“Sahiblərin”x9d hamısı qalaq-qalaq faktlarla gəlib “mərhum”x9dun cənazəsi üstünə...

Hazırda oxunan: “Sahiblərin”x9d hamısı qalaq-qalaq faktlarla gəlib “mərhum”x9dun cənazəsi üstünə...

133472
“Zülmət məhvə məhkumdur”x9d
(“Avesta”x9ddan)

Yer üzünə adamlar gəlib, səssiz-soraqsız gediblər Yer üzündən. Yer üzündə qəbilələr, şəcərələr, tayfalar, xalqlar məskunlaşıblar- həmin xalqlar, tayfalar, şəcərələr, qəbilələr məhvə məhkum olunublar Yer üzündə. Yer üzündə adamlara və xalqlara bənzəyən dillər də olub-mənsub olduqları adamlarla və xalqlarla birgə heçliyə qovuşublar o dillər. Biz bu yerdə qəsdən “tarixə qovuşublar”x9d ifadəsini işlətmirik. Çünki tarix mücərrədlikdən uzaq, konkret məfhumdur. Tarix üzü və astarı məlum olan faktlar, o faktların söykəndiyi zaman (dünən və indi) deməkdir. Ölü dillər və ölü xalqlar tarix və zaman keşməkeşindən uzaqdır. Onların üstünə pərdə çəlilib, həm də tül yox, daş və torpaqdan yoğrulmuş, dəmir və poladdan yapılmış pərdə çəkilib. Bu pərdəni götürmək-çətindir; bəlkə də heç mümkün deyildir. Axı, “ölü”x9d anlayışının özü çox şeyi, bəlkə də hər şeyi ifadə edir. Çünki xalq yoxsa, onun dili də yoxdur. Dil yoxsa onun daşıyıcısı da yoxdur. Bu, məsələnin bir tərəfidir. Vay o gündən ki, xalq da, dil də yaşarı olsun ”“ ona mənsub olan abidə, əsər “dəfn olunsun”x9d. Bəs necə? Ölülər həmişə torpağa gömülür. Şahidsiz məhv edilən, səssiz-sözsüz, ünvansız qətlə yetirilən, izi itirilən üçün kim yas saxlamalıdır? Ya onunla maraqlananlar tapılmaz, ya da onun “sahibləri”x9d çoxalır. Görünür “itkilərin”x9d taleyi həmişə belə olmuşdur.

“Avesta”x9d məhz bu cür taleyi olan bir əsərdir. O, ölümə məhkum olub təzədən tarixə boy verəndə (yeni zəmində, yeni dildə) öz ilk ünvanına yetə bilməyib. Zaman keçdikdən sonra isə onun “şərikləri”x9d, “ortaqları”x9d, “yiyələri”x9d çoxalıb. “Sahiblərin”x9d hamısı qalaq-qalaq faktlarla gəlib “mərhumun”x9d cənazəsi üstünə. Hamısının da əlində tutarlı dəlillər, təkzibolunmaz sübutlar. Üstündə “doğum tarixi”x9d yazılmış faktlar, ünvanlı-ünvansız “şəhadətnamələr”x9d min illərin daş yuxusunu diksindirib perik salıb.
Və beləliklə “Avesta”x9dnın ikinci qətldən sonrakı əsrarlı, ölümlü (bəlkə də ölümsüz?) ömrü başlayıb.
Məlumdur ki, əsərin orijinalı məhv edilmişdir. Ona görə də “Avesta”x9d ilə bağlı yaranan bütün mübahisələr, sonralar haradasa dibsiz bir uçuruma, sonsuzluğa calanıb. Qızışan söz-söhbətlərin istiqaməti ən müxtəlif xa0“ünvansız”x9d ünvanlara yönəlib.

Abidənin orijinalı haqda söz söyləmək çətin, çətin olduğu qədər də məsuliyyətli məsələdir. Həm də söhbət maddi yox, mənəvi abidədən gedir. Biz bu ifadəni təsadüfən işlətmirik. Müasir dövrün nəhəng elmi-texniki kəşfləri müxtəlif şüa və dalğalar vasitəsilə min illərə məxsus əşyayi-dəlillərin, əntiq predmetlərin, bir sözlə, maddi-mədəniyyət abidələrinin yaşını dəqiqliyi ilə müəyyənləşdirməyə imkan verir. Lakin mənəvi mədəniyyət abidələrinin sirlərini texniki vasitələrlə aşkarlamaq qeyri-mümkündür. Burada yalnız insan yaddaşı (əlbəttə, silsiləvi, zəncirvari şəkildə), zehni nüfuzetmə, əsrləri adlayıb keçə bilən fəhm “şüaları”x9d kara gələ bilər. Şübhəsiz ki, həmin “bərpaetmə”x9d prosesində tarixi-müqayisəli metodun yardımı da əvəzsizdir. Biz “Avesta”x9d ilə bağlı olan bir çox faktları nəzərdən keçirdikdən sonra müəyyən mülahizələr söyləmək istəsək də abidənin dili haqqında son söz söyləmək iddiasından çox uzağıq. Bu, güman ki, qeyri-mümkündür.xa0
Çünki əsərin meydana gəldiyi dövrlə bu gün arasında tarixin xa0çox suları axıb, bulanıb, durulub.xa0
Çünki “Avesta”x9d öz ilkinliyindən çox uzaqlaşıb.xa0
Çünki Abidə öz zəminindən, öz məhvərindən, öz tarixindən ayrılıb.xa0

Ən başlıcası isə budur ki, əldə olan materiallar “Avesta”x9dnın əsli yox, tərcüməsidir. Problemin digər çətin tərəflərindən biri də bu hesab oluna bilər ki, əldə olan tərcümənin kimə məxsusluğu məlum deyil. Və bütün bunlarla yanaşı ortaya daha çətin bir problem çıxır ”“ bəs əsli olmayan, tərcüməsinin hansı dilə (xalqa) məxsusluğu bilinməyən bir əsəri hansı “ünvana”x9d müncər etmək lazımdır? Və “ortaqlıq”x9d, “şəriklik”x9d hissləri də məhz bu zaman üzə çıxır.
Araşdırıcıların çoxu indiki halda Avesta dilini İran qrupuna daxil olan qədim dillərdən biri hesab edir. Lap dəqiqi, bu dil hind-avropa ailəsinin, hind-iran, yaxud ari qrupuna aid olunur. Tədqiqatçıların fikrincə hind-avropa tayfalarının qədim vətəni indiki orta Asiya ərazisidir. Vahid hind-avropa icmasının iki yerə parçalanması (hind və iran) miqrasiya ilə əlaqələndirilir. Mülahizələrə görə, qəbilələrdən biri Hindistana (hind tayfaları), digəri isə İrana və Əfqanıstana (İran tayfaları) köçmüşdür. Bu cür parçalanma və labüd köçüş prosesində qəbilələrdən bir çoxunun dili öz müstəqilliyini itirmiş, bəziləri isə dialekt səviyyəsindən çıxaraq konkret dil kimi formalaşmışdır. Vaxtilə mövcud olan həmin dillərdən əksəriyyəti artıq yox olsa da, bəzi dillərin əlamət və xüsusiyyətləri qalmaqdadır. Bu isə özünü ən çox toponimik adlarda saxlamaqdadır. Qədim Midiya və Skif dillərinin “iz”x9dləri bu deyilənlərə misal ola bilər.xa0
Yazılı abidələrdən bizə yalnız iki dilin nümunələri gəlib çatmışdır ”“ Qədim fars dilinin və Avest dilinin. Birinci dilə e.ə. Əhəmənid hökmdarı Dara, Kserks və başqalarının gil parçaları üzərindəki yazıları aid edilir. Bu, müasir fars dilinin ilk nüvəsidir. İkinci təsəvvür və inamların toplusunu əks etdirən Avestadır, daha doğrusu, “Avesta dili”x9d. Tədqiqatçıların əksəriyyəti belə fikirdədilər ki, “Avesta dilinin”x9d son daşıyıcıları parslardır; bu, hazırda İranda yaşayan farslar yox, əsasən Hindistanda yaşayan qədim xalqdır və mənbələrdə də pars xalqı kimi qeyd olunmuşdur. Bütün bunlara baxmayaraq qədim Abidənin taleyi Azərbaycan xalqının həyatı ilə bağlı olmuşdur.
Zərdüştün vətəni odlu torpaq, odlar yurdudur. Hörmüz ”“ qədim azərbaycanlıların, türklərin ”“ oda tapınanların, atəşpərəslərin inandıqları Allahdır. Xeyirxah qüvvələrə himayə göstərən baş allah Hörmüz (Ahura Məzda) şər allah Əhrimənə (Anqra Manyu) qarşı mübarizə aparır. Hər iki tanrı obrazı Azərbaycan mifik təfəküründə uzun əsrlər boyu yaşamış, yaddaşdan-yaddaşa keçib bizim günlərəcən gəlib çatmışdır.xa0

Xalqın iradəsindən asılı olmayan kəskin tarixi-sosial hadisələrin təsiri prosesində təhrifə uğrayan, öz ilkin mənbəyini az qala itirən adlar belə əski mədəniyyətimizin dərin qatlarından soraq verir. Hörmüzün arvadı Hörmət (Armati) Yer ilahəsi, oğlu Azər (Atar) od allahı, qızı Nahid (Anahid) hava-göy ilahəsidir. “Avesta”x9dnın görkəmli tədqiqatçısı A.O.Makovelskinin aşağıdakı fikirləri bəzilərinin etirazına səbəb olsa da, uzun axtarışların məntiqi yekunu kimi təkzibolunmazdır: “...Avestanın bizə gəlib çatmış bütün kitabları (Vendidad, Yasna, Vispered və Bundehiş) qədim Azərbaycan ədəbiyyatının əsərlərindəndir”x9d. Avestanın Şərq xalqlarına mənsub olduğunu təsdiq edən fikirlər şəksizdir. Əsərin Azərbaycan həyatı və məişəti ilə sıx bağlılığı da belə danılmaz faktlardandır. Bunu Avestanın qədim tərcüməsindən sonra belə, əsərdə qalmaqda olan türk (Azərbaycan) sözlərinin mövcudluğu bir daha təsdiq edir. Bəzi tədqiqatlarda “Avesta”x9ddakı bir çox sözlərə nəzər salınarkən paralelliyin üzə çıxdığı qeyd edilmişdir. Məsələn, atır-od: andırboy-ad: dinə-məqsəd; aci-ilan; doğundoğan-ana; atax08öyük ”“ ata; Tür-türk; əsən-yaxşı; sayru-xəstəlik, eş ”“ dost; köyüt-köylük; istər-istək; aş-yemək və sair kimi sözlər deyilənlərə missal ola bilər.xa0

Qeyd edək ki, bizim əlimizdə olan hissələrdə təsadüf edilən bir çox sözlərin türk mənşəli olduğuna şəkk-şübhə qalmır. Mələsən, müqayisə üçün “Avesta”x9dnın otijinalından əldə etdiyimiz aşağıdakı sözləri nəzərdən keçirmək kifayətdir. (Sözlər əvvəlcə “Avesta”x9d dilində, sonra Azərbaycan, daha sonra rus dilində və digər dillərdə verilmişdir):
Asta-səkkiz; rus vosem; hindcə: asta; latınca östo; almanca: axt; farsca: həşt; osetincə: ast; Dva - xa0iki; rusca; dva; ingiliscə; tvo; farsca: du, əfqanca: dva; almanca: tsvay; tri ”“ üç; rusca: tri; latınca: tri; almanca dray; ingiliscə: Tri; hindcə: treayas; farsca: se; əfqanca: drə; Çatvar-dörd; rusca: çetıre; d(t)ri; Parva ”“ birinci; rusca: pervıy; Sata ”“ yüz; rusca: sto; trizat ”“ otuz; rusca: tridsatı; Ubahər ”“ ikisi, rusca oba; parad ”“ qabağında, önündə; rusca pered; kada ”“ nə vaxt? Rusca: koqda?; da ”“ harada?; rusca: qde?
Qeyd etmək lazımdır ki, müasir rus dilində say və əvəzliklərdən başqa, elə isim, sifət və fellərə rast gəlirik ki, onların eyni olan qarşılığına və ya onlarda analoji əlaqədə olan leksem və morfemlərə “Avesta”x9dda təsadüf olunur. Konkret qənaətə gəlmək üçün aşağıda verilən sözləri nəzərdən keçirmək maraqlı olardı. (Əvvəlcə, “Avesta”x9d da olan sözlər verilir):
Band-bənd; rusca: bint; hindcə: banda; almanca: binden; saqdicə: bint; farsca: bənd; osetincə: bast: Brat ”“ qardaş (qədim türkcə: bir ad), rusca: brat; latınca: frater; almanca: bruder; hindcə: bratr; saqdicə: brt; farsca: bəradər: Zimqış; rusca: zima; farsca: zimistan; osetincə: zimad; Uş-qulaq; rusca: uşi; Antar-içəri; rusca: vnutr: almanca: unter; Ana ”“ o; rusca: ona (qadın cinsini bildirən əvəzlik);
Az və qazman sözləri: - göz, rusca: qlaz; latınca: oquluz; Bağ-Allah, rusca: boq (qədim türkcədə bağ (əlaqə)) ”“ Allah; Budra ”“ gümrah; rusca: bodrıy: Druva-sağlam; rusca: zdorovıy; Qari ”“ dağ; rusca: qora; Pis-yazmaq; rusca: pisatı: Padşah: rusca; rad; Rvat-qazmaq, dartmaq; rusca: rvatı; Mat(r) ”“ ana; rusca: matı; almanca: mutter; farsca: madər; hayna-dava; rusca: voyna; q(q)na-qadın; rusca: jena; Sadava-oturmaq; rusca: saditısya; (k) xata ”“ ev; rusca: xata;
xa0“Avesta”x9dnın sözlük və mətn parçalarından götürdüyümüz sözlərdə məhz bu qəbildəndir.
Adara ”“ aşağı: anarı: sarı-sarı (rəng); ut-küst: usüst; Dam-dam; rusca: dom: Dunman ”“ çən, duman: rusca: tuman; Upara-uca, hündür (xatırladaq ki, Azərbaycan ərazisində Upa kəndi vardır); Sarta-sərt, hirsli; upari ”“ yuxarı; sas ”“ səs; (bu söz çox vaxt fel formasında işlədilmişdir; məs: səs salmaq, danışmaq) və s.
Bu cür misalların sayını kifayət qədər artırmaq da olar.xa0
Bizə elə gəlir ki, “Avesta”x9d kimi böyük abidəni, onun Azərbaycan həyatı və məişəti ilə əlaqəsini ətraflı və elmi şəkildə öyrənməyin vaxtı çoxdan gəlib çatmışdır.

Firuz Mustafa
yazıçı-filosof
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin