarışa adi vəziyyətdə yox, tarın bütün pərdələrini qırdıqdan sonra başlayır. Bunu görən o biri tarzən yarışmaqdan imtina edir və Sadıqcanın əlini öpür.

Seyid Əzimin Sadıqcanın pişvazına getməsi

Sadıqcanın olduğu toylara, məclislərə gedənlər deyirdilər ki, o, çox vaxt mizrabdan istifadə etmirdi. Onun son qolunda o qədər güc var ki, tarı dilləndirməyə bəs edirdi. O, tarda sonradan yaxşı mənada çox dəyişiklik etdi. Hamı təəccüblənirdi ki, tardan indiyə qədər eşidilməyən avazlar nevə oldu ki, Sadıqcanın barmaqlarında dilləndi.  O, tarda artıq pərdələri kəsib ataraq yalnız 17 pərdə saxlayır. Amma tarın kəlləsinə yaxın olan yerdə əlavə pərdə salaraq “lal barmaq”x9d termini yaradır. Tara  6 sim əlavə edir. Bütün bunların hamısı gözəl melodiya üçün vacib şərt idi.

Sadıqcanın şöhrəti artdığı bir məqamda Şirvanda yaşayan Mahmud ağa onun öz məclislərinə dəvət etmək istəyir. Bunun üçün öz tarzəni Hümayiyə də tapşırır ki, Qarabağa gedib Sadıqcanı bura gətirsin. Sadıqcan əvvəlcə getmək istəmirmiş, amma Hümayinin çox xahiş-minnətindən sonra Şirvana yol alır. Onu mülkündə görən Mahmud ağa çox sevinir və Sadıqcana bahalı hədiyyələr bağışlayır. Həmçinin belə gözəl sənətkarı Şirvana gətirdiyi üçün Hümayini də mükafatlandırır. Amma Sadıqcanın  hesabına mükafat alan Hümayi onun şöhrətinin kölgəsində qaldığını görüb Şirvani tərk edir. Şuşaya çatar-çatmaz həm Mahmud ağa, həm də Sadıqcanın ünvanına həcvlər yazır.  Günlərin bir günü ata yurdu Şuşaya gələn Sadıqcan bu həcvlər barəsində eşidib pərt olur və bir daha Şirvana qayıtmır. Bu Mahmud ağaya pis təsir edir. Çıxış yolu kimi Sadıqcanın çox hörmət etdiyi Şirvan şairi Seyid Əzim Şirvanini onun pişvazına yollayır. Sadıqcan isə əvəzində Şirvaniyə həcvləri göstərir. Bundan qəzəblənən Seyid Əzim Hümayiyə cavab olaraq 50 bındlik həcv yazır ki, o həcvin yarısı ağır təhqirlərə dolu olur.

Lakin Sadıqcanın Şuşada qalmasının tək səbəbkarı o həvclər deyildi. İkinci səbəb isə Şuşadakı Xan qızı Natəvan idi. Xan qızı öz məclislərində , “Məclisi-üns”x9dün şeir axşamlarında Sadıqcanı görmək istəyirdi. Ona görə də tarzəni Şirvana çağıran Mahmud ağaya çox əsəbləşirdi. Onların arasında Sadıqcana görə ağır ittiham məzmunlu məktublaşmalar olub.

 

Qaratoyuğa muğamın öyrədilməsi

Tədqiqatçı Aslan Kənanın tərtib etdiyi, görkəmli musiqişünas Firudin  Şuşinksiyə aid olan “Azərbaycan musiqi xəzinəsi”x9d toplusunda Sadıqcan haqqında maraqı bir fakt qeyd olunur. Deyilənə görə, o tarı elə çalarmış ki, quşlar belə onunla birgə ifa edərmiş. Hətta dövrün 4 böyük ziyalısı ”“ Süleyman Mansurov, Müseyib Daşdəmirov, şuşalı Xan İsmayıl və Məhəmməd Müctəhidzadə öz xatirələrində Sadıqcanın qaratoyuq quşuna yüngül təsnif və mahnı öyrətdiyini qeyd ediblər. Məşhur tarzən Qurban Pirimov bu barədə yazıb: ”x9dBir gün Sadıq məndən xahiş etdi ki, onun üçün Gülbalıdan bir bülbül gətirim. Mən də bir bülbül və bir qaratoyuq apardım. Bir gün gəlib gördüm ki, o qaratoyuğun qabağına güzgü qoyub, öz isə kənarda durub tar çalır. O, tarda qaratoyuğun çöldə oxuduğu nəğməyə bənzəyən nəsə çaldı. Bu dəm güzgüdə özünü görən qaratoyuq tarın ritmi ilə oxumağa başladı. Mən təəccübümdən donub qaldım”x9d. 

 

 Elmin Nuri

 

Qeyd: Dövlət səviyyəsində bu il 160 illik yubileyi keçiriləcək məşhur tarzən Sadıqcan haqqındakı yazıda Firudin Şuşinksinin “Azərbaycan musiqi xəzinəsi”x9d (tərtibçi Aslan Kənan) və “Azərbaycan xalq musiqiçiləri”x9d, həmçinin Ağalar bəy Əliverdibəyovun “Rəsmli musiqi tarixi”x9d kitablarındakı faktlardan  istifadə edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin